Adana şəhərində Azərbaycanın investisiya imkanları təqdim olunacaq
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ankara, 19 noyabr, AZƏRTAC
Türkiyənin cənubunda yerləşən Adana şəhərində noyabrın 20-də Azərbaycanın iqtisadi imkanlarına həsr olunmuş tədbir keçiriləcək.
AZƏRTAC xəbər verir ki, təqdimatın təşəbbüskarları Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADİV) və Adana Sənaye Palatasıdır (ADASO).
Sakıp Sabancı adına ADASO Konfrans zalında keçiriləcək müzakirələrdə ölkəmizin Ankaradakı səfiri Rəşad Məmmədovun, Azərbaycanın Türkiyədəki ticarət nümayəndəsi Tamerlan Tağıyevin, Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) nəzdində fəaliyyət göstərən Türkiyə-Azərbaycan Biznes Şurasının rəhbəri Selçuk Akatın, eləcə də Türkiyənin cənub vilayətlərinin sahibkarlarının iştirakı gözlənilir.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 19 Noyabr 2025 03:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















