Mübariz Mənsimovla bağlı xoşagəlməz xəbər yayıldı Onu nə gözləyir?
GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Türkiyənin Küçükçekmece Respublika Prokurorluğu tərəfindən bağlanmış Ekol TV-yə qarşı pul yuma iddiaları ilə bağlı istintaq başlanıb. İstintaq çərçivəsində azərbaycanlı iş adamı Mübariz Mənsimovun da adı hallanır. O, sözügedən xəbərləri təkzib edib.
İddialar gerçək olarsa, Mübariz Mənsimovu nələr gözləyir?
Globalinfo.az-a danışan hüquq üzrə fəlsəfə doktoru Əlövsət Allahverdiyevin sözlərinə görə, Mübariz Mənsimovun istintaqa daxil edilməsi avtomatik olaraq onun barəsində ittiham irəli sürülməsi demək deyil:
“Türkiyə hüquq praktikasında bu cür hallarda şəxslər ya şübhəli, ya da sadəcə məlumatı olan şəxs qismində dindirilə bilər. Bu mərhələdə əsas məqsəd maliyyə əlaqələrinin izah olunması, sənədlərin təqdim edilməsi və mümkün uyğunsuzluqların aydınlaşdırılmasıdır”.
Ə.Allahverdiyev bildirib ki, pul yuma cinayəti ilə bağlı işlərdə ən mühüm məqam vəsaitin qeyri-qanuni mənbədən əldə edildiyinin və bunun bilərəkdən leqallaşdırılmağa cəhd göstərildiyinin sübuta yetirilməsidir:
“Əgər pulların qanuni biznes fəaliyyətindən qaynaqlandığı, investisiyaların şəffaf şəkildə rəsmiləşdirildiyi və formal dövriyyə mexanizmlərinin olmadığı müəyyən edilərsə, istintaq fiziki şəxslər barəsində xitamla nəticələnə bilər. Ən ağır ssenari yalnız kifayət qədər sübut toplandığı halda gündəmə gələ bilər.
Bununla belə, media qurumu ilə maliyyə və ya ortaq əlaqədə olmaq təkbaşına cinayət tərkibi yaratmır. Cinayət məsuliyyəti üçün birbaşa iştirak, niyyət və qeyri-qanuni mənfəətin leqallaşdırılması faktlarının açıq şəkildə sübut edilməsi tələb olunur”.
Ə.Allahverdiyev əlavə edib ki, Mübariz Mənsimov nəticəni gözləməlidir:
“Hazırkı vəziyyətdə Mübariz Mənsimov üçün əsas gözlənti istintaqın gedişində maliyyə əlaqələrinin hüquqi müstəvidə izah edilməsi və prosesin nəticəsini gözləməkdir. Bu mərhələdə onun barəsində dərhal həbs, avtomatik ittiham və ya hökm ehtimalı hüquqi baxımdan əsaslı görünmür”.
Vəkil Rəsul Cəfərov isə deyib ki, məsələ hazırda Türkiyə Respublikasının qanunvericiliyinə uyğun olaraq araşdırılır:
“Rəsmi ittihamın irəli sürülüb-sürülmədiyi barədə məlumat yoxdur. Azərbaycanın qanunvericiliyi prizmasından yanaşsaq, bu halda Cinayət Məcəlləsinin 193.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasından (yəni “çirkli pulların yuyulması”) gedə bilər. Cinayət Məcəlləsinin 193-cü maddəsində bu əməlin müxtəlif tövsifedici əlamətləri nəzərdə tutulub. Bunlara vurulmuş ziyanın xeyli, külli və ya xüsusilə külli miqdarda olması, qulluq mövqeyindən istifadə edilməsi, əməlin təkrar törədilməsi və digər hallar daxildir”.
Zaira Akifqızı
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 10 Yanvar 2026 06:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















