ADB: Azərbaycanda biznes kreditləri portfeli 2026 cı ilin sonuna qədər 16 milyard manatı ötəcək
Icma.az xəbər verir, Banco.az saytına əsaslanaraq.
Azərbaycan Mərkəzi Bankı (AMB) 2026-cı ilin sonuna qədər verilmiş biznes kreditlərinin məbləğini, kiçik və orta müəssisələrə (KOB) verilən kreditlər də daxil olmaqla, azı 16,5 milyard manata çatdırmağı hədəfləyib.
Bu barədə Asiya İnkişaf Bankının (ADB) "Asiya Kiçik və Orta Sahibkarlıq Monitorinqi 2025" (Asia SME Monitor 2025) hesabatında deyilir.
Xatırladaq ki, 2024-cü il yanvarın 26-da AMB maliyyə əlçatanlığını genişləndirmək, maliyyə xidmətlərinin müxtəlifliyini artırmaq, həmçinin kredit bazarının şəffaflığını və dayanıqlılığını gücləndirmək məqsədi daşıyan "2024-2026-cı illər üçün maliyyə sektorunun inkişaf Strategiyası"nı təsdiq edib.
Sənədə əsasən, strategiyanın təsdiqləndiyi zaman verilmiş biznes kreditlərinin ümumi məbləği 12,4 milyard manat təşkil edib.
Strategiyada həmçinin qeyd olunur ki, 2024-cü ilin əvvəlinə pərakəndə ticarətdə nağdsız ödənişlərin payı təxminən 21,1 % təşkil edib, 2026-cı ilin sonuna qədər 40%-i ötməlidir. KOB-ların əksəriyyətinin topdan və pərakəndə ticarət sahəsində fəaliyyət göstərdiyini nəzərə alaraq nağdsız hesablaşmaların məhz kiçik və orta müəssisələr arasında aktiv yayılması gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 12 Noyabr 2025 10:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















