ADB Azərbaycanı ağıllı enerji və şəbəkə inteqrasiyası üzrə regional layihəyə cəlb edib
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Asiya İnkişaf Bankı (ADB) Azərbaycanı ağıllı enerji və şəbəkə inteqrasiyası üzrə regional layihəyə cəlb edib.
“APA-Economics” xəbər verir ki, ADB ağıllı enerji sistemlərinin və elektrik şəbəkəsinə inteqrasiya infrastrukturunun sürətləndirilməsini nəzərdə tutan regional layihənin ikinci mərhələsi çərçivəsində Azərbaycanı benefisiar ölkələr sırasına daxil edib. Məlumata görə, ADB tərəfindən icra olunan və hazırda aktiv statusda olan layihə bərpa olunan enerji mənbələrinin elektrik şəbəkəsinə inteqrasiyası üçün ağıllı enerji sistemlərinə investisiyaların artırılmasını hədəfləyir. Layihə çərçivəsində innovativ və qabaqcıl texnologiyaların, eləcə də rəqəmsal həllərin tətbiqi təşviq olunur.
ADB-nin layihə məlumatlarına əsasən, regional təşəbbüsün ikinci mərhələsi hazırda Azərbaycan və Tailandı əhatə edir. Eyni zamanda, layihənin üzv inkişaf etməkdə olan ölkələrin ehtiyaclarından asılı olaraq genişləndirilməsi nəzərdə tutulur.
Məlumata görə, digər ölkələr üzrə də müzakirələr aparılır. Belə ki, Qazaxıstanda elektrik mobilliyi və şarj infrastrukturu, Qırğızıstanda data mərkəzləri, Tailandda isə data mərkəzləri üçün dayanıqlı və davamlı enerji təchizatı istiqamətləri layihə çərçivəsində nəzərdən keçirilir.
Qeyd edək ki, layihə enerji sektorunda suveren maliyyələşmə mexanizmi əsasında həyata keçirilir və bərpa olunan enerjinin şəbəkəyə inteqrasiyasının gücləndirilməsi ilə yanaşı, elektrik sistemlərinin rəqəmsallaşdırılmasını da hədəfləyir. Hazırda layihə üzrə ictimaiyyət üçün açıqlanmış texniki sənədlər mövcud deyil.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 06 Yanvar 2026 14:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















