ADB “Bakı Metropoliteni”nin genişləndirilməsinə texniki dəstək layihəsini təsdiq edib
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Asiya İnkişaf Bankı (ADB) “Bakı Metropoliteni”nin genişləndirilməsinə dəstək layihəsinə texniki yardımı təsdiq edib.
Bu barədə "APA-Economics"ə Bankdan bildirilib. Qeyd edilib ki, layihə Texniki Yardım Xüsusi Fondu tərəfindən 225 min ABŞ dolları məbləğində maliyyələşdirilir.
Əsas məqsəd metro üçün hazırlanan dizaynların və sənədlərin təhlili, idarəetmə quruluşunu gücləndirən institusional dəyişikliklərin təşviqi, layihənin həyata keçirilməsi üçün imkanların artırılmasına dəstək verməkdir. ADB həmçinin təhlükəsizlik, satınalma və digər layihə tələbləri üzrə biliklərin əldə edilməsinə də dəstək göstərəcək.
Bildirilib ki, layihə 2025-2029-cu illər üçün ADB-nin Azərbaycan üzrə ölkə tərəfdaşlığı strategiyasında qeyd olunduğu kimi, infrastrukturun təkmilləşdirilməsi və insan kapitalının gücləndirilməsi üçün bilik mübadiləsi prioritetinə uyğundur. Bundan əlavə, texniki dəstək Böyük Bakı Yaşıl Nəqliyyat Proqramına yardımın əsas sahəsi ilə uyğunlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 03 Aprel 2025 10:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















