Icma.az
close
up
RU
ADHTİdə “Tələbə və həkimlərin hazırlanmasında müasir texnologiyalar” mövzusunda konfrans keçirilib AZƏRTAC

ADHTİdə “Tələbə və həkimlərin hazırlanmasında müasir texnologiyalar” mövzusunda konfrans keçirilib AZƏRTAC

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 20 dekabr, AZƏRTAC

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) “Tələbə və həkimlərin hazırlanmasında müasir texnologiyalar” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfrans ADHTİ, Seçenov Universiteti və “Razvitie” MMC-nin birgə təşkilatçılığı ilə reallaşıb.

AZƏRTAC xəbər verir ki, açılış nitqi ilə çıxış edən ADHTİ-nun rektoru professor Nazim Qasımov konfransın Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mövcud olan əməkdaşlıq sazişləri çərçivəsində keçirildiyini bildirib. Ö, ölkəmizdə səhiyyə sistemində gedən inkişafdan danışaraq rəhbərlik etdiyi müəssisədə davamlı tibbi tədris konsepsiyası çərçivəsində tətbiq olunan yeniliklər barədə məlumat verib.

“Razvitie” MMC-nin baş direktoru Vadim Qvozdkov isə yaratdıqları “Piroqov” interaktiv kompleksinın tibbi təhsil sistemındə tətbiqinin üstünlüklərindən danışıb və konfransın işinə müvəffəqiyyət arzulayıb.

Konfrans işini 2 sessiyada davam etdirib. Sessiyalarda əsas məruzəçi kimi Seçenov Universitetinin N.V.Sklifosovski adına Kliniki Tibb İnstitutunun Operativ cərrahiyyə və topoqrafik anatomiya kafedrasının professoru, tibb elmləri doktoru Yuriy Vasilyevlə yanaşı, ADHTİ-nun Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının müdiri dosent Həsən Əsədov və Seçenov Universitetinin Bakı filialının prorektoru Zəhra Vəzirova da çıxış ediblər.

Konfrans iştirakçıları “Piroqov” interaktiv kompleksinin köməyi ilə nümayiş olunan kliniki halların araşdırılmasında fəal iştirak edib, məruzəçilərlə diskussiya aparıblar.

Qeyd edilib ki, səhiyyə sisteminin modernizasiyası və innovasion inkişafı şəraitində istifadə edilən tibbi texnologiyaların, müasir diaqnostika, müalicə, profilaktika və reabilitasiya metodlarının kliniki, sosial və iqtisadi effektliliyini təmin edə bilən tibbi kadrlara böyük ehtiyac duyulur. Belə yüksəkixtisaslı mütəxəssislərin hazırlanması üçün müasir, sübutlu əsaslandırılmış informasiya və texnologiyalara əsaslanan tibbi təhsil konsepsiyası həyata keçirilməlidir. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda davamlı tibbi təhsil sistemi çərçivəsində bu istiqamətdə bir çox işlər görülüb. Belə ki, institutda tərtib olunan təqvim planlarına əsasən təşkil olunan kurslarda müdavimlərə müasir təbabətin aktual məsələləri haqqında məlumat verməklə yanaşı, onların həlli yolları da göstərilir. Bu zaman müxtəlif endoskopik aparatlardan, xüsusi simulyator-manekenlərdən, mikroskoplardan və s. müasir tədris vasitələrindən istifadə edilir. Proqramlar tərtib edilərkən fənlərarası əlaqələr yaradılmasına xüsusi fikir verilir və onların uzlaşması təmin edilir. 2012-ci ildə ADHTİ-də ilk dəfə Rusiya Federasiyasının paytaxtı Moskvadan translyasiya olunan distant kurslar keçirilb. Həmin kurslar Səhiyyə Nazirliyinin sifarişi əsasında Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ilə Rusiya Federasiyasının Diplomdansonrakı Təhsil Akademiyası arasında təhsil və elmi-pedaqoji kadrların hazırlanması sahəsində imzalanmış müqavilə əsasında təşkil edilib. Hazırda institutda ali tibb kadrlarının diplomdansonrakı təhsilinin müxtəlif növləri əyani və distant formalarda həyata keçirilir. İnstitut kafedralarının keçirdiyi distant və səyyar kurslar respublikamızın bütün bölgələrini əhatə edir.

Müasir təbabətin ən innovasion metodlarından biri də qarın boşluğunda aparılan laparoskopik əməliyyatlardır. Həmin əməliyyatlara yiyələnmək üçün bir neçə ildir ADHTİ-nun Cərrahiyyə kafedrasında invaziv cərrahiyyə kursları keçirilir. Həmin kurslarda müxtəlif ixtisaslı mütəxəssislərin laparoskopik metodun bazis nəzəri biliklərinin və vərdişlərinə yiyələnməsinə xüsusi diqqət ayrılıb. Bu günə qədər yüzlərlə müdavim laparoskopik kurslarda iştirak edib, həmin əməliyyatların aparılması texnikasını öyrənib. Tədris zamanı cərrahi əməliyyatlar müasir mülyajların üzərində və simulyatorlarda laparoskopik alətlərin köməyi ilə icra olunur.

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda diplomdansonrakı tibb təhsilinin təkmilləşdirilməsi, onun keyfiyyətinin yüksəldilməsi istiqamətində daimi axtarışlar gedir, təhsilin yeni forma və metodları praktikaya daxil edilir. Bu gün institutda keçirilən “Tələbə və həkimlərin hazırlanmasında müasir texnologiyalar” mövzusunda elmi-praktik konfransda da həmin mövzular diqqət mərkəzindədir.

Diqqətə çatdırılıb ki, “Piroqov” interaktiv kompleksi tələbələrə və həkimlərə təbiət elmləri fənlərinin əksəriyyətini öyrətmək üçün ideal olan unikal tədris avadanlığıdır. 4000-dən çox 3D obyekt, eləcə də rahat interfeys vasitəsilə onlarla qarşılıqlı əlaqə qurmaq imkanı dərsləri əyani və yaddaqalan edəcək. Bu, sadəcə olaraq 3D anatomiya atlası deyil, həm də normal və patoloji quruluşun bir çox müfəssəl strukturlarının kompleksidir. Kompleksə həmin strukturların rus, latın və ingilis dillərində daxili təsviri, həmçinin ultrasəs, KT, MRT məlumat bazası, region və sistem üzrə hazırlanmış səhnələrin baza məlumatları yerləşdirilib. Kompleks həm Rusiyanın aparıcı universitetlərində, həm də xarici ölkələrin ixtisaslaşmış universitetlərində gələcək həkimlərin hazırlanmasında uğurla istifadə olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Dekabr 2024 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see532

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see252

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see241

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see237

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see236

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see229

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see227

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see216

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see215

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see214

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see209

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see204

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see186

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see178

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see178

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see177

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see163

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see158

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see157

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri