Icma.az
close
up
RU
Adı dərsliyə salınan paralimpiyaçımızla bağlı qalmaqal: Paralimpiya Komitəsi ortada yalan olduğunu iddia edir, qohumları bunu haqsızlıq sayır

Adı dərsliyə salınan paralimpiyaçımızla bağlı qalmaqal: Paralimpiya Komitəsi ortada yalan olduğunu iddia edir, qohumları bunu haqsızlıq sayır

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Paralimpiya Oyunlarının qalibi Şəhanə Hacıyevanın mayın 13-də Qazaxıstanın paytaxtı Astanada şəhərində start götürəcək görmə məhdudiyyətli cüdoçuların Dünya Çempionatında gözləməyə dəyməz. Çünki bizim idmançı tibbi təsnifatdan keçə bilməyib. Onun gözündə görmə ilə bağlı hər hansı məhdudiyyət aşkar edilməyib. Şəhanə Hacıyevanı paracüdo yarışlarından ömürlük kənarlaşdırıblar.

Bizimyol.info xəbər verir ki, Elnarə Nizamlı barədə də yeni qərar ortaya çıxıb. Paracüdoçumuz 60 kq dərəcəsindəki yarışda iştirak edə biləcək. Amma o, qismən görmə qabiliyyəti olanlar kateqoriyasına keçirilib. Buna qədər isə Elnarə tamamilə görməyən idmançı kimi qeydə alınmışdı.

Məsələ sosial platformalarda geniş müzakirə olunub. Şəhanə Hacıyevanın tibbi təsnifatdan keçməməsi tənqidlə qarşılanıb. Saxtakarlığa yol verildiyini bildirən rəylərin çoxluğu diqqət çəkir. Demə, beşinci sinif dərsliklərindən birində Şəhanə Hacıyeva barədə mətn də yer alıb. Burada paracüdoçunun anadangəlmə görmə məhdudiyyəti yaşaması yazılıb.

Məsələyə həm rəsmi səviyyədə, həm də idmançının özünün birbaşa reaksiyası yoxdur. Şəhanənin qohumları sosial mediada onun indi Qazaxıstanda olduğunu, vətənə qayıdanda geniş açıqlama verəcəyini bildirirlər. Qohumlarından biri yazır ki, heç bir saxtakarlıqdan söhbət gedə bilməz: “Şəhanə 9 yaşından idmanla məşğuldur, amma sonralar gözündəki problemin artmağı səbəbindən paralimpiadaya dəyişilib. Mənə maraqlıdır ki, hər il yarışa çıxmazdan əvvəl komissiya kontrolundan keçib, indi problem olub. Bu necə olur?! Anasıyla danışdıq , deyir ki, bu il Qazaxstanda göz qişası xəstəlikləri ilə bağlı bəzi dəyişikliklər olub, hansı ki, 3-4 il əvvəl həmin xəstəliklə yarışda iştirak etmək olurdu, bu il onu ləğv ediblər”.

İş orasındadır ki, paralimpiyaçılarımızın tibbi təsnifatdan keçməməsi ilk dəfə yaşanmır. Əvvəllər də bizim idmançılar dopinqə görə cəzalanıb. Belə görünür ki, səhhətində azacıq problemi olanı paralimpiada istiqamətinə yönəltməyə alışmışıq. Əsas odur ki, beynəlxalq yarışlardan çoxlu medal gəlsin. Heç yaxşı ənənə deyil, buna son qoymaq lazımdır.

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 13 May 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri