Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

Ronaldo tarixə düşdü

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

Adı əfsanəyə çevrilən xanımlar Üç MİLLİ QƏHRƏMAN

Adı əfsanəyə çevrilən xanımlar Üç MİLLİ QƏHRƏMAN

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda 26 İyun – Silahlı Qüvvələr günü qeyd olunur. Bu gün həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canını fəda etmiş qəhrəmanlarımızı xatırlayaraq, onları yad edirik.
26 iyun vətən uğrunda savaş meydanına atılmış, adını tarixə qızıl hərflərlə yazdırmış xanım qəhrəmanlarımızı anmaq üçün xüsusi bir fürsətdir.
Tarix boyu Azərbaycan qadınları təkcə ailənin dayağı, cəmiyyətin əsası deyil, eyni zamanda vətənin müdafiəçisi kimi də çıxış ediblər. Milli azadlıq hərəkatında, Qarabağ döyüşlərində və digər hərbi əməliyyatlarda qadınların iştirak etməsi onların vətənpərvərlik hissinin nə qədər yüksək olduğunu sübut edir. Onlar döyüş meydanında şəfqət bacısı kimi deyil, bəzən də döyüşçü kimi əsgərlərlə çiyin-çiyinə mübarizə aparıblar.
Bu gün də Azərbaycan Silahlı Qüvvələrində yüzlərlə qadın hərbçi xidmət edir. Onlar hərbi həkimlər, snayperlər və digər ixtisas sahibləri kimi müxtəlif istiqamətlərdə fəaliyyət göstərirlər. Bu xanımların cəsarəti və peşəkarlığı sayəsində ordu strukturunda qadının rolu daha da möhkəmlənib.

Xanım qəhrəmanlarımızın xatirəsi gənc nəsil üçün vətənpərvərlik məktəbi rolunu oynayır.
Modern.az saytı bunu nəzərə alaraq Silahlı Qüvvələr günündə xanım Milli Qəhrəmanlarımızı bir daha sizə xatırladır.

Qeyd edək ki, Azərbaycanın 222 nəfər Milli Qəhrəmanı var. 
Milli Qəhrəmanından 3 nəfəri xanımdır. Onlar aşağıdakı şəxslərdi:
Salatın Əsgərova
Gültəkin Əsgərova
Hökumə Əliyeva


Xanım Milli Qəhrəmanlarımızın qısa bioqrafiyasını təqdim edirik:

Salatın Əziz qızı Əsgərova 1961-ci ildə dekabrın 16-da Bakıda ziyalı ailəsində anadan olub. 1979-cu ildə orta məktəbi bitirib. Həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. 1984-cü ildə geofizika ixtisası üzrə mühəndis diplomu alan Salatın Əsgərova jurnalistika sahəsinə böyük maraq göstərib. Nəticədə müqavilə ilə “Bakı” qəzetində işləməyə başlayıb. 4 il sonra isə o, “Molodyoj Azerbaydjana” qəzetinə keçib. Salatın Əsgərova jurnalist kimi Azərbaycan torpaqlarının bütövlüyü ilə bağlı məslələrə toxunurdu. O, tez-tez cəbhə xəttinə gedir, qaynar nöqtələrdən operativ materiallar hazırlayırdı. Ailəsi Salatının döyüş bölgəsinə getməsindən narahat olsa da, ona mane ola bilmirdi. Hazırladığı reportajlarla müharibənin ən qızğın anlarından xəbər verən Salatın qısa müddət ərzində geniş oxucu auditoriyası qazanmağı bacarmışdı.
1991-ci il yanvarın 9-da Laçından Şuşaya gedərkən yolun 6-cı kilometrliyindəki Qaladərəsi kəndi yaxınlığında onun olduğu maşın erməni terrorçuları tərəfindən yaxın məsafədən şiddətli atəşə tutulub və elə oradaca qətlə yetirilib. 
O, Bakıdakı Şəhidlər Xiyabanında dəfn olunub.
Salatın Əsgərova ölümündən sonra - 6 noyabr 1992-ci ildə Azərbaycan Prezidentinin fərmanı ilə “Milli Qəhrəman” adına layiq görülüb.
Hazırda Bakı şəhərində adına bir küçə var. Yaşadığı binaya barelyefi vurulub. Ona Beynəlxalq Jurnalistlər İttifaqı Konfederasiyasının laureatı adı da verilib.
Bir oğlu yadigar qalıb.
***

Gültəkin Məlik qızı Əsgərova
1960-cı il noyabr ayının 20-də Bakı şəhərində anadan olub. 1983-cü ildə Azərbaycan Dövlət Tibb Universitetinə daxil olub və təhsilini 1989-cu ildə başa vurub. Təhsil illərində Daxili İşlər Nazirliyinin Hərbi hospitalında əvvəlcə kiçik tibb bacısı, sonra isə böyük tibb bacısı işləyib. Ali məktəbi bitirdikdən sonra isə 8-ci Təcili Yardım Stansiyasında çalışıb. Daha sonra Uroloji xəstəxanada anestezioloq-reanimatoloq vəzifəsində işləyib.

Qarabağ hadisələri başlayanda 4 aprel 1992-ci ildə könüllü olaraq cəbhəyə yollanıb. Əvvəlcə Turşsuda, sonra isə Şuşada neçə-neçə yaralı əsgərə tibbi yardım göstərib. Şuşa işğal olunduqdan sonra Laçının, Qubadlının müdafiəsində yaxından iştirak edib. Ağır döyüş yolu keçmiş Gültəkin Əsgərova 20 iyun 1992-ci ildə Aranzəmin-Naxçıvanik kəndləri istiqamətində gedən çətin döyüşdə öz xidməti borcunu yerinə yetirərkən şəhid olub.

Ölkə Prezidentinin 1993-cü il 20 noyabr tarixli fərmanı ilə Gültəkin Əsgərovaya ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib.

Bakı şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib.

Oxuduğu 200 nömrəli tam orta məktəbə onun adı verilib, Bakı şəhər Nərimanov rayonunda büstü qoyulub. Bakıda yaşadığı Mustafa Kamal Atatürk prospekti 2a ünvanındakı binaya xatirə lövhəsi vurulub. Gültəkin Əsgərovaya həsr olunan “Gültəkin” filmi çəkilib, “Gültəkin zirvəsi” adlı kitab çap olunub.


***

Hökumə Cəlil qızı Əliyeva
8 avqust 1991-ci ildə Kəlbəcər rayonunda anadan olub. 1993-cü ildə kəndlərinin ermənilər tərəfindən işğal olunması səbəbilə Bərdə rayonunun Qaradəmirçi kəndində müvəqqəti məskunlaşıb. 1996-cı ildə isə Rusiyaya köçüb və bir müddət Volqoqrad vilayətində yaşayıb. Hökumə orada 1-ci sinifdən 6-cı sinfə qədər şəhərin 178 nömrəli məktəbində təhsil alıb. Daha sonra ailəsi Gəncəyə köçüb və Hökumə burada təhsilini davam etdirib. Gəncə şəhərindəki V.Veysəlov adına 30 nömrəli tam orta məktəbi bitirdikdən sonra 612 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub.
Hökumə Əliyeva öz təhsilini magistr və doktorantura pillələrində davam etdirib. 2016-cı ildən etibarən Azərbaycan Hava Yolları aviaşirkətində (AZAL) təcrüməçi kimi işləməyə başlayıb. Sonralar isə bələdçi kimi işləməyə başlayıb. İşinin növbəti illərində o hüquqşünas kimi fəaliyyətini davam etdirəcəkdi.
Lakin 25 dekabr 2024-cü ildə Bakı-Qroznı reysilə uçan təyyarə Aktau şəhərində qəzaya uğrayarkən stüardessa Hökumə Əliyeva xidməti vəzifəsini layiqincə yerinə yetirərək, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərib və özü isə baş verən partlayışda həlak olub.
Hökumə Əliyeva 29 dekabr 2024-cü ildə II Fəxri xiyabanda dəfn olunub.
Evli idi, övladı yoxdur.
Azərbaycan Prezidentinin 29 dekabr 2024-cü il tarixli sərəncamı ilə Əliyeva Hökumə Cəlil qızı (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
Ə.Qafarlı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:301
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 İyun 2025 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see402

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see386

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see316

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see311

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see221

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see218

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see216

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see211

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see198

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see192

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see190

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see185

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see184

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see183

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see182

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see178

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see173

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see168

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri