Icma.az
close
up
RU
Xəzərin sahilində əfsanəyə çevrilən dağ

Xəzərin sahilində əfsanəyə çevrilən dağ

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Siyəzən, 18 iyun, AZƏRTAC

AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: Beşbarmaq dağı.

Siyəzən rayonu ərazisində, Xəzərin sahilinə doğru ucalan əzəmətli bir dağ var - əsrlərin sirrini sinəsində qoruyan Beşbarmaq. Bura təkcə qayalı zirvə deyil, həm də qədim tarixlə təbiətin bir-birinə qovuşduğu müqəddəs yaddaş məkanıdır. Min illərin izini daşıyan bu ərazi həm nadir təbiət abidəsi, həm də zəngin mədəni irs nümunəsi kimi diqqət çəkir.

Azərbaycanın nadir təbiət abidələrindən sayılan Beşbarmaq dağının ətrafında dövlət mühafizəsinə götürülmüş bir sıra mühüm tarixi və mədəniyyət abidələri yerləşir. Burada Son Tunc və İlk Dəmir dövrlərinə aid yaşayış yerləri, qədim inanc ocaqlarından olan Xızırzində piri, İlk Orta əsrlərə aid qala qalıqları, XV-XVII əsrlərə aid karvansara izləri bu torpağın qədim sivilizasiyaların keçid nöqtəsi olduğunu sübut edir. Tarixi əhəmiyyətinə görə İlk Orta əsrlərə aid Beşbarmaq paralel müdafiə səddi “Xəzər sahil mühafizə konstruksiyaları” tərkibində 2001-ci il oktyabrın 24-də UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin Siyahısına daxil edilib.

2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yaradılan “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu ölkənin mühüm irs məkanlarından birinə çevrilib.

Bakı-Siyəzən avtomobil yolunun 95-ci kilometrliyində yerləşən Beşbarmaq dağı yalnız dini-mənəvi ziyarətgah deyil. Bu məkan təkrarolunmaz təbii landşaftı, sıldırım qayaları və sonsuz üfüqlərə açılan mənzərəsi ilə Azərbaycanın ən ecazkar təbiət abidələrindən biri hesab olunur. Xəzərdən qalxan küləklə qayaların səssizliyi burada qəribə bir harmoniya yaradır. Elə buna görə də Beşbarmaq əsrlər boyu həm səyyahların, həm də zəvvarların yolunu saldığı müqəddəs ünvan kimi tanınıb.

Qoruq ərazisinin elmi baxımdan öyrənilməsi istiqamətində də mühüm işlər görülür. Dövlət Turizm Agentliyi ilə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu arasında imzalanmış müqaviləyə əsasən, ərazidə ilkin arxeoloji kəşfiyyat və elmi tədqiqatlara başlanılıb. Sevinc Hüseynovanın rəhbərlik etdiyi “Beşbarmaq” arxeoloji ekspedisiyası tərəfindən aparılan araşdırmalar zamanı tarixi Beşbarmaq qalasının izləri, qədim qəbiristanlıq, Orta əsr karvansarası və Sasani dövrünə aid müdafiə səddinin qalıqları öyrənilib.

Müxbir- Rəşad Türkoğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 İyun 2026 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see682

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see530

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see476

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see349

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see331

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see282

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see268

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see259

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see250

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see225

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see224

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see223

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see222

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see210

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see210

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see204

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see189

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see181

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see181

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri