Icma.az
close
up
RU
Adı gələndə taksi sürücülərinin sifarişi ləğv etdiyi yol 3 aydır ki...

Adı gələndə taksi sürücülərinin sifarişi ləğv etdiyi yol 3 aydır ki...

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Dərslərin başlamasına az qalıb. 15 sentyabr bilik günü kimi qeyd edilsə də, çoxlarının ağlında tıxac günü kimi qalır. Çünki, 15 sentyabrdan etibarən yollar həddən artıq yüklənir. Məktəbə və universitetə gedənlərin təsiri həmin anda özünü yollardakı sıxlıqla göstərir.

Yay olmasına baxmayaraq Bakıda hər gün tıxac olan yollar var. Bunlardan biri də Binəqədi şosesidir. Hansı ki, hər il yayda rahat "nəfəs ala bilən" şosse bu il "dincələ" bilmədi. Buna səbəb artıq 3 aydır ki, davam edən hələ də bilik gününə qədər yekunlaşacaq kimi görünməyən təmir işləridir.

Binəqədi şosesində iyun ayında başlayan kanalizasiya xətti çəkilişləri 3-cü aydır ki davam etsə də, yolun üç zolağını zəbt edən təmir işləri hər gün, günün istənilən saatında bu ərazidə ağır tıxaca səbəb olur. Avtobuslar bu səbəbdən gecikir, taksilər sifariş götürməkdən imtina edir, şəxsi maşınlar isə ya yollardakı çuxurlarda, ya da ki, ağır tıxaclarda sıradan çıxır. Hələ insanların ömründən gedən saatlar və stress məsələnin digər mühüm tərəfidir.

Aydın məsələdir ki, Bakıda avtomobillərin sayı çoxdur. Şəhər çox yüklənib və bu səbəbdən də tıxaclar da qaçılmazdır. Lakin, qısa müddətə görülməsi mümkün olan işlərin yubanması səbəbindən insanların aylarla yolda qalması vəziyyəti çətinləşdirir.

15 sentyabr yaxınlaşdıqca ümid qalır ki, Binəqədi şosesində aparılan işlər sürətlə yekunlaşsın və yollar əvvəlki, nisbətən rahat vəziyyətinə qayıtsın. Çünki həm sürücülər, həm də sərnişinlər üçün yolun açılması gündəlik gediş-gəlişdə böyük yüngüllük yaradacaq.

İslam
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 02 Sentyabr 2025 09:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see317

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see312

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see310

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see306

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see306

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see286

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see285

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see282

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see264

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see256

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see252

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see240

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see239

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see238

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see227

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see219

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see218

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see213

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri