Icma.az
close
up
RU
Adı kimi vahid, bənzərsiz, yeganə Qəzəlxan ... Hər yetən zənn eləyər Vahidi guya dəlidir Video

Adı kimi vahid, bənzərsiz, yeganə Qəzəlxan ... Hər yetən zənn eləyər Vahidi guya dəlidir Video

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Əliağa Vahidi Azərbaycanda meyxana janrının banisi hesab etmək olar. Meyxana müasir repin bir növüdür və Azərbaycan xalq musiqi-poetik sənətidir.

Bu gün Bakının İçərişəhərini gəzərkən böyük şairin qeyri-adi abidəsini - Vahidin büstünü görə bilərsiniz. "Vahid" adlı büst, Vahidin qəzəllərində və yaradıcılığındakı qəhrəmanları təmsil edir.

Qəzəlxanın yaradıcılığının əhəmiyyəti heykəltəraş-memar Rahib Həsənov və Sənan Salamzadə büstün üzərindəki incə sənətkar peşəkarlığı ilə əks edilib. Axı, "insan özü nədən ibarətdirsə, onu yaradır".

Əliağa Vahid dülgər ailəsində böyümüş, yeniyetməlik illərində sadə fəhlə kimi işləmişdir. Mədrəsədə cəmi iki il oxuyan Əliağa sonradan başa düşür ki, onu maraqlandıran istiqamət din deyil. O, Azər İmaməliyevin müəllim oldduğu “Məcməyüş-Şüəra” ədəbi dərnəyinə yazılır. Onu “Vahid” təxəllüsü ilə təltif edən müəllimi Azər İmaməliyev olub.

“Vahid” “yeganə, bənzərsiz, bir” deməkdir.

Əslində Əliağa Vahid haqqında çox danışmaq olar, amma şairi dərindən tanımaq üçün onun yaradıcılığına daha çox diqqət yetirmək lazımdır.

"Demə Məcnuna dəli, bəlkə də Leyla dəlidir,

Eşq olan yerdə bütün aqilü-dana dəlidir.

Saldı Yusif kimi öz sevgilisin zindanə

Qoydu rüsvalığı aləmdə Züleyxa dəlidir.

Eşq zəncirinin iftadəsi bir mən deyiləm,

Həvəsi-silsileyi-eşq ilə dünya dəlidir.

Sarılır çiyninə, gah boynuna, gah qamətinə,

Əjdahalar kimi ol zülfi-çəlipa dəlidir.

Bir vəfasız gül üçün naləsi dünyanı tutub,

Aşiqin qəlbi kimi bülbüli şeyda dəlidir.

Bircə Şirin ilə Fərhadə məzəmmət yoxdur,

Vadiyi-eşqdə Vamiq dəli, Əzra dəlidir.

Əl götürməz bu qara gözlülərin zülfündən,

Hər yetən zənn eləyər Vahidi guya dəlidir".

Qeyd edək ki, Əliağa Vahidin həyatı ilə bağlı 1991-ci ildə “Qəzəlxan” adlı film çəkilib.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 24 İyun 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see219

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see208

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see193

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see189

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see183

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see165

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see161

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see151

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see149

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see149

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see149

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see148

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see145

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see142

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see141

Merz: 2026 cı il Avropa üçün həlledici ola bilər

31 Dekabr 2025 07:40see139

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see139

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see138

Rusiyada “Gelencik” hava limanında məhdudiyyətlər aradan qaldırılıb

31 Dekabr 2025 09:07see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri