Icma.az
close
up
RU
Adı ölümdə hallanan plastik cərrah işdən çıxarıldı Baş Prokurorluqdan açıqlama

Adı ölümdə hallanan plastik cərrah işdən çıxarıldı Baş Prokurorluqdan açıqlama

Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Bəzi sosial media səhifələrində Ayvazlı Lalə Abbasəli qızının səhhətində həkim səhlənkarlığı nəticəsində problemlər yaranması barədə müraciəti üzrə Yasamal Rayon Prokurorluğunda qeyri-obyektiv araşdırma aparılmasına dair məlumatlar yayılıb.

Bakupost.az xəbər verir ki, Baş Prokurorluqdan "Yeni Sabah"a bildirilib ki, vətəndaş Lalə Ayvazlı Baş Prokurorluq və Bakı Şəhər Prokurorluğunda rəhbər şəxslər tərəfindən dəfələrlə qəbul edilərək dinlənilib, qanunvericiliyin tələbləri ona ətraflı şəkildə izah edilib, şikayəti üzrə toplanmış yoxlama materialı Baş Prokurorluq və Bakı Şəhər Prokurorluğunda ətraflı öyrənilməklə, narazı olduğu bütün hallar üzrə əlavə araşdırılması üçün zəruri göstərişlər verilib.

Belə ki, Nəsimi Rayon Prokurorluğunda aparılmış araşdırma zamanı bir sıra zəruri prosessual hərəkətlər icra olunub, habelə komisyon məhkəmə-tibb ekspertizası təyin edilərək müvafiq rəy alınıb, 31 mart 2023-cü il tarixdə Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qəbul edilib.

Həmin qərar L.Ayvazlının şikayəti əsasında 10 may 2023-ci il tarixdə Baş Prokurorluq tərəfindən ləğv edilib və yoxlama materialı üzrə araşdırmanın davam etdirilməsi vətəndaşın müraciətində nəzərə alınmaqla Yasamal Rayon Prokurorluğuna tapşırılıb.

Yasamal Rayon Prokurorluğunda əlavə araşdırma aparılan müddətdə material üzrə bir neçə dəfə ekspertizalar, o cümlədən təkrar komisyon məhkəmə-tibb ekspertizası, əlavə komisyon məhkəmə-tibb ekspertizaları keçirilib, L.Ayvazlının və onun şikayətçi olduğu “Kəpəz” Hospitalın həkimlərinin izahatları alınıb, habelə əməliyyat tapşırığı, eləcə də müvafiq sorğular verilərək cavablar alınıb.

Lalə Ayvazlının həm qəbullar zamanı, həm də yazılı müraciətlərində göstərdiyi xüsusatlar toplanmış sübutlar və ekspertiza rəyləri ilə öz təsdiqini tapmadığından, toplanmış material üzrə bir neçə dəfə, sonuncu dəfə isə 30 sentyabr 2025-cu il tarixdə Yasamal Rayon Prokurorluğunda Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qəbul edilib.

Bundan başqa, vətəndaş L.Ayvazlının onu əməliyyat etmiş S.Xudiyevanın plastik cərrah kimi “Badam” klinikasında qanunsuz fəaliyyət göstərməsi barədə digər müraciəti araşdırılması üçün aidiyyəti üzrə Səhiyyə Nazirliyinə göndərilib və S.Xudiyeva nazirlik tərəfindən tutduğu vəzifəsindən çıxarılıb.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 21 Oktyabr 2025 19:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see387

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see382

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see295

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see293

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see262

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see254

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see254

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see249

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see247

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see234

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see233

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see220

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see206

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see202

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see200

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see193

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see192

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see192

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri