Icma.az
close
up
RU
Adil Əliyev bizi çağırdı, dedi ki... İdmançıların hücum etdiyi mayor elə açıqlamalar verdi ki...

Adil Əliyev bizi çağırdı, dedi ki... İdmançıların hücum etdiyi mayor elə açıqlamalar verdi ki...

Mia.az saytına istinadən Icma.az xəbər verir.

Bir neçə gündür mətbuatda və sosial şəbəkələrdə Bakı şəhərində kikboksçular arasında baş verən dava müzakirə olunur. Belə ki, paytaxtın Xətai rayonunda Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, kikboksinq müəllimi, Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum edilib.

DSX zabitinə hücum edən idmançılar Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov və Musa Əhmədov saxlanılıblar.
Fuad Zeynalov mətbuata açıqlamasında bildirib ki, hadisənin sifarişçisi Azərbaycan Kikboksinq Federasiyasının I vitse-prezidenti Ramal Aslanovdur. Onun artıq saxlanıldığı bildirilir.
Hadisə ilə bağlı Kikboksinq Federasiyasında iclas keçirilib. I vitse-prezident Ramal Aslanov tutduğu vəzifədən öz istəyi ilə azad edilib. Bundan əlavə, Azərbaycan Kikboksinq Federasiyasının nəzdində fəaliyyət göstərən, Elnur Həmidovun direktoru və baş məşqçisi olduğu "Dragon Fight Academy" idman klubunun lisenziyası ləğv olunub. Fuad Zeynalovun isə məşqçi fəaliyyətinə xitam verilib. Hadisə barədə Modern.az-a danışan Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru Fuad Zeynalov bildirib ki, Federasiyanın qərarına hörmətlə yanaşır: “İş qaydası olaraq araşdırma getdiyi üçün mənim də fəaliyyətimə xitam verilib. Bu qərara hörmətlə yanaşıram, hər şey yaxşıdır. Heç bir narahatlıq yoxdur”.
F.Zeynalov deyib ki, Ramal Aslanov tərəfindən onun evinə 2 dəfə hücum edilib:
“Eyni Federasiyada olduğumuz, tanışlığımız olduğu üçün şikayət etməmişdim. Həm də 3-4 il əvvəl münasibətimiz yaxşı olub. Evimə basqın etdi, mən də cavablarını vermək üçün aşağı düşdüm. Mən aşağı düşəndə qaçdılar, arxalarınca çağırdım. Zəng edib dedim ki, nə sözünüz varsa, gəlin, kişi kimi görüşüb həll edək. Bildirdim ki, ədavətin varsa qaçma, görüşək, kişi kimi məsələni həll edək. Ya ölək, ya öldürək, amma problem həll olsun. Bu hadisə 2 dəfə təkrarlandı. Hər dəfə qaçdılar, zəng edib problemin bu şəkildə həll edilə bilməyəcəyini bildirdim. Qapımın döyülməsi məsələsi cəfəngiyatdır, mənim qapımı döyən qələt edir. Deyiblər aşağıdayıq, mən də onları çəkindirmək üçün baltanı götürüb düşmüşəm aşağı. Dəfələrlə bildirmişəm ki, məsələnin həlli bu deyil. Telefonum açıqdır, zəng et hara istəyirsən gəlim. Evimə niyə hücum edirsən?”
Onun sözlərinə görə, hücum edənlərin məqsədi üzbəüz gəlmək yox, arxadan zərbə endirmək idi:  “Elə ona görə də bu addımı atdılar. Onlar mənim hazırlığımı bildikləri üçün üzbəüz gəlməyə cəsarət edə bilmirdilər. Ramal Aslanovu tapşıranlar, bütün məsələlərə müdaxilə edənlər çoxdur. Əgər o sərbəst buraxılarsa, deməli, o adamların tapşırığı ilə olub. O adamların kim olduğunu da yaxşı bilirəm. Bu gün o ya məhkəməyə çıxarılmalı, ya da sərbəst buraxılmalıdır”.
İdman ustası Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Əliyevin də məsələyə münasibətinə toxunub:
“Adil Əliyev belə halların yaşanmaması üçün əlindən gələni etdi. Bizi çağırdı, bu məsələnin həll edilməsini bildirdi. Mən öz sözümü tutdum, amma Ramal Aslanov sözünü tutmadı. Ümumiyyətlə, evə hücum çəkmək kişiliyə yaraşan hərəkət deyil. Orada da Adil bəy sözünü dedi və bildirdi ki, hər kəs öz işi ilə məşğul olsun. Söz verildi ki, məsələ bitdi. Amma 10-15 gün sonra yenə eyni şeyi etdilər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://mia.az
archiveBu xəbər 08 Yanvar 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see245

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see196

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see143

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri