Adil Əliyev bu mesajlarına görə həbs ediləcək? FOTO+AÇIQLAMA
Icma.az bildirir, GlobalInfo portalına istinadən.
Xəbər verdiyimiz kimi, vəkil Aqil Layıcla Suraxanı Rayon İcra Hakimiyyəti başçısı Adil Əliyev arasında qalmaqal yaşanıb. Belə ki, hüquqşünas Aqil Layıc öz Feysbuk səhifəsində Adil Əliyevin Bakı Şəhər icra başçısı Eldar Əzizov tərəfindən töhmət almasını şərh edərək, onun haqqında tənqidi fikirlər yazıb. Adil Əliyev isə vəkilə mesaj yazaraq, onu dolayı yolla təhqir edib.
Sözügedən mesaja görə Adil Əliyevi hansısa cəza gözləyirmi?
Globalinfo.az-a danışan vəkil Mehman Muradlı mesajın hədə-qorxu xarakteri daşımadığını bildirib.
Onun sözlərinə görə, məsələ ekspertlər tərəfindən qiymətləndirilə bilər:
“Bəlkə də həmin mesaj təhqir kimi qiymətləndiriləcək, amma bu, mübahisəli məsələdir. Sətiraltı nəsə ola bilər. Məsələn, “Evindən xəbərin yoxdur, qonşulardan soruş” ifadəsi təhqir kimi dəyərləndirilə bilər. Amma yekun qərar ekspert rəyi ilə müəyyənləşəcək. Hüquqşünas kimi isə mənim mövqeyim budur ki, bu mesajın qiymətləndirilməsi mütəxəssislər tərəfindən aparılmalıdır”.
Xatırladaq ki, fevralın 17-də Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə Surxana rayon icra başçısı Adil Əliyevə işindəki nöqsanlara görə töhmət verilib.
Zaira Akifqızı
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 24 Fevral 2026 15:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















