Adil Kərimli: Tarixi dini abidələr ciddi dağıntılara məruz qalıb
Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Tarixi-dini ibadət məkanları, bir tərəfdən, zəngin Azərbaycan memarlığının nümunələri, digər tərəfdən isə ölkəmizdə dərin köklərə malik tolerantlıq mühitinin və milli-mənəvi dəyərlərin qorunub yaşadılması baxımından mühüm əhəmiyyət daşıyan məkanlardır”.
Demokrat.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Mədəniyyət naziri Adil Kərimli Mədəniyyət Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən“Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda baş tutan konfrans zamanı bildirib.
Nazir əlavə edib ki, bu iki istiqaməti bir-birindən ayırmaq mümkün deyil:
“Dini ibadət məkanlarının öz funksiyalarını yerinə yetirməsi ilə yanaşı, onların memarlıq xüsusiyyətlərinin, tarixi dəyərinin və orijinallığının qorunması da olduqca vacibdir. Silahlı münaqişələr və münaqişələrdən sonrakı mürəkkəb proseslər tarixi-mədəni irsin qorunması qarşısında ciddi çağırışlar və çətinliklər yaradır”.
Adil Kərimli qeyd edib ki, 30 illik erməni işğalı dövründə Azərbaycanın işğal altında olan ərazilərində yerləşən tarixi-dini abidələrimiz ciddi dağıntılara məruz qalıb, onların bir qismi tamamilə məhv edilib:
“Həmin ərazilərdə vandalizm hallarına yol verilib. Eyni zamanda, tarixi-dini abidələrə və komplekslərə məxsus, onların ayrılmaz hissəsi olan mədəni mülkiyyət nümunələrinin qanunsuz şəkildə ölkə ərazisindən çıxarılması halları da müşahidə olunub”.
Fidan Hacızadə
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Demokrat.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Mədəniyyət naziri Adil Kərimli Mədəniyyət Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən“Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda baş tutan konfrans zamanı bildirib.
Nazir əlavə edib ki, bu iki istiqaməti bir-birindən ayırmaq mümkün deyil:
“Dini ibadət məkanlarının öz funksiyalarını yerinə yetirməsi ilə yanaşı, onların memarlıq xüsusiyyətlərinin, tarixi dəyərinin və orijinallığının qorunması da olduqca vacibdir. Silahlı münaqişələr və münaqişələrdən sonrakı mürəkkəb proseslər tarixi-mədəni irsin qorunması qarşısında ciddi çağırışlar və çətinliklər yaradır”.
Adil Kərimli qeyd edib ki, 30 illik erməni işğalı dövründə Azərbaycanın işğal altında olan ərazilərində yerləşən tarixi-dini abidələrimiz ciddi dağıntılara məruz qalıb, onların bir qismi tamamilə məhv edilib:
“Həmin ərazilərdə vandalizm hallarına yol verilib. Eyni zamanda, tarixi-dini abidələrə və komplekslərə məxsus, onların ayrılmaz hissəsi olan mədəni mülkiyyət nümunələrinin qanunsuz şəkildə ölkə ərazisindən çıxarılması halları da müşahidə olunub”.
Fidan Hacızadə
Bu mövzuda digər xəbərlər:Minalanmış ərazilər tarixi abidələr üçün təhlükə yaradır Adil Kərimli
17 Sentyabr 2026 11:19
Adil Kərimli: Tarixi dini ibadət məkanları iki istiqamətdən nəzərdən keçirilir
17 Sentyabr 2026 11:45
Nazir Adil Kərimli: Qarabağda tarixi abidələrin bərpasına başlanılıb
26 Fevral 2025 10:26
Adil Kərimli Parisə yollandı
15 İyun 2026 12:18
Adil Kərimli 2 əmr imzaladı
02 May 2025 15:10
Baxış sayı:131
Bu xəbər 17 Sentyabr 2026 11:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















