Adil Kərimli: Tarixi dini ibadət məkanları iki istiqamətdən nəzərdən keçirilir
Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.
"Tarixi-dini ibadət məkanları iki istiqamətdən nəzərdən keçirilir".
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Respublikası Mədəniyyət Naziri Adil Kərimli "Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər" mövzusunda keçirilən konfransda bildirib.
Nazirin sözlərinə görə, birinci, onlar zəngin Azərbaycan memarlığının ifadəsidir, qədim dövrlərə məxsus olan və zəngin bir irsə sahib olan memarlıq nümunəsidir.
Digər tərəfdən, onlar Azərbaycanda mövcud olan və dərin köklərə malik olan tolerantlıq mühitinin formalaşması, bizim milli-mənəvi dəyərlərimizin yaşatması üçün vacib olan məkanlardır:
"Bu iki konteksti bir-birindən ayırmaq çətindir və olmaz. Ona görə də həm milli-mənəvi dəyərlərin qorunması istiqamətində və bu sahədə dini ibadət ayinlərinin icrası önəmli məsələdir. Dövlətimiz bunun üçün şəraiti yaradıb, lakin onun memarlıq dəyəri də – yəni Azərbaycan dövlətçiliyinin, Azərbaycan cəmiyyətinin milli kimliyinin qorunması istiqaməti kimi onun orijinallığının qorunması da bizim üçün çox önəmlidir".
Banu Hüseynli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 17 Sentyabr 2026 11:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















