Icma.az
close
up
RU
Adil Kərimli və Anar Ələkbərov Montrödə konsertdə iştirak ediblər FOTOLAR

Adil Kərimli və Anar Ələkbərov Montrödə konsertdə iştirak ediblər FOTOLAR

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, İsveçrədə keçirilən “Septembre Musical Montreux–Vevey” festivalı çərçivəsində Azərbaycan mədəniyyətinin geniş proqramla təqdimatı davam edir. Yeri gəlmişkən, bu il dünyaşöhrətli festivalın 80 illik yubileyi qeyd olunur. Ölkəmizin yubiley festivalında fəxri qonaq olması Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə təbliğatı baxımından xüsusilə əlamətdardır. 

Bakıvaxtı.az xəbər verir ki, sentyabrın 14-də Montrö şəhərinin məşhur “Auditorium Stravinski” səhnəsində Azərbaycan incəsənət nümayəndələrinin iştirakı ilə qala konsert keçirilib. 

İki hissədən ibarət proqram Ü.Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra” ilə açılıb. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri Fuad İbrahimovun dirijorluğu ilə dahi bəstəkətin bu əbədiyaşar sənət incisini böyük şövqlə ifa edib. 

Sonra orkestrin ifasında Q.Qarayevin “Yeddi gözəl” baletindən “Vals”, A.Əlizadənin “Cəngi”, F.Əmirovun “Azərbaycan kapriççiosu”, Niyazinin “Konsert valsı” və A.Məlikovun “Məhəbbət əfsanəsi” baletindən “Türk qızlarının rəqsi” səsləndirilib. 

Gecədə Alim Qasımov “Qaragilə”, Fəqan Ələsgərov (balaban) və Mədinə Şahgəldiyeva (kamança) isə “Sarı gəlin” Azərbaycan xalq mahnılarını ifa ediblər. Azərbaycan Dövlət Rəqs Ansamblı isə

Eldar Mansurovun “Odlar yurdu” rəqsini və “Uzundərə” Azərbaycan xalq rəqsini təqdim edib.

Solistlər – Samir Cəfərov (tenor) Ü.Hacıbəylinin “Sevgili canan”, Murad Hüseynov (fortepiano) F.Əmirovun “Min bir gecə” baletindən “Şəhrizadın şənliyi”, Yusif Eyvazov (tenor) F.Əmirovun “Sevil” operasından “Balaşın ariyası”, Afaq Abbasova (soprano) Niyazinin “Arzu”, Ceyla Seyidova və Elvin Hoca Qəniyev (skripka) Niyazinin “Rast” simfonik muğamı, Elmina Həsənova (mezzo-soprano) F.Əmirovun “Sevil” operasından “Dilbərin ariyası”, Əhəd Ağayev (xanəndə) “Bayatı-Şiraz” muğamı, Sevda Ələkbərzadə İ.Sarabskinin “Caz kompozisiyası” (müşayiət: İ.Sarabski – fortepiano və Ş.İmanov – tar), Elmina Həsənova və Samir Cəfərov Ü.Hacıbəylinin “Arşın mal alan” operettasından Gülnaz və Əsgərin dueti, Şəhriyar İmanov H.Rzayevin “Çahargah rapsodiyası”, Yusif Eyvazov və Afaq Abbasova T.Quliyevin “Bakı haqqında mahnı” əsərlərini ifa ediblər.

Qala konsert bütün solistlərin birgə ifasında M.Maqomayevin məşhur “Azərbaycan” mahnısının ifası ilə başa çatıb. Musiqi mədəniyyətimizin təntənəsinin yaşandığı gecə tamaşaçılara unudulmaz anlar bəxş edib. 

Ansambl, orkestr və solistlərin hərarətli ifası müxtəlif ölkələrdən olan sənətsevərlərə Azərbaycan mədəniyyətinin zənginliyini nümayiş etdirib.

Konsert proqramı böyük maraq və alqışlarla qarşılanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 15 Sentyabr 2026 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see322

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see321

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see314

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see304

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see300

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see296

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see295

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see267

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see266

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see258

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see256

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see255

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see253

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see247

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see244

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see242

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see241

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see205

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see201

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri