Icma.az
close
up
RU
Adil Kərimli və dostları Mədəniyyət Nazirliyini niyə bu vəziyyətə salıb?

Adil Kərimli və dostları Mədəniyyət Nazirliyini niyə bu vəziyyətə salıb?

Icma.az, Tribuna portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan dövləti mədəniyyət sahəsini hər zaman cəmiyyətin inkişafı və yaradıcı potensialın təşviqi üçün strateji prioritet kimi görür. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu sahənin inkişafını daima dəstəkləyir, yaradıcı təşəbbüsləri himayə edir və ölkədə mədəni irsin qorunmasını dövlət siyasətinin əsas istiqamətinə çevirib.
Lakin təəssüflə qeyd etmək lazımdır ki, Mədəniyyət Nazirliyinin fəaliyyəti bu dövlət dəstəyinə adekvat deyil və sahədə ciddi idarəçilik boşluqları müşahidə olunur.
9 noyabr Zəfər Günü münasibətilə Mədəniyyət Nazirliyinin rəsmi paylaşımında Azərbaycan bayrağının təhrif edilməsi bu qurumun fəaliyyətini yenidən gündəmə gətirdi.
Bayrağımızın təhrif edilmiş formada paylaşılması birmənalı şəkildə qətiyyən texniki səhv deyil. Bu fakt nazirliyin laqeydliyi və məsuliyyətsizliyini açıq şəkildə ortaya qoyur. Nazirlik faktiki olaraq ölkəmizin milli rəmzlərini bütün dünyada təbliğ etməli olduğu halda ən vacib gündə belə ciddi səhvə yol verir. Bu nazirlikdəki işgüzar mühitin səviyyəsini bir daha ortaya çıxarır.
Üstəlik, bu nazirliyin təşkilatçılığı ilə baş tutan tədbirlərdə bayrağımızla bağlı yaşanan ilk qalmaqal deyil.
Ardıcıl baş verən problemlər göstərir ki, nazir Adil Kərimlinin diqqəti daha çox şəxsi işlərə və “dost-tanış klubu”na yönəldiyi üçün əsas vəzifələr yetərincə yerinə yetirilmir.
Gəlin, baxaq: Kitabxanalar və mədəniyyət mərkəzləri faktiki olaraq fəaliyyət qabiliyyətini itirib. Regionlarda və paytaxtda yerləşən bu müəssisələr əsasən formal tədbirlər təşkil edir, lakin onların ideoloji və mədəni məqsədləri reallıqda yerinə yetirilmir. Xaricdə fəaliyyət göstərən mədəniyyət mərkəzləri də, kiçik istisnalarla oxşar problemlərlə üzləşir və dövlətin mədəniyyət siyasətini effektiv şəkildə təbliğ edə bilmir.
Son dövrlərdə Mədəniyyət Nazirliyi strukturlarında müəllim və mədəniyyət işçilərinin “imtahan” adı altında kütləvi işdən çıxarılması dövlətimizin sosial siyasət kursu ilə tamamilə ziddir. İşdən çıxarılan kadrların yerinə təyin edilən şəxslərin kimlikləri və əlaqələri araşdırılarsa bu imtahanların əsl məqsədi daha aydın bəlli olar.
Ölkə miqyasında keçirilən kitab sərgiləri ancaq qalmaqallarla yadda qalır. Yerli nəşriyyatlara laqeyd münasibət göstərilir. Eyni çevrələr hər dəfə üstünlük qazanır, yaradıcı gənclər və yeni ideyalar isə kənarda saxlanılır.
Tender və qrantların verilməsi prosesinin şəffaflıqdan uzaq olması ilə bağlı çoxsaylı əsaslı iddialar var. Şəxsi maraqlar, maddi ehtiyaclar və dost-tanış münasibətləri prosesin əsas tərkib hissəsinə çevrilib. Bu isə mədəniyyət sahəsində innovasiyanın və yaradıcılığın qarşısını alır.
Əslində isə mədəniyyət xalqın həmrəyliyini və dəyərlərini qoruyan sahədir. Təəssüf ki, Mədəniyyət Nazirliyindəki idarəçilik boşluqları sahənin bu funksiyasını yetərincə yerinə yetirməsinə imkan vermir. Nazirlik dərhal peşəkar kadrları önə çıxarmalı, layihə və tədbirləri şəffaf şəkildə təşkil etməli və mədəniyyətimizə real nəticələrlə töhfə verməlidir.

Fərid Şahbazlı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 10 Noyabr 2025 20:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see295

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see175

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see165

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see153

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see148

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see146

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see141

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see139

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see133

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see131

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see130

10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti

24 Dekabr 2025 07:15see129

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see127

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see125

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri