Zelenski: Sülh sazişi üzrə bəzi sənədlər artıq hazırdır
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Sülh sazişi üzrə bəzi sənədlər artıq hazırdır".
Oxu.Az "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri - Stiv Uitkoff və Cared Kuşner ilə birsaatlıq telefon danışığı aparıb:
"Bu, həqiqətən yaxşı söhbət idi: çoxlu detallar var, yaxşı ideyalar mövcuddur və biz onları müzakirə etdik. Real sülhü yaxınlaşdırmaq üçün bəzi yeni ideyalarımız var və bu, formatlara, görüşlərə və əlbəttə ki, vaxt məsələlərinə aiddir".
Zelenski əlavə edib ki, Ukraynanın danışıqlar üzrə nümayəndə heyətinin rəhbəri, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov dekabrın 25-də ABŞ-nin sülh təşəbbüslərinin müzakirəsini Vaşinqton nümayəndələri ilə davam etdirəcək.
Prezidentin sözlərinə görə, mühüm məqam ondan ibarətdir ki, sülh sazişi ilə bağlı bəzi sənədlər artıq hazırlanıb: "Mən görürəm ki, onlar demək olar tam hazırdır - bəzi sənədlər artıq hazırdır. Əlbəttə, həssas məsələlər üzərində hələ işləmək lazımdır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 26 Dekabr 2025 00:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















