Icma.az
close
up
RU
Adil Şükürov: Qarabağın Sumqayıtı böyük hesabla məğlub etməsi sürpriz oldu

Adil Şükürov: Qarabağın Sumqayıtı böyük hesabla məğlub etməsi sürpriz oldu

sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Şamaxı" - "Səbail" oyunu meydançaya uyğun olaraq daha çox birə-bir mübarizə şəraitində keçdi. Hansısa komandanın üstün və ya zəif oynadığını demək olmaz. Oyuna baxanda görünürdü ki, komandalar bir xala razı idilər. Bunu da həmən günə olan hava şəraiti, meydançanın durumu və turnir cədvəlində olan sıxlıq məcbur edirdi. Çünki "Səbail"in qalibiyyəti "Şamaxı" ilə xal fərqinin minimuma enməsi və turnir cədvəlində sonuncu pillədən qurtulması demək idi".

Bu sözləri Sport24.az saytına açıqlamasında Adil Şükürov deyib.

Mütəxəssis Misli Premyer Liqasının  17-ci turunun digər qarşılaşmalırını belə şərh edib:

"Gözlənilməz nəticə "Araz Naxçıvan" - "Sabah" oyununda oldu. Bu matçda "Arar Naxçıvan"ın uduzmayacağını düşünürdüm. Oyun ərzində "Araz Naxçıvan"ın qol imkanlarının çoxluğu və topa daha çox nəzarət etməsi məğlub olacağına inandırmırdı.  Amma Naxçıvan təmsilçisinin məğlub olması bir daha göstərdi ki, Misli Premyer Liqasında sürpriz nəticələr çox olacaq. "Sabah"a gəldik də isə onu demək olar ki, Vasili Berezutskinin gəlişindən sonra turnir cədvəlində komandaların mövqeyinə uyğun müxtəlif strategiya ilə oyunlara hazırlaşır. "Qarabağ"la oyunda daha çox üçüncü zonada pressinq edirdisə, bu oyunda ikinci zonanın əvvəlində rəqibi qarşılayaraq oynayırdı. Bu da "Sabah" komandasının gələcək turlarda hansı oyun üslubuna üstünlük verərək oynayacağını müəyyənləşdirmək baxımında rəqiblərə çətinlik törədəcək.

"Zirə" - "Turan-Tovuz" oyununu turun taktiki döyüşü kimi xarektirizə edərdim. Hər iki komanda turnir cədvəlindəki yerini qorumaq barədə fikirləşirdi ki, bu da oyunu baxımsız və maraqsız edirdi. Sanki komandalar qol vurmaq yox, müdafiə olunmaq barəsində fikirləşirdi. Buna "Zirə"də olan güclü küləyin təsiri oldu. Amma azsayda "Turan-Tovuz" hücumları bəzən oyunu maraqlı edirdi.

"Neftçi" - "Kəpəz" oyunu qolla başlaması "Kəpəz"i bəlkə də ilkin oyun planından çıxmağa məcbur etdi. Oyun bütövlükdə hər iki komandanın rəqib qapıları qarşısında təhkükəli hücumları ilə yadda qaldı. Oyunun sonlarına yaxın "Kəpəz" futbolçularının vurduqları qoldan sonra daha da aktivləşməsi "Neftçi"nin kəskin əks hücumlardan yararlana bilməməsi ilə sonlandı.  Bu qələbə "Neftçi"nin "Şamaxı"nı geridə qoyaraq yeddinci pillədə möhkəmlənməsinə səbəb oldu. Son turda "Neftçi"ni Tovuz səfərində hansı çətinliklər gözlədiyini nəzərə alsaq, "Kəpəz" oyunundakı qazanılan qələbənin çox vacib olduğunu deyə bilərik .

"Qarabağ" - "Sumqayıt" oyununda hesabın 5:0 olmağını sürpriz kimi qeyd edə bilərəm. "Sumqayıt"ın son turlarda göstərdiyi performans komandanın "Qarabağ"la oyunda yaxşı mübarizə apararaq bərabərliyə nail olacağını deməyə əsas verirdi. Lakin dördüncü dəqiqədə Musanın qolu demək olar ki, oyunun müqəddəratını həll etdi. Birinci hissənin əlavə vaxtında Nəriman Axundzadənin üçüncü qolu vurması son nöqtə oldu. İkinci hissədə artıq "Sumqayıt"ın nəyəsə ümüd etməsinə "Qarabağ" heç bir şans vermədi".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://sport24.az
archiveBu xəbər 18 Dekabr 2024 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri