Icma.az
close
up
RU
Adil Şükürov: Yekun qərar qəbul etdiyimiz futbolçular barəsində ictimaiyyətə açıqlama veriləcək

Adil Şükürov: Yekun qərar qəbul etdiyimiz futbolçular barəsində ictimaiyyətə açıqlama veriləcək

Icma.az, Sportal.az portalına istinadən məlumat verir.

“Kəpəz”in baş məşqçisi Adil Şükürov komandanın son durumu və yay hazırlıq planı ilə bağlı klubun mətbuat xidmətinə açıqlama verib.

Sportal.az xəbər verir ki, o, hazırda bəzi oyunçularla danışıqlar apardıqlarını söyləyib. "Komandada olan bəzi oyunçularla danışıqlarımız davam edir. Hansısa irəliləyiş olsa, “Kəpəz” azarkeşlərinə məlumat verəcək. Bu arada, kollektivə yeni futbolçular da cəlb etməyə səy göstəririk. Çalışırıq transfer məsələsində yanılmayaq. Amma biz futbolçuların əvvəlki komandalarda oyunlarını izləyirik. Heyətə cəlb etmək istədiyimiz oyunçular var. Yekun qərar qəbul etdiyimiz futbolçular barəsində ictimaiyyətə açıqlama veriləcək”.

Baş məşqçi qərb təmsilçisinin hazırlıq planı barəsində də danışıb: “İyunun 30-da komanda Gəncədə hazırlığa start verəcək. Bilirsiz ki, klubun Məşq Mərkəzində ideal şərait var. Meydançaların, bazanın vəziyyəti orada məşq keçməyimiz üçün çox uyğundur. Fitnes zalı lazımı avadanlıqlarla təhciz olunub. Futbolçunun hərtərəfli hazırlaşması üçün müvafiq imkanlar var.

10 günlük ilk hazırlıq mərhələsini ikitərəfli oyunla başa vuracağıq. Bir gün fasilə edib hazırlığın ikinci mərhələsinə start veriləcək. Bu mərhələdə beş yoldaşlıq oyunu planlaşdırırıq. Təlim-məşq toplanışı ölkə daxilində olacaq”.

Şükürov “sarı-göylər”in 5 yoxlama matçında qüvvəsini sınayacağını deyib: “Hazırlıq dövründə 5 yoxlama oyunu keçirəcəyik ki, bu matçların vaxtı məlumdur. 16, 21, 26, 31 iyul və 5 avqustda meydana çıxacağıq. Yoldaşlıq görüşləri oynayacağımız komandalar barəsində məlumat qarşıdakı günlərdə veriləcək”.

Şükürov, artıq məşqçilər korpusunda yer alacaq mütəxəssislərin dəqiqləşdiyini vurğulayıb: “Məşqçilər korpusu müəyyənləşib. Köməkçi məşqçilər İlyas Qurbanov, Zaur Əsədov, analitik məşqçi Elmir Hüseynov olacaq. Qapıçılar ilə Vüqar Məmmədov işləyəcək. Fiziki hazırlıq üzrə məşqçi yəqin ki, ölkə xaricindən dəvət ediləcək”.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://sportal.az
archiveBu xəbər 22 İyun 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“2024 YR4” asteroidi bəşəriyyət üçün ciddi təhlükə yarada bilər

22 İyun 2025 08:27see135

Bəzi balıqlar necə elektrik istehsal edir?

22 İyun 2025 00:51see129

Azərbaycanda ilk dəfə UFC turniri keçirilib

22 İyun 2025 02:32see125

Xabi Alonso Real Madrid də dronlardan istifadə edir

22 İyun 2025 04:09see119

BDU nun dekan müavini vəfat etdi

21 İyun 2025 23:45see119

Bakıda UFC gecəsi Yenilənir

22 İyun 2025 00:18see117

Məhəmməd Nayimov Bakıda rəqibini məğlub etdi

21 İyun 2025 23:55see116

KİV: İsrail İran ABŞ razılaşmasını gözləmək niyyətində deyil

22 İyun 2025 01:15see116

Hərbi texnikalar Ermənistandan Qarabağa belə gətirilib... Saakyan təsdiqlədi

21 İyun 2025 21:26see114

Virts tibbi müayinədən keçdi, Kerkez də yol üstədi

22 İyun 2025 00:31see113

Antarktida yeni dəniz canlıları kəşf etdi

21 İyun 2025 22:43see113

Taqir Ulanbekovdan çətin qələbə

21 İyun 2025 21:18see113

Tramp: Fordo artıq yoxdur

22 İyun 2025 05:39see113

“Əşrəf Röya”da toy var: Demet Özdemir nikah şahidi oldu

22 İyun 2025 03:05see112

Britaniya məmurları bir ildə 1,3 milyon dəyərində 2 min mobil cihaz itirib

22 İyun 2025 16:45see111

Qəza kilometrlərlə tıxaca səbəb oldu FOTO

22 İyun 2025 00:36see111

Bazar gününün HAVASI

21 İyun 2025 14:17see111

Belarus müxalifətinin liderinin həyat yoldaşı Sergey Tixanovski azadlığa buraxılıb

21 İyun 2025 18:05see111

İran İsraillə əməkdaşlıq edənlərə amnistiya vəd edir!

21 İyun 2025 21:01see111

Azərbaycan rəqabətqabiliyyətli dövlətlər qrupuna daxil olub

22 İyun 2025 09:32see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri