Icma.az
close
up
RU
Kişilər zorakılığa belə haqq qazandırdılar SORĞU

Kişilər zorakılığa belə haqq qazandırdılar SORĞU

Icma.az, Bakupost saytına istinadən bildirir.


Sosial Tədqiqatlar Mərkəzi Azərbaycanda məişət zorakılığı ilə bağlı sorğu keçirib.

Bu barədə Bakupost.az-a Sosial Tədqiqatlar Mərkəzindən (STM) məlumat verilib.

Bildirilib ki, Azərbaycanda məişət zorakılığı ilə mübarizə uzunmüddətli dövlət siyasətinin tərkib hissəsi olsa da, bu istiqamətdə bir sıra problemlər hələ də aktualdır.

Mövzu ilə bağlı keçirilən sorğular bir sıra mühüm məqamları üzə çıxarıb:

- Zorakılığın bir sıra növləri zorakılıq kimi anlaşılmır. Respondentlər 16 bənddən ibarət müxtəlif zorakılıq növlərindən yalnız “döymək” məsələsinə birmənalı münasibət (88,8%) bildiriblər. Psixoloji və iqtisadi zorakılığı "zorakılıq" kimi qavrayanlar azlıq təşkil edir. Məsələn, hər dörd nəfərdən biri ailədə təhqir və hədə-qorxunu zorakılıq hesab etmir;

- Zorakılığa münasibətdə kəskin gender fərqləri mövcuddur. Boşanmış şəxslər arasında keçirilmiş sorğuda iştirak etmiş hər üç qadından biri zorakılığı boşanmaya səbəb olan amil kimi qeyd edib. Boşanmış kişilərin isə heç biri zorakılıq səbəbini göstərməyib. Kişilərin 30,2%-i zorakılığı qaçılmaz hesab edib, 32,4%-i isə zorakılığa haqq qazandırdıqlarını etiraf ediblər;

- Məişət zorakılığı ilə mübarizəni çətinləşdirən digər amil qurbanı günahlandırma tendensiyasıdır. “O nə edib ki, zorakılığa məruz qalıb?” ən çox səslənən sualdır. “Victim-blaming” kimi tanınan qurbanı günahlandırma fenomeni ümumilikdə cəmiyyət üçün səciyyəvidir;

- Ali təhsilli insanlar zorakılığa münasibətdə daha dözümsüzdürlər, qurbanı günahlandırma halına onlar arasında daha az rast gəlinir. Lakin ali təhsillilər cəmiyyətin strukturunda azlıq təşkil edən qrupdur;

- Əksər televiziya kanallarında yayımlanan filmlərdə ailədaxili aqressiv, kobud kommunikasiyanın yayımlanması zorakılığa yol açan münasibət formalarının ictimai şüurda normallaşmasına gətirib çıxarır.

"Bir tərəfdən toksik maskulinlik, digər tərəfdən isterik, emosional qeyri-sabit femininlik nümunələrinin media məzmununa həddən artıq yüklənməsi cəmiyyətin ümumi mədəni səviyyəsinə mənfi təsir göstərir", - deyə məlumatda qeyd edilib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 23 Dekabr 2025 20:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri