Icma.az
close
up
RU
Adın nədir sualının ən uzun cavabı: Deməsi 20 dəqiqə çəkir FOTOLAR

Adın nədir sualının ən uzun cavabı: Deməsi 20 dəqiqə çəkir FOTOLAR

Icma.az bildirir, Avtosfer portalına istinadən.

"Adınız nədir” sualı, gündəlik həyatda ən sadə və ən tez cavablanan suallardan biridir. Lakin bu, Yeni Zelandiyadan olan Lourens Uotkins üçün keçərli deyil. Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, onun tam adı 2 min 253 sözdən ibarətdir və Uotkins bu adı tam şəkildə demək üçün təxminən 20 dəqiqə vaxt sərf edir. Yeni Zelandiyanın Oklend şəhərində yaşayan 60 yaşlı Lourens Uotkins 2 min 253 sözdən ibarət adı ilə Ginnesin Rekordlar Kitabına düşüb. Onun adını tam şəkildə oxuması düz 20 dəqiqə çəkir.

Bu qeyri-adi vəziyyət 1991-ci ildəki toy mərasimində də maraqlı anlara səbəb olub. Nikah məmuru Uotkinsin adını əvvəlcədən kasetə yazdırıb. Qonaqlar şampan qədəhləri ilə zalda gəzərkən həmin səs yazısı səsləndirilib və yazı bitdikdə Uotkins nəhayət "Bəli” deyə bilib. 1965-ci ildə doğulan Uotkins uşaqlıq illərində "Ripley’s Believe It or Not!" adlı televiziya proqramına böyük maraq göstərib. Bu verilişdə dünyadakı qeyri-adi insanlar, yerlər və hadisələr haqqında maraqlı faktlar təqdim olunurdu. Uotkins "CNN International”a müsahibəsində o illəri belə xatırlayıb: "Rekord sahiblərinə heyran idim. Dünyanın ən sürətli, ən uzun, ən güclü insanları... Ən uzun saçlı, ən uzun dırnaqlı insanlar və daha neçə-neçə qeyri-adilər".

O, "adi bir insan" kimi ən real şansının dünyanın ən uzun adını yaratmaqda olduğunu düşünüb. Uotkins başqa bir rekord cəhdindən də danışıb: "Digər seçim ər-arvad arasında ən böyük boy fərqi rekordu idi. O vaxtkı rekord sahibi mənimlə eyni boyda - 1,88 metr olan cənubi afrikalı bir kişi idi və həyat yoldaşı 91 santimetr boyunda idi. Yəni, daha qısa biri ilə evlənməyincə bu mümkün görünmürdü". 1990-cı ildə Uotkins adını qanuni şəkildə dəyişmək üçün məhkəməyə müraciət edib. Bu proses zamanı işlədiyi kitabxanadakı kitablardan və həmkarlarının tövsiyələrindən ilham alaraq adlar seçib. İlk müraciəti rədd edilsə də, Ali Məhkəməyə müraciət edərək işini udub və adını rəsmi şəkildə dəyişdirməyə nail olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 26 Oktyabr 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see264

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see255

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see246

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see196

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see185

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see180

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see157

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see156

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see153

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see145

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see144

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see142

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri