Icma.az
close
up
RU
Adından boylanan söz adamı Esmira İsmayılova yazır

Adından boylanan söz adamı Esmira İsmayılova yazır

Icma.az bildirir, Adelet.az portalına istinadən.

Mirbağır Yaqubzadənin 60 illik yubileyinə

Yubiley yazısı yazmaq elə yubilyarla birgə o sevinci yaşamaq kimidir.  Xoş bir rahatlıq, içdən gələn sevinc hissi duyursan. Və həm də fərqlisi budur ki, o sevinci yubilyardan qabaq dadırsan, yaşayırsan. Yaza-yaza, düşünə-düşünə, sözləri cümlələrə çevirə-çevirə yubilyarın sevincindən öz payını çəkirsən. 

Bu gün də belə özəl günlərdən biridir. Qələminə və şəxsiyyətinə böyük dəyər verdiyim jurnalist həmkarım Mirbağır Yaqubzadənin 60 yaşı tamam olur.   Mirbağır müəllimlə ortaq cəhətlərimiz çoxdur. Yaşımızın, peşəmizin eyniliyi,  xarakterimizin üst-üstə düşən xüsusiyyətləri, üstəlik də, eyni bölgə, rayondan olmağımız bizi bir köynək  yaxınlaşdırıb. 

Doğum, yubiley günündə Mirbağır müəllimdən söz açmaq mənim üçün çox rahatdır. Birincisi, ona görə ki, Mirbağırı uzun illərdir tanıyıram, həyat, yaradıcılıq yoluna bələdəm. İkincisi, ən vacibi də, yazacaqlarıma, xoş sözlərimə, tərifin əndazəsini aşsam belə, onu tanıyanların əksəriyyətinin şərik olacağına əminəm. Nə üçün? Çünki mənim tanıdığım Mirbağır müəllim o qədər saf, təmiz, təmənnasızdır ki, onun haqqında nə yazsan yamaq kimi, yaltaqlıq kimi görünmür, şit olmur. Daxili aləmi ilə xarici görünüşü tən gələn bu səmimi insanı həm də içindəki uşaq saflığını, dağ kəndindən gətirdiyi mərdliyi, qətiyyəti altmışacan qoruyub saxlaya bildiyinə görə sevirəm, dəyərləndirirəm, bəyənirəm.

Son günlərdə sosial şəbəkələrdə həmkarımın 60 illik yubileyi ilə bağlı paylaşımlar göstərir ki, Mirbağır Yaqubzadə təkcə mənə doğma deyil. İstedadlı həmkarım barədə söz demək istəyənlərin, yubiley təbriklərinin sayı kifayət qədərdir. Elə arzular da. Bu sakit, ağır təbiətli, səmimi insanın bütün jurnalist həmkarları arasında xətir-hörməti, yeri var və bu dəyər birdən-birə qazanılmayıb, uzun illərin bəhrəsidir, əziyyətidir.

Əslində Mirbağır Yaqubzadə xaricən heç 60 yaşlı yubilyara bənzəmir. Maşallah, çox qıvraqdır, çevikdir, gənclik illərindən daha məhsuldardır, böyük şövqlə, həvəslə yazır, yaradır.  Bildirməsən heç kim inanmaz ki, bu gün Mirbağır müəllimin 60 yaşı tamam olur. Olsun! Təki canı sağ olsun! 60 yaş nədir ki? Aqilliyin gəncliyidir, gəncliyinin ixtiyar yaşına keçididir, yaradıcı insanın istedad və enerjisinin daha çox parlamağa başladığı dövrdür, kamilliyə gedən yoldur, Teymur əmi demişkən, 60 yaşın qəti qorxusu yoxdur!

Mənim tanıdığım Mirbağır Yaqubzadə Allahın xoş vaxtında xəlq etdiyi, ən gözəl insani xüsusiyyətlərini səxavətlə bəxş etdiyi bəndəsidir. Ailədə də, işdə də, cəmiyyətdə də öz rolunu, yerini yaxşı bilir, kimsəni incitmir, nahaqqa boyun əymir, haram yemir, bacardığı qədər yaxşılıq etməyə çalışır, namərdlərdən qaçır, kəmfürsətləri yaxına buraxmır, işini, ailəsini, övladlarını, dostlarını, yurd yerini çox sevir.

Qısa tanıtım kimi bildirim ki, Mirbağır Yaqubzadə 1965-ci ildə Lənkəran rayonunun  ucqar dağ kəndi olan Bəlitonda anadan olub. O ucqar dağ kəndinin balaca, şəraitsiz  məktəbindən başlanıb həmkarımın uğur hekayəti. 1981-ci ildə kənd 8 illik məktəbini yüksək qiymətlərlə bitirdikdən sonra Lənkəran şəhər xarici dillər təmayüllü gimnaziyada təhsilini davam etdirib. 1983-cü ildə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinə qəbul olunub, oranı da əla qiymətlərlə bitirib. 

Mirbağır Yaqubzadənin müəllim olmaq istəyi təsadüfi deyildi. Həm valideynlərinin arzusu idi, həm də dövrün tələbi. Dağ yerlərində müəllimə böyük tələbat da vardı, hörmət də.  Amma sən demə yaradanın ona yazdığı alın yazısı tam ayrı imiş, çörəyini qələmdən çıxarmaq varmış Mirbağırın qismətində. O qismətə qədərsə Mirbağır Yaqubzadə hələ uzun bir yol qət etməliydi, pedaqoji təhsil almalıydı, müəllim kimi özünü sınamalıydı, bərkdən-boşdan çıxmalıydı.

1987-ci ildə ali təhsilini uğurla başa vurandan sonra 21 yaşlı gənc böyük şövqlə kənddəki orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləməyə başlayır. 1989-cu il ildə ikinci ixtisas almaq üçün universitetə bir illik psixologiya kursuna göndərilir. Həmin kursu bitirdikdən sonra  Lənkəran Rayon Təhsil Şöbəsinə metodist-psixoloq təyin olunur. Elə həmin vaxt M. Yaqubzadə  hiss edir ki, ixtisas seçimini düz etməyib, içində nəsə çatmır, sınıqlıq, qırıqlıq var. Jurnalistikaya olan marağını hiss etdiyindən bu yolda özünü sınamağa qərar verir, bu ümidin işığında paytaxta yol alır. O illərin nüfuzlu qəzetləri olan “Sovet kəndi”, “Həyat” qəzetlərində korrektor kimi çalışmağa başlayır. Tale üzünə tez gülür. İstedadını, işgüzarlığını, ən əsası, məsuliyyətli olmağını nəzərə alaraq onu 1995-ci ilin sonlarında “Xalq qəzeti”nə müxbir təyin edirlər. Söz vaxtına çəkər, elə ilin bu vaxtlarında. İndi həmin tarixdən düz 30 il keçir…

 ...Bu 30 ilin o qədər qayğıları, narahatlıqları olub ki. Elə sevinci, xoş anları da az olmayıb. Əsas budur ki, Mirbağır Yaqubzadə heç vaxt jurnalistikaya gəlişindən peşiman olmayıb. Qələm sevgisi, yazmaq həvəsi bütün çətinliklərə, yaşadığı ağırlıqlara üstün gəlib. Hər yeni yazısına yeni körpəsi qədər sevinib və bu sevincini bu günə kimi içində saxlaya bilib Mirbağır müəllim.

 Amma yaradıcılıq yolu heç də hamar olmayıb Mirbağır Yaqubzadənin.  Özü söz açmasa, üstündən keçsə də, jurnalist həmkarı, o illərin şahidi kimi bilirəm ki, çox haqsız tənqidlərin acısını yaşayıb, düzgün olmayan idarəçiliyin qurbanı olub. 2017-ci ildə istəmədən doğma evi saydığı  “Xalq qəzeti” ilə yollarını ayırıb, “Azərsu” Açıq Səhmdar Cəmiyyətində işləyib. Daha  sonra  “Büllür” Poliqrafiya Mərkəzində redaktor vəzifəsində çalışıb. Nəhayət, 2023-cü ilin yanvar ayında, haqq tərəzisinin mizanı düzələndə, tən gələndə yenidən doğma qəzetə, doğma kollektivə qayıtmağı qərara alıb. M. Yaqubzadə hazırda  “Xalq qəzeti” redaksiyanın iqtisadiyyat şöbəsinin aparıcı müxbirlərindəndir. Mirbağır müəllim Azərbaycan mətbu məkanında iqtisadiyyat sahəsində ixtisaslaşmış az sayda araşdırmaçı jurnalistlərdən biri sayılır. Yaxşı işinə görə dəfələrlə rəhbərlik tərəfindən əməyi dəyərləndirilib, maddi və mənəvi tərəfdən mükafatlandırılıb.

2024-cü ildə COP-29-la bağlı yazdığı araşdırma yazılara, tədbirlərin  “Xalq qəzeti”ndə operativ işıqlandırılmasına görə ölkə başçısı tərəfindən “Təşəkkürnamə” ilə təltif olunub. Prezident cənab İlham Əliyevin Fərmanı ilə təsis olunmuş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” yubiley medalı ilə təltif olunması isə 60 illiyinə əsl yubiley hədiyyəsidir. Mirbağır müəllimin 60 ildəki əsl qazancı isə qoruyub saxlaya bildiyi təmiz adıdır, əqidə dürüstlüyüdür, əxlaqi, mənəvi kamilliyidir. 

Birmənalı olaraq qəbul etmişəm ki, insana qoyulan adın onun taleyində rolu çox böyükdür. Bağırın lüğəti mənası isə ürək, qəlb deməkdir. Bu adın hərtərəfli bilik sahibi yozumu da var. Ulu seyyid ocağında doğulmuş Mirbağırın ürəyinin təmizliyinə, hərtərərfli biliyinə tanıyanların heç biri şühbə etmir. 60 illik yubileyində onu sizə yaxşı təqdim edə bildimsə, deməli, siz də o dostlar cərgəsindəsiniz. 

Əziz dost, əziz həmkar, 60 illik yubileyin mübarək! Dağdan gələn kənd uşağının qəlbindəki saflığını həmişə qoru və yazılarına köçür... Jurnalistin bütün həyatı yazılarındadır. Yazılarından baxanda uca görünürsən, demirəm bu ucalıqda qal, arzulayıram ki, bu amalda yolundan qalma, daima yeni-yeni uğurlara doğru istiqamət al. İnşallah!

Esmira İsmayılova
Filologiya üzrə fəlsəfə doktoru.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:290
embedMənbə:https://adalet.az
archiveBu xəbər 25 Dekabr 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see329

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see265

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see252

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see247

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see239

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see237

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see236

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see232

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see228

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see223

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see220

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see213

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see212

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see212

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see209

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see195

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see189

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see188

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri