Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

İçində Günəş yoxdusa... Esmira İsmayılova yazır

İçində Günəş yoxdusa... Esmira İsmayılova yazır

Icma.az, Adelet.az saytına istinadən bildirir.

Rəşad Məcidin doğum gününə

Zaman öz sözünü deyir-qalın kitabları oxuyanların sayı sürətlə azalır. Süni intellekt əsrində uzun-uzadı yazıları oxumağa çoxunun hövsələsi çatmır. Yerində, zamanında deyilmiş yığcam fikirlər, qısa deyimlər daha cəlbedici görünür, oxunur.

Sosial şəbəkələrin  ənənəvi KİV-i üstələməyi göz qabağındadır. Bunun mənfi və müsbət tərəfləri ayrıca söhbətin mövzusu olduğu üçün buna toxunmayacağam.  Deməyim odur ki, günümüzdə oxucunu maraqlandırmağın yolunu şair, yazıçı, publisist Rəşad Məcid yaxşı tapıb. Necə? “Qələmsiz yazılanlar” vəziyyətdən əla  çıxış yoludur.  R. Məcidin  feysbuk sosial şəbəkəsində son illərdə  paylaşdığı statusları   zəmanəmizin, ölkəmizin lakonik tarixidir, baş verən ictimai-siyasi, mədəni hadisələrin  1-2 cümlədə əksidir. Bu statuslarda ölkəmizdə, dünyada baş verən bütün  hadisələrə münasibət bildirilir.

...“İçində Günəş yoxdusa... hara gedirsən get, qaranlıq və qaramat səni tərk etməyəcək”-deyən Rəşad Məcid üçün “Hər həftə Qarabağa köç xəbərlərini eşitmək qürurvericidir”.  Kiçik adamların böyük iddiaları, kimi gəldi yerli-yersiz tərifləmələri narahatedicidir, böyük ifadələrin kiçilməyidir, sözün ucuzlaşmağıdır deyir Rəşad Məcid:  “Dəhşətli”, “misilsiz”, “dahiyanə”, “şok”, “möhtəşəm”... və bu kimi sözlərdən tez-tez, yeri gəldi-gəlmədi istifadə etməkdən çəkinək” . Haqlıdır. Bu ifadələrdən  gen-bol, yeri gəldi, gəlmədi, layiq oldu, olmadı,  istifadə edildiyinə  görə də “Sözlərin mahiyyəti və sanbalı itir”. 

Mətbuat şurasının sədri  KİV-də, sosial şəbəkələrdə həqiqəti əks etdirməyən xəbərləri tirajlayanlara  ciddi xəbərdarlıq edir: “Qərəzli olanda, həqiqəti təhrif edəndə gözdən düşürsən. Getdikcə sənə inam azalır. Bir gün gəlir, doğru sözünə də inanmırlar. “Yalançının evi yandı, heç kim inanmadı” məsəlində olduğu kimi. Etibarınızı qoruyun, eviniz yanar”. Tam doğru. Günümüzdə qeyri-peşəkarların yaydıqları nə qədər yalan informasiyalar var ki, jurnalist sözünə olan inamı sarsıdıb. “Peşəkar və istedadlı insanlar hay-küydən, çığır-bağırdan uzaq olurlar. Qara-qışqırıq salanlar istedadsızlar, nəyisə zorla əldə etmək istəyənlərdir”-fikrində də Rəşad tam haqlıdır.  “Heç kim özün dartmasın. Hamımız kiçik zərrəciklərik”-bəşəri dəyərlərin sözlə lakonik ifadəsi.

Son statuslarında Mətbuat Şurası rəsmisi  narahatlığını təkcə media əhli ilə yox, bütün cəmiyyətlə bölüşür. Nədir o narahatlıq? “İP yığmaq naminə psixoloji problemli adamların cəfəng fikirlərinə meydan vermək, dəyərləri silkələmək, həm də bunu Jurnalistlərin Etik Davranış Qaydalarına riayət etmədən, qarşı tərəfin fikirlərini öyrənmədən, mövqeyinə məhəl qoymadan, cəmiyyətdə yaradacağı reaksiyanı nəzərə almadan yaymaq böyük qüsur, ciddi peşə naqisliyidir. Daha çox oyuncaq, telefonda qurama İnternet TV-lərinə xas olan bu üsulu ciddi media subyektlərinin özlərinə rəva görməsi isə bədbinlik, təəssüf və məyusluq doğuran haldır. Neqativ, ağılsız, sərsəm fikirlərlə cəmiyyətdə ajiotaj yaratmaq dəyərləri ucuzlaşdırmaq, diletantların, qeyri-peşəkarların hər addımda gözdən saldıqları mediamızı daha da urvatsız etməkdir”.

Bəs bu urvatsızlığı yaradan nədir? “Qəzetlərdə redaktorlar məsuliyyət hiss edirdilər; sərsəm, zərərli fikirləri, yanlış düşüncələri ya redaktə edir, ya da mətndən çıxarırdılar. Yeni mediada - saytlarda təəssüf ki, redaktorlar bəzən əksini edirlər - İP, çox baxış və hay-küy naminə hər hərzə-hədyana meydan verirlər. Sosial mediadan isə ümumiyyətlə danışmağa dəyməz. Xəbər və düşüncənin fərqliliyi və anormallığı nə qədər cazibədar olsa da, cəmiyyət, tarix, xalq qarşısında məsuliyyət hissi heç vaxt arxa plana keçməməlidir”.

Bu gün jurnalistin qarşısında duran başlıca vəzifə nədir, nəyi bilməlidir, nəyə əməl etməlidir, cəmiyyət qarşısında hansı  məsuliyyəti daşıyır? “Jurnalistika və media heç bir halda cəmiyyətdə gərginliyin yaranmasına və artmasına, ayrı-ayrı fərdlər arasında münaqişələrin alovlanmasına xidmət etməməli, tam qərəzsiz davranmalı, fəaliyyəti ilə qərəzli olduğuna dair azacıq şübhələrin belə olmasına yol verməməlidir. Əksinə, problemli situasiyaların aradan qaldırılması naminə çalışmalı, bir sözlə, mütərəqqi missiya yerinə yetirməlidir” . Rəşad Məcidin bu statusu sualların  ətraflı açılımıdır. “Ciddi media qurumu İP xətrinə hər sayıqlamanı yaymağı özünə rəva bilməməlidir”.  Çünki: “Vicdanı olmayanın Allahı da olmur!”.
“Təcrübə keçən tələbələrə tamaşaya baxıb fikirlərini, düşüncələrini yazmağı tapşırmışıq. Gedib süni intellektin dediklərini köçürüb gətiriblər”-incə yumorla yazılmış bu status tələbəlik illərimi xatırlatdı. Tez başa gəlsin deyə biz də belə edərdik, çox şeyi kitablardan köçürtməklə işimizi yola verirdik.
“Çoxlu sitatların yer aldığı kitabları oxuya bilmirəm. Mənə müəllifin öz fikirləri maraqlıdır; bunlar səhv, ya düz, doğru, ya yanlış ola bilər. Amma fərqli, təzə fikir daha çox maraqlı gəlir”. Yaradıcılığı ilə yaxından tanış olanlar yaxşı bilir ki,  Rəşad Məcid həm şeir, həm nəsr, həm də publisistik yazılarında özüdür, bəzəksiz- düzəksizdir, təkrarsızdır. “İddialı başlıqlar, boş söz yığınından qurulmuş cümlələr...” Siz belə yazıları oxuyursunuzmu?” Rəşadın bu sorğusuna  mən yox deyirəm. Çünki bu yazılardan “Darıxdırıcı, şablon adamlar...” boylanır. “Suyu üfürməkdən dodaqları şişən insanlar” görünür. 
 Rəşad Məcidin “100 ildən çox keçib, amma Mirzə Ələkbər Sabirin personajları əvvəlkindən də diridir. Təəssüf!..”  statusu zamanın ironiyası kimi başa düşmək olar.   Qızlarını məktəbdən ayırıb  12-13 yaşında ər evinə yola salanlar, molla yanında bəxt falı yazdırmaq üçün növbəyə duranlar, vəzifəyə keçmək üçün min cildə girənlər, yaltaqlar, simasızlar və s. hələ də aramızdadırlar-müasir libaslarda, bahalı maşınlarda, üstün vəzifələrdə...

“Dünya dəyişir, Aqil Abbasın dəyərləri dəyişmir. Yaxşı da ki dəyişmir. Məmməd Arazın sözüylə desək, “od kimi, su kimi köhnədir”. Belə insanlar həmişə saf və istiqanlı olurlar”. Belə insanlar üçün “Bir bəhanə tapıb ürəyini boşalda bilmək də böyük xoşbəxtlikdir”.

“Hamıyla dil tapmaq, hamının dilini bilmək gözəl keyfiyyətdir. Düzdür, istedad, enerji, səbr tələb edir. Zorakılıqdansa çalışıb dil tapmaq daha yaxşıdır”, “Minnətdarlıq duyğusu, vəfa, etibar nəcib hisslərdir. Daxili zənginliyin göstəricisidir. İnsana hörmət gətirir. Hər işə qulp qoymaqdan asan nə var ki?”, “Bir kəlmə xoş sözlə insanlarda nikbin ovqat yaratmaq mümkündürsə, niyə bunu əsirgəyək ki?” deyimləri sadəcə status deyil, şair, yazıçı Rəşad Məcidin  həyat kredosudur. Bu deyimlərə Rəşad müəllimin təbəssümünü də əlavə etsək, onda tam aydınlaşar Mətbuat Şurası sədri niyə çoxsaylı, çox tələbli jurnalistlərlə belə rahat dil tapa bilir, ürəklərini ələ ala bilir, konfliktlərə demək olar ki, yer qoymur. Elə ona görə də doğum günlərində ona gələn təbriklərin ardı-arası kəsilmir: “Sosial şəbəkələr meydana çıxandan, təxminən 10-15 ildir, ad günlərim həmişə çoxlu təbriklər seli ilə keçib. Həm də təbrik edənlərin böyük əksəriyyəti yazıçılar, şairlər, jurnalistlər, istedadlı adamlar olduğundan çox dəyərli və bəzən göz yaşardan, özümün də unutduğum hadisələri yada salan ürək sözləri oxumuşam”.

Yəqin ki, “Qələmsiz yazılanlar”a istinadən yazdığım bu təbriki də oxuyar...

Esmira İsmayılova
Filologiya üzrə fəlsəfə doktoru.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:257
embedMənbə:https://adalet.az
archiveBu xəbər 20 Avqust 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see379

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see303

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see291

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see262

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see262

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see246

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see243

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see238

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see230

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see229

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see213

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see212

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see210

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see208

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see208

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see207

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see201

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see198

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see195

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri