Icma.az
close
up
RU
“Adını unutdum, yerini tapmadım“ Yaddaşın bizə verdiyi ciddi siqnallar

“Adını unutdum, yerini tapmadım“ Yaddaşın bizə verdiyi ciddi siqnallar

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Hərdənbir yaranan unutqanlıq hər zaman xəstəlik əlaməti sayılmır. Yaddaşa stres, düzgün olmayan yuxu rejimi, fiziki hərəkətsizlik, bəzi dərman preparatlarının qəbulu və vitamin çatışmazlığı da təsir edə bilər".

Bu barədə nevroloq Yekaterina Demyanovskaya RT-yə açıqlamasında bildirib.

Mütəxəssis qeyd edib ki, yaddaşla bağlı çətinliklər insanın peşə fəaliyyətinə və gündəlik həyat tərzinə mənfi təsir göstərməyə başladıqda artıq narahat olmağa dəyər. Nevroloq təhlükəli siqnallar sırasına mütəmadi olaraq önəmli görüşlərin yaddan çıxmasını, yaxın keçmişdəki danışıqların unudulmasını, eyni sualların təkrar verilməsini, əşyaların tez-tez itirilməsini və ya bəsit tapşırıqların yerinə yetirilməsində yaranan çətinlikləri daxil edib.

Həkimin sözlərinə görə, yaddaşın zəifləməsini xəstənin özü çox vaxt hiss etmir. Dəyişikliklər tədricən inkişaf etdiyi və tənqidi yanaşmanın zəifləməsi fonunda baş verdiyi üçün bu problemi adətən ilk olaraq ailə üzvləri, dostlar və ya iş yoldaşları fərq edirlər.

Nevroloq məkan və zaman oriyentasiyasının itirilməsini də ciddi əlamətlərdən biri kimi qiymətləndirib. Belə vəziyyətdə xəstə tanış küçələrdə azır, həftənin günlərini və ya tarixləri unudur, həmçinin danışarkən lazımi sözləri tapmaqda çətinlik çəkir.

Mütəxəssisin fikrincə, yaddaş pozuntusu mütləq şəkildə ciddi bir nevroloji xəstəliyin göstəricisi deyil. Bənzər hallar depressiya, xroniki yuxusuzluq, B12 vitamini çatışmazlığı, təşviş pozuntuları, qalxanvari vəzi problemləri, o cümlədən kəllə-beyin travmaları və ya insult keçirdikdən sonra da müşahidə oluna bilər.

Qan təzyiqi yüksək olanlar, şəkərli diabet və xolesterin problemi olan pasiyentlər, yaşı 60-ı keçən şəxslər və ailəsində demensiya (ağıl zəifliyi) xəstəliyi olanlar yaddaşda baş verən dəyişikliklərə qarşı xüsusilə həssas yanaşmalıdırlar.

Yekaterina Demyanovskaya xəbərdarlıq edir ki, əgər unutqanlıq halları getdikcə şiddətlənirsə, aylarla davam edirsə və paralel olaraq fərqli nevroloji əlamətlərlə müşayiət olunursa, vaxt itirmədən həkim müayinəsindən keçmək mütləqdir. /oxu.az/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 İyul 2026 08:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri