Icma.az
close
up
RU
ADNA terrorunda yaralanan dosent dəhşətli hadisədən danışdı: “Qatil mənə iki güllə vurdu”

ADNA terrorunda yaralanan dosent dəhşətli hadisədən danışdı: “Qatil mənə iki güllə vurdu”

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən terror hadisəsindən 16 il ötür. Terror nəticəsində 12 nəfər dünyasını dəyişib, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə qurbanları arasında tələbələr, müəllimlər, həmçinin təsadüf nəticəsində universitetdə olan şəxslər olub.

O dəhşətli günlə bağlı “Teleqraf” İnformasiya Agentliyinin suallarını terror hadisəsində yaralanmış şəxslərdən biri, hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Sənaye maşınları kafedrasının dosenti Zenfira Hüseynli cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Zenfira xanım, sizi daha yaxından tanımaq istəyirik.

- Mən Hüseynli Zenfira Seydi qızı 1961-ci ildə Bakıda doğulmuşam. Azərbaycan Neft və Sənaye Universitetinin Neft-mexanika fakültəsini bitirmişəm. İkinci kursda oxuyanda universitetdə müsabiqə elan olundu. Mən laboratoriya müdiri vəzifəsinə kimi qalxdım. Uzun illər laboratoriya müdiri olmuşam, assistent işləmişəm, sonra müdafiə edib elmi dərəcə almışam. Hazırda Sənaye maşınları kafedrasının dosentiyəm. Demək olar ki, ömrümün 40 ili burada keçib.

- Bilirəm, bu barədə danışmaq sizə çətindir, amma hadisə gününü necə xatırlayırsınız?

- Hadisə olan gün - 2009-cu ilin aprelin 30-da hava səhər tutqun idi. Mən saat doqquza on, iyirmi dəqiqə qalmış işə gəldim. Bəzən deyirlər ki, hadisə 10-un yarısı və ya 10-a qalmış olub, amma elə deyil. O səslər 10-a təxmini 10 dəqiqə işləmiş başladı. Səslər eşidildi, mən pəncərədən bayıra boylandım və təcili yardım maşınlarının universitetə tərəf gəldiyini gördüm. Səs-küy var idi, otaqda olan laborant Zeynəb xanıma dedim ki, bizdə nə isə olub və sonra dəhlizə çıxdım. Mən hay-küyə çıxdım, dedilər qabağa getmə, qorxarsan. Dəhliz uzun, dar və qaranlıq idi. Nəzəri mexanika kafedrasında işləyən laboratoriya müdiri Tamilla xanımın üzü üstə yerdə yatdığını gördüm. Onu çağırdım, cavab vermədi. Bir az irəlilədikdən sonra dəhlizin işıq düşən enli hissəsində bir nəfərin də yerə yıxıldığını gördüm. Amma onun bizim kafedra müdirimiz Ramiz Abdullayev olduğunu bilmədim. Nə olduğunu anlamırdım, belə hadisəni harada görmüşük ki?! Ancaq kinolarda..

Ramiz müəllimin başı qanlı idi, amma hələ də nə olduğunu başa düşmədim.

- Bəs sizi necə vurdu?

- Həmin vaxt bir oğlan mənə tərəf gəlməyə başladı, tələbə olduğunu düşündüm. Sən demə onları vuran imiş və gözləyirmiş ki, qabağına kim çıxsa vursun. Bilsəm, çıxıb gedərdim. Yaxınlaşdı, əlini qaldıran kimi tapançanı mənə tuşladı, güllə sol qulağımın aşağı hissəsindən girib, sağ yanağımdan çıxdı. Güllə girən yer balaca idi, amma çıxanda bütün üzümü dağıtmışdı. Buna görə neçə dəfə əməliyyat olundum. O məni güllə ilə vuran kimi yıxıldım, amma huşumu tam itirmədim. 1-2 dəqiqə sonra gözümü açanda əyilib mənə baxdığını gördüm və bir güllə də qoluma vurdu. İkinci güllədən sonra huşumu itirmişəm. Ağzım, burnum qan olmuşdu, dilim söz tutmurdu.

- Sizi kim xilas etdi, köməyə kim gəldi?

- Birdən ayılanda gördüm ki, bir tələbə mənə tərəf əyilib. Həmin oğlandan getməsini istədim, çünki onu da vura bilərdi. Amma o “yox, gəlməz” dedi. "Mənə soyuqdur" dedim, gedib otaqdan jaketimi gətirib üstümə sərdi, başqa bir -iki uşaq da yanıma gəldi, üstümü örtdülər. Kim olduqlarını bilmirəm. Qasım müəllim (Qasım Məmmədov-red) mənə demişdi ki, təcili yardım çağırıb, öldüyümü düşünüb məni xərəyə qoyub üzümü bağlamaq istəyəndə bizdə hazırkı dekan müavini İlman Həsənov deyib ki, sağam. O, üzümü bağlamağa icazə verməyib. Yadımdadır ki, məni düşürəndə İlman müəllimi gördüm, başqa da xatırlamadığım bir neçə adam da var idi, kömək edirdilər. 2-ci mərtəbədə yoldaşımın səsinə özümdən getdim, yenə onun məni çağırmasının səsinə oyandım. İçəri buraxmırdılar, amma birtəhər girmişdi.

- Yoldaşınız hadisədən necə xəbər tutmuşdu?

- Yoldaşımla mən bir qrupda oxumuşduq. Bizim tədris işləri üzrə prorektor Qasım müəllim, Çingiz müəllim yoldaşımı tanıyırdı və ona zəng edib yaralandığımı deyiblər. Yoldaşım əvvəlcə elə bilib ki, əlimi kəsmişəm, universitetə yaxınlaşanda məsələnin nə olduğunu anlayıb. Yoldaşımın dediyinə görə, həmin vaxt ona “qorxma” demişəm. O qışqırırmış, hər yerim qan imiş. Elə dəhşətli şeylər var idi ki, bütün dəhliz, pilləkənlər qan içində, hərə bir yanda idi. Yoldaşım bu hadisədən sonra şəkər xəstəliyinə tutuldu.

Ətraflı

- Sağalmağınız nə qədər çəkdi?

- Sağalma dövrü çox çətin keçdi. Məni Heydər Əliyev Sarayının yanında 4 nömrəli xəstəxanaya apardılar. Əvvəlcə 4-6 saat komaya düşmüşəm, hətta adım televiziyada ölənlərin siyahısında yayımlanmışdı. Amma vəzifəmi düzgün yazmadıqları üçün çox adam mən olduğumu bilməyib. Komada olanda otağı yığışdırmaq üçün girən qadın barmaqlarımın tərpəndiyini görüb və tez həkimləri çağırıb, daha sonra komadan ayılmışam. Səhiyyə Nazirliyinin göstərişi ilə xəstəxanada olan 3 nəfəri - mən və 2 xarici tələbəni "Semaşko"ya apardılar. Başqa 2 nəfər isə gecə xəstəxanada ölmüşdü. Mən 11 gün "Semaşko"da reanimasiyada qaldım, sonra bir əməliyyat keçirdim. Mayın 24-ü evə buraxdılar. Avqustda isə 4 dəfə üz- çənə əməliyyatı keçirdim. Qolumda sinirlər zədələndiyi üçün digərinə nisbətən gücsüzdür. Həmçinin güllə dəyən qulağım eşitmir və həmin tərəfdə olan gözüm də çox zəifdir. İllərdir belədir. Şükür bu günə, ancaq heyif ki, uşaqlar dünyasını dəyişdilər.

- Özünüzə gəldikdən sonra nə düşündünüz?

- Mən vurulduqdan sonra nəyin baş verdiyinin fərqinə vardım, huşumu itirmişdim. Ayılandan sonra təəccüblə dedim ki, niyə filankəs müəllim heç gəlmir yanıma. Onda dedilər ki, o adam ölüb. Beləliklə, yadıma düşürdü ki, bəli, o da vurulmuşdu.

- Hadisə ilə bağlı xatirənizdə başqa nə var?

- Bir il sonra məhkəmə oldu. Zərərçəkmiş kimi məni ora çağırdılar. Tələbələrdən bəziləri də şahid kimi iştirak edirdi. Bir tələbə danışmağa başladı ki, bir qadın var idi, mən ona yaxınlaşdım, gödəkcə verdim. Dedim ki, o qadın mən idim. Uzun müddət o tələbə ilə əlaqə saxlayırdım, sonra əsgərliyə getdi, daha görmədim.

- İşə nə vaxt geri qayıtdınız?

- 2010-cü ilin fevral ayında yenidən işə qayıtdım.

- Buraya yenidən qayıtmaq, işləmək sizə çətin olmadı?

- Dərsə qayıtdıqdan sonra mənə çox çətin olurdu. Anidən baş verənlər yadıma düşürdü, pis olurdum. Hadisənin ilk ili terror qurbanı olmuş tələbələrin valideynləri gəlirdilər, onları görəndə özümü günahkar hiss edirdim. Onların analarının üzünə baxa bilmirdim. Özümün sağ qalmağım, amma uşaqları qoruya bilməməyim fikiri məni birtəhər edirdi. Biz müəllimik, nə qədər acıqlansaq da tələbələri qorumaq borcumuzdur. Cavan oğlanların, qızların dünyasını dəyişməyinə biganə qala bilmirəm.

- Hadisədə tanıdığınız adamlardan kimləri itirdiniz?

- Ramiz Abdullayev bizim kafedra müdiri idi. Öz sahəsində çox savadlı adamıydı. Həm də ixtisasını gözəl bilirdi. Digər müəllimimiz Məcnun Vahidov... Ona aşağıda deyirlər ki, getmə, amma o heç kimə qulaq asmır, deyir məni tələbələr gözləyir. Liftdən çıxanda görür ki, üç-dörd adam yerə yıxılıb. Pilləkənlə düşmək istəyərkən onu vurmuşdu. Tamilla xanım da var idi... Onun oğlu səhv etmirəmsə, o vaxt AzTV-də işləyirdi. Çəkilişə gələndə görüb ki, anası dünyasını dəyişib. İndi bilmirəm həmin oğlan harada işləyir. Bizdə Şəfa adında bir qız var idi, onun aprelin 12-si toyu olmuşdu. Həmin gün iki saatlığına universitetə gəlibmiş, elə pilləkəndə vurulmuşdu. Tələbələrdən bəzilərinin 17, bəzilərinin 20-21 yaşları var idi. Diplom buraxılış imtahanında idilər. Bir neçəsi müdafiə edəcəkdi, bir neçəsi artıq eləmişdi.

- Sizcə, universitet hadisəni hər il necə yad edir?

- Bizim bir prorektorumuz var idi: Ata müəllim (Ata Babayev- red) həmişə bizimlə əlaqə saxlayırdı. Keçən il aprelin 30-u burada xatirə ağacı əkdik. O dəhşətli günün qurbanlarının əziz xatirəsi hər il anılır, ruhuna ehsan verilir. Allah bir də bizə belə bir hadisə göstərməsin.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 30 Aprel 2025 19:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mümkün müharibədə kim qələbə qazanar? İran və İsrailin hərbi gücü FOTOlar

13 İyun 2025 22:57see172

İsrail İran münaqişəsi nə vaxt bitəcək? İsrail kəşfiyyatI açıqladı

14 İyun 2025 23:30see134

Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var

14 İyun 2025 08:09see133

İranın Baş Qərargah rəisinin iki müavini İsrail hava zərbələri zamanı həlak olub

14 İyun 2025 11:31see132

Azərbaycanlı aktrisa boşana bilmir: Üçüncü həyat yoldaşıyam...

14 İyun 2025 19:22see124

İlanlar evləri basıb, Lerik Rayon İcra Hakimiyyəti tədbir görmür VİDEO

15 İyun 2025 00:39see123

Bu səhər vərdişi ürəyiniz üçün təhlükəlidir: kardioloqlardan həyəcan siqnalı verdi

14 İyun 2025 03:15see121

Təl Əvivdə son vəziyyət Fotolar

14 İyun 2025 05:45see117

Zaqatalada piyadanın ölümü ilə nəticələnən qəza olub

14 İyun 2025 02:41see117

Yaşıl çay deyil, kefir və portağal suyu deyil: 3 ən faydalı içkinin adı

14 İyun 2025 19:33see116

Tesla ilk pilotsuz taksi xidmətini təqdim edib Video

14 İyun 2025 07:46see115

İki güləşçimiz qızıl medal qazandı Avropa çempionatı

14 İyun 2025 20:55see115

Makaronda qurğuşun şoku

15 İyun 2025 07:18see114

Van Dammın azərbaycanlı gəlini: Çətin günlərdə bir birimizi sevdik

15 İyun 2025 01:42see114

Messi klubunu dəyişə bilər

15 İyun 2025 00:23see114

İrandan İsrailə növbəti hücum dalğası: 13 nəfər yaralandı

14 İyun 2025 08:12see114

Bilgəhdə dənizdə batan uşağın meyiti sudan çıxarıldı

14 İyun 2025 22:21see114

25 yaş kiçik ərinə özü evlilik təklif edibmiş: Zamanımı alma, məni al... FOTOlar

14 İyun 2025 01:02see113

Əfi ləqəbli tiktoker Əflatun Rüstəmov HƏBS EDİLDİ

15 İyun 2025 01:30see111

Bu şəxslər 4000 manat maaş ala bilər ŞƏRTLƏR

14 İyun 2025 09:17see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri