Icma.az
close
up
RU
Hepatit C mülayim qatil

Hepatit C mülayim qatil

Saglamolun saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hepatit C kifayət qədər yayılmış infeksiyadır. İldən ilə bu virusa yoluxmuş insanların sayı artır.

Xroniki hepatit C qara ciyərin ağır xəstəliklərinə (sirroz, qara ciyər xərçəngi) səbəb ola bilər. İllər əzrində hepatit C özünü heç bir simptomla büruzə vermir, xəstəni "narahat etmir", lakin nəticədə qara ciyərin sirrozuna səbəb ola bilər. Məhz bu səbəbdən bu hepatiti "mülayim qatil" adlandırırlar.

Hepatit C çox hiyləgər infeksiyadır. Bu virus insan orqanizmində çox tez mutasiya edir (dəyişilir) ki, immun sistemi lazım olan anticismləri vaxtında istehsal etməyi çatdırmır və infeksiya əksər hallarda xroniki formaya keçir. Digər tərəfdən xroniki hepatit C uzun illər ərində özünü heç bir əlamətlə büruzə vermir. Xəstədə halsızlıq, yorğunluq, tez yorulma ola bilər. Lakin bu çox cüzi simptomlardır ki, xəstə bu simptomlara adətən fikir vermir. Əksər hallarda hepatit C digər problemlərlə bağlı olan müayinələr zamanı təsadüfən aşkar olunur.

10-20% hallarda insan bu virusdan özü özündən sağala bilər. Bəzən bu virusa yoluxmuş insan onun daşıyıcısı olur - insanın özünə virus zərər yetirmir (qara ciyər zədələnmir), lakin bu insan digərləri yoluxdura bilər.

Hepatit C bir insandan digərinə qanla keçir. Xəstə insanın qanı digər insanın qan sisteminə düşür və qan axını ilə qara ciyərə daxil olur. Burada hepatit C qara ciyərin hüceyrələrinə daxil olur və çoxalmağa başlayır. Nəticədə virus qara ciyərin hüceyrələrini (onlar "hepatositlər" adlandırılır) zədələnməyə başlayır. Digər tərəfdən insanın öz immun sistemi qara ciyərin virusa yoluxmuş hüceyrələrinə hücüm edir və onları məhv etməyə başlayır. Bu proses uzun illər ərzində gedə bilər və qara ciyərin məhv olmasına səbəb ola bilər.

Hepatit C bir insandan digərinə necə keçə bilər?

- qanköçürmə zamanı. Hal hazırda bütün qan köçürüldükdən əvvəl yoxlanılır və bu səbəbdən bu, demək olar, mümükün deyil.

- cərrahi əməliyyatlar, dişlərin müalicəsi zamanı. İnkişaf etmiş ölkələrdə bu çox nadir hallarda mümkündür.

- pirsinq və tatu döydürmə zamanı. Belə prosedurlar əksər hallarda tibbi müəssisələrdə deyil, müxtəlif salonlarda həyata keçirilir ki, burada lazım olan sterilliyə diqqət yetirilməyə bilər.

- narkotiklər qəbul edən insanlar arasında - hepatit C olan insanla eyni iynədən istifadə etdikdə. Hal hazırda bu yoluxmanın ən yayılmış səbəbidir.

- məişətdə xəstə insanın ülgücündən, manikür alətlərindən, hətta diş fırçasından istifadə etdikdə. Bu alətlərə qanın mkroskopik damcıları düşə bilər ki, bu yoluxma üçün kifayət edir.

Adi məişət kontaktlar zamanı (danışıq, öskürək, toxunuş və s.) yoluxma mümkün deyil.

Cinsi əlaqə zamanı virus adətən bir insandan digərinə nadir hallarda keçir (təmasda olan dəri örtüklərinin tamlığı pozulduqda). Anadan dölə virus yalnız doğuş zamanı keçə bilər. Əmizdirilmə zamanı da virus anadan uşağa adətən keçmir. Bu yalnız ananın gilələrində və uşağın ağız boşluğunda sıyrıntılar, yaralar, çatlar olduqda mümkündür.

Hal hazırda hepatit C çox uğurla müalicə olunur. Müalicə zamanı müasir antivirus preparatlarından istifadə olunur.

Əgər sizdə hepatit C aşkar olunubsa, dərhal hepatoloqa müraciət edin. Vaxtında başlanmış müalicə çox yaxşı nəticə verir.

Hepatit C adətən uzun müddət ərzində müalicə olunur (1 ilə qədər). Bu zaman xəstə həkimin bütün tövsiyələrinə dəqiqliklə əməl etməlidir. Xəstə spirtli içkilərdən imtina etməli, ağır fiziki yükləmələrdən uzaq olmalıdır.

Mənbə: www.gepatit.com

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 06:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see376

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see319

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see317

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see306

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see273

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see246

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see240

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see236

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see236

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see234

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see232

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see216

İdmançı müharibənin ekoloji fəsadlarına diqqət çəkmək üçün Hörmüz boğazını üzüb keçib

22 Noyabr 2026 04:48see214

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see207

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see207

Gürcüstanda matəm günü ilə əlaqədar dövlət bayraqları yarıya endirilib

22 Noyabr 2026 03:21see205

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see205

Dodaqların vəziyyəti BU XƏSTƏLİKLƏRDƏN xəbər verir FOTO

22 Noyabr 2026 06:19see203

PSJ ağır zədəsinə baxmayaraq Kvaratsxeliyaya böyük təklif hazırlayır

22 Noyabr 2026 06:14see201

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri