Icma.az
close
up
RU
İqlim böhranı: Günəş geomühəndisliyinə həddindən artıq güvənmək təhlükəlidir!

İqlim böhranı: Günəş geomühəndisliyinə həddindən artıq güvənmək təhlükəlidir!

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

Alimlər xəbərdarlıq ediblər ki, Günəş geomühəndisliyinə etibar etmək bəşəriyyət üçün son dərəcə risklidir. Birləşmiş Millətlər Təşkilatı da qeyd edib ki, dünya 2015-ci il Paris sazişi ilə müəyyən edilən karbon emissiyalarının azaldılması hədəflərinə çatmaqda geri qalır. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Interesting Engineering” tədqiqatçılara istinadla məlumat yayıb.

Buna görə də mütəxəssislər iqlim böhranına qarşı mübarizədə alternativ yollar axtarmağın vacibliyini vurğulayırlar.

"Geomühəndislik potensial alternativlərdən biridir, çünki bəzi iddialı layihələr atmosferə hissəciklərin səpilməsi yolu ilə Günəşi zəiflətməyi nəzərdə tutur. Lakin alimlər bu üsulla - stratosferik aerozol inyeksiyaları (SAI) ilə bağlı ciddi risklər barədə xəbərdarlıq edirlər", deyə məqalədə bildirilir.

Tədqiqatçılar hesab edirlər ki, bu üsul texniki cəhətdən düzgün tətbiq olunsa belə, onun əks təsiri yarana bilər.

SAI ilə bağlı kompüter modelləri ümidverici nəticələr göstərsə də, onlar real həyatda ortaya çıxacaq risklərin geniş spektrini tam əks etdirmir.

"SAI təbii proseslərdən ilhamlanıb və bu, onu digər alternativlərlə müqayisədə nisbətən tanınmış bir yanaşma edir. Tarixən vulkan püskürmələri nəticəsində milyonlarla ton kükürd dioksidi stratosferə yayılıb. Bu hissəciklər su buxarı və digər qazlarla reaksiya verərək sulfat aerozollarına çevrilib, illərlə stratosferdə qalaraq Günəş işığını kosmosa əks etdirib və planeti müvəqqəti soyudub", deyə "Interesting Engineering" izah edib.

Lakin alimlər xəbərdarlıq edirlər ki, bu modellər çox vaxt real vəziyyəti əks etdirmir. Kolumbiya İqlim Məktəbi və Kolumbiya Mühəndislik Universitetinin atmosfer kimyaçısı və aerozol tədqiqatçısı V. Fey Maknil bildirib:

"Əgər bu üsulu sınaqdan keçirsək, ardıcıl hadisələr zənciri başlaya bilər və biz deyirik ki, mümkün nəticələrin miqyası indiyə qədər təsəvvür etdiyimizdən çox daha geniş ola bilər".

Tədqiqat qrupunun rəhbərlərindən biri olan Kolumbiya Universitetindən alim Mıranda Hakın sözlərinə görə, siyasi, mühəndislik və logistika kimi müxtəlif məhdudiyyətlər SAI əməliyyatlarının effektiv şəkildə həyata keçirilməsinə mane ola bilər.

Kolumbiyalı alimlər xəbərdarlıq edirlər ki, iqlim böhranına qarşı mübarizədə Günəş geomühəndisliyinə həddindən artıq güvənmək təhlükəlidir.

Maknil əlavə edib: "SAI-nin iqlim modellərindəki simulyasiyası nə qədər mükəmməl görünsə də, bu, idealizasiya olunmuş ssenaridir. Modellərdə alimlər ideal ölçüdə hissəciklərdən istifadə edir və onları istədikləri miqdarda, istədikləri nöqtəyə yerləşdirirlər. Amma reallıqda bu vəziyyəti tətbiq etməyə çalışdıqda çoxsaylı qeyri-müəyyənliklər ortaya çıxır".

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 31 Oktyabr 2025 21:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see283

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see279

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see276

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see248

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see240

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see225

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see170

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see150

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see144

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see139

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri