Icma.az
close
up
RU
Adnan Əhmədzadə Avropanı belə aldadıb Peyk görüntüləri ortaya çıxdı

Adnan Əhmədzadə Avropanı belə aldadıb Peyk görüntüləri ortaya çıxdı

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bir neçə gün əvvəl Bakıda saxlanılan SOCAR-ın investisiya departamentinin sabiq rəis müavini Adnan Əhmədzadə SOCAR daxilində Alkagesta şirkətinin “gizli əli” olub. Həmin şirkətin İdarə Heyətinin sədri Kamran Ağayev Adnan Əhmədzadənin əmisi oğludur.

Adnan Əhmədzadə rus neftini Azərbaycana məxsus kəmərlərlə necə satıb?

Lent.az xəbər verir ki, Azərbaycan Adnan Əhmədzadəni Bakı-Ceyhan kəməri ilə İtaliya və Rumıniyaya daşınan “Azeri Light” neftinə rus nefti qatmaqda məsuliyyətli sayır. İddialara görə, Əhmədzadə illər ərzində SOCAR daxilində rus neftinin saxta sertifikatlarla Avropaya daşınmasına açıq və ya gizli kömək edən şirkətlər şəbəkəsi yaradıb.

Bütün bunlar Alkagesta-nın SOCAR-ın ticarət bölməsi olması ilə bağlı şübhələr fonunda baş verib.

Adnan Əhmədzadənin rus neftinə xidmət edən daha bir şirkəti

Həmçinin 2018-ci ildə Adnan Əhmədzadə tərəfindən SOCAR Trading Geneva-dan ayrıldıqdan sonra yaradılmış “Caspian Logistics Solutions” (CLS) adlı şirkət də var. Şirkət saxta sertifikatlardan istifadə etməklə rus neftinin tədarükü ilə məşğuldur. Onun ofisi Dubayda yerləşir.

Şirkətin tərəfdaşları həm gizli, həm də açıq rus nefti daşıyıcılarıdır. Bu tərəfdaşlar arasında dörd il ərzində 1 milyard ABŞ dolları xalis mənfəət əldə etmiş “Oil Mar DMCC” də var. Bu şirkətin adı Alkagesta ilə birlikdə 22500 ton rus neftinin Albaniyaya daşınması ətrafında yaranmış mübahisədə hallanır. Bu ilin mayında Dubayda yaradılan “OilMar Shipping DMCC” şirkəti səhmlərinin 100 faizini baş direktor Yusif Məmmədova verildiyini elan edib. Qeyd olunur ki, bu da şirkətin “işgüzar nüfuzunu qorumaq” üçün edilib.

Dərc olunmuş araşdırmalara görə, Alkagesta rus neftini türkmən mənşəli kimi göstərmək üçün saxta sənədlərdən istifadə etməkdə ittiham olunur. Bu əməliyyatlara Liviya sənədləri ilə Türkiyəyə göndərilən tədarüklər də daxildir. İddiaları dəstəkləmək üçün Alkagesta ilə bağlı maliyyə və gömrük sənədləri dərc olunub. Sənədlərə əsasən, bu strukturların arxasında “Socar Trading” və “Maddox” dayanır. Onlar Dubayda yerləşən “OilMar Shipping DMCC”, Maltadan Alkagesta və Türkiyədən “Almedia” kimi törəmə şirkətlər vasitəsilə fəaliyyət göstərirlər.

Albaniya Alkagestanın daşıdığı rus neftini müsadirə edib

Adnan Əhmədzadənin tutulduğu gün də, Alkagesta qrupu rus neftini İspaniyaya, Tarraqona limanı vasitəsilə göndərməyə cəhd edib. Bu cəhd İspaniya hakimiyyəti tərəfindən bloklanıb. Albaniyada prokurorluq və polis Rusiyadan gətirilən 22500 ton yanacağı müsadirə edib və rəsmi məlumatlarda saxta sənədlərin göstərildiyi bildirilib. Albaniya KİV-i açıq şəkildə bu yükləmənin arxasında Alkagesta-nın dayandığını və onun Azərbaycan vətəndaşları ilə əlaqəli olduğunu yazıb.

İttihamların ciddiliyini nəzərə alaraq, Adnan Əhmədzadənin təkcə Azərbaycanda deyil, həm də Avropada və o cümlədən Böyük Britaniyada da istintaqa cəlb olunaraq məhkəmə qarşısına çıxarılması, eləcə də mümkün hüquqi məsuliyyət daşıması ilə bağlı çağırışlar səslənib. Güman olunur ki, onun əmisi oğlu, Alkagesta-nın baş direktoru Kamran Ağayev, həmçinin şirkətin digər top-meneceri Orxan Rüstəmov da bu sxemlərdə əsas rol oynayıblar. Hər üçü izah etməlidirlər ki, Alkagesta şirkəti necə yaradılıb, hansı maliyyə əsasları üzərində qurulub və hansı dərəcədə rus şirkətləri ilə ticarət əlaqələri var?

Alkagesta haqqında məlumatlar

Lent.az-ın əldə etdiyi məlumata görə, Adnan Əhmədzadənin əmisi oğlu Kamran Ağayevə məxsus olan Alkagesta Maltanın ən böyük neft-bunker şirkətidir və Maltanın Birzebbuğa neft terminalından istifadə edərək rus neftini Rusiyanın “kölgə donanması” vasitəsilə daşıyır. Həmçinin BMT-nin embarqo qoyduğu Liviyadan neft ticarəti ilə məşğul olur.

Alkagestanın Liviya mexanizmi

“Lloyd’s List” araşdırması müəyyən edib ki, son iki ildə 42 tanker ən azı 195 dəfə Benqazinin köhnə limanına səfər edib. Bu səfərlər nəticəsində 1,4 milyon ton neft daşınıb. Araşdırma zamanı “Lloyd’s List” tərəfindən təhlil olunan peyk görüntüləri limanda müntəzəm gəmilərin, o cümlədən daha iri tankerlərin dövriyyəsini göstərir. Bu isə, əslində, səfərlərin sayının daha çox ola biləcəyini və şəbəkənin təxmin ediləndən daha geniş fəaliyyət göstərdiyini göstərir.

Məlumata əsasən, Benqazi limanı və Liviyadan neft daşınan bütün ərazilər Xəlifə Haftar, eləcə də Rusiyanın “Vaqner” qrupunun nəzarətində olub. Bu ərazilərdə hər hansı iş görmək yalnız Xəlifə Haftarın, dolayısı ilə “Vaqner”in icazəsi ilə mümkün olub.

BMT paneli Liviyadan qanunsuz neft daşınmasında üç əsas sxemi müəyyən edib:
1.    Tankerlər Benqazidə yüklənir, sonra beynəlxalq sularda, xüsusilə Maltanın şərqində yükü digər gəmilərə ötürür.
2.    Tankerlər Benqazidə yüklənir, sonra birbaşa digər limana gedir və saxta ixrac sertifikatları ilə boşaldılır.
3.    Tankerlər başqa ölkədən az həcmdə yüklənir, Benqazidə isə tam və ya həddindən artıq dolana qədər əlavə yüklənir, sonra növbəti limana yollanır.

Araşdırmalara görə, Alkagesta Maltada qeydiyyatdan keçib, təsisçiləri Kamran Ağayev və Orxan Rüstəmovdur. Şirkətin Böyük Britaniya, İsveçrə, Türkiyə, BƏƏ və Sinqapurda filialları mövcuddur. Direktorlar arasında Mark Seccombe və Pierre Marie Kristian Qay da olub. Mənbələr bildirir ki, Alkagesta Maltanın ən aktiv neft treyderlərindən birinə çevrilib. Hazırda Evos bunkerləşdirmə terminalını və Maltadakı digər obyektləri, o cümlədən Delimaranı icarəyə götürüb.

Alkagesta və Qara Dəniz terminalı

Məlumatlara görə, Alkagesta Qazaxıstandan idxal olunan məhsulları da daşıyıb. Əsas tədarükçülər arasında Kızılorda Neft Emalı Zavodu və Amangeldinskiy GPZ kimi şirkətlər var. Alkagesta, eləcə də onun tərəfdaşları – “Falzon & Falzon” və Hamsi tankeri vasitəsilə Maltada saxta neft sertifikatları dövriyyəyə buraxılıb. Bu isə BMT qətnamələrinin və beynəlxalq sanksiyaların açıq şəkildə pozulması deməkdir.

Sentyabrda “Blue Rose” tankeri Qara dənizdə Rusiya neftini yüklədikdən və Maltada Alkagesta üçün boşaltdıqdan sonra Yalova limanına daxil olmadan əvvəl transponderi söndürüb. Bununla da Maltaya marşrutunu və real təchizatçısını gizlədib.

Qeyd olunur ki, hazırda Avropa İttifaqı və Böyük Britaniya Alkagestanın neft qaçaqmalçılığını araşdırır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://lent.az
archiveBu xəbər 02 Oktyabr 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see11258

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see647

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see269

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see238

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

15 Noyabr 2025 20:59see201

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see160

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see153

Hələ də inana bilmirəm

15 Noyabr 2025 23:29see149

2026 cı ildə dünyanın hansı bölgələrində müharibə gözlənilir?

15 Noyabr 2025 16:37see142

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see139

Astarada Eko Festival keçirilib, yerli turizm məhsulları tanıdılıb

15 Noyabr 2025 14:26see133

İsrail klubunun futbolçusu 99 illik futboldan kənarlaşdırıldı

15 Noyabr 2025 14:43see131

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

16 Noyabr 2025 00:50see130

Politoloq: Özbəkistanın Qarabağın bərpasındakı rolu Bakı Daşkənd tərəfdaşlığının strateji dəyərini artırır

15 Noyabr 2025 15:49see130

Rusiyaya təzyiqim işə yarayacaq Tramp

15 Noyabr 2025 17:28see128

Mbappe yoxdu, Kamavinqa yoxdu hə, nə olsun?

15 Noyabr 2025 17:36see127

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see126

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

16 Noyabr 2025 08:15see124

Deputatlar Milli Qəhrəmanın evinə getdilər FOTOLAR

15 Noyabr 2025 23:51see124

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri