Icma.az
close
up
RU
ADNSU da daxili qrantların verilməsi ilə bağlı yeni qaydalar təsdiqlənib

ADNSU da daxili qrantların verilməsi ilə bağlı yeni qaydalar təsdiqlənib

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 3 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) daxili qrantların verilməsinə dair yeni qaydaları təsdiqləyib.

Universitetdən AZƏRTAC-a verilən məlumata görə, qaydalar 2025-ci ildə ADNSU Elmi Şurasının qərarı ilə qəbul olunub və universitet daxilində elmi fəaliyyətin stimullaşdırılması, innovativ və tətbiqi tədqiqatların dəstəklənməsi məqsədini daşıyır.

Daxili qrantlar universitetin vəsaiti və digər qanuni maliyyə mənbələri hesabına maliyyələşdirilir. Müsabiqələr şəffaflıq, obyektivlik və bərabərlik prinsipləri əsasında keçirilir. Qrantlar yalnız Azərbaycan manatında, müqavilədə göstərilən məqsədlər üçün ayrılır.

Müsabiqədə bakalavr, magistr, doktorant, dissertantlar, professor-müəllim heyəti və tədqiqat mərkəzlərinin əməkdaşları fərdi və ya komanda şəklində iştirak edə bilər. Hər iştirakçı yalnız bir layihə təqdim edə bilər. Layihə üzrə maksimum maliyyələşmə 30 min manatdır.

Layihələr texniki və elmi ekspertizadan keçirilir. Qiymətləndirmə layihənin aktuallığı, məqsəd və nəticələrin əhəmiyyəti, icra planı və büdcə əsaslandırması kimi meyarlar üzrə aparılır. Qaliblər Müsabiqə Komissiyasının rəyinə əsasən ADNSU rektorunun əmri ilə təsdiqlənir.

Qalib layihələrin icrası tərəflər arasında bağlanan daxili qrant müqaviləsi ilə tənzimlənir. Qrantın 30 faizi avans olaraq ödənilir, qalan hissə mərhələli şəkildə təqdim edilir. Layihənin icrasına və vəsaitlərin istifadəsinə universitet nəzarət edir.

Qaydalar layihə nəticələrinin qeydə alınması, elmi nəşrlərdə ADNSU-nun göstərilməsi, plagiat və digər pozuntuların qarşısının alınması ilə bağlı tələbləri də əhatə edir. Müqavilə öhdəliklərinə əməl olunmazsa, qrant vəsaiti geri qaytarılır. Əqli məhsulların mülkiyyət hüququ ADNSU-ya məxsusdur.

Müsabiqə nəticələrinə etiraz hallarında Apellyasiya Komissiyasına müraciət mümkündür. Ekspert və komissiya üzvləri üçün maddi stimullaşdırma tədbirləri nəzərdə tutulub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Oktyabr 2025 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri