ADNSU nun beynəlxalq əlaqələri genişlənir: Özbəkistanın doqquz universiteti ilə memorandum imzalanıb
Icma.az xəbər verir, Sfera.az saytına əsaslanaraq.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, dosent Rüfət Əzizov Rektorlar Forumunda iştirak üçün Özbəkistana rəsmi səfər edib. Rəsmi səfər çərçivəsində bu ölkənin doqquz nüfuzlu ali təhsil müəssisəsi ilə Anlaşma memorandumu imzalayıb.
Sfera.az xəbər verir ki, ADNSU ilə Özbəkistanın aparıcı ali təhsil müəssisələri olan Daşkənd Dövlət Aqrar Universiteti, Səmərqənd Dövlət Universiteti, Daşkənd Dövlət İqtisad Universiteti, Buxara Dövlət Universiteti, Nəvai Dövlət Dağ-Mədən və Texnologiyalar Universiteti, Səmərqənd Dövlət Memarlıq və İnşaat Universiteti, Termiz Mühəndislik-Texnologiya İnstitutu, Milli Tədqiqat Universiteti və Namangan Dövlət Texniki Universiteti arasında Anlaşma memorandumları imzalanıb.İmzalanma mərasimi hər iki tərəfdən ali təhsil rəhbərlərinin iştirakı ilə keçirilib.
Sənədlərdə gələcəkdə elmi tədqiqat sahəsində əməkdaşlıq, ikili diplom proqramlarının yaradılması, müəllim və tələbə mübadiləsi, eləcə də birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur.
Bu əməkdaşlıq ADNSU-nun beynəlxalq arenada mövqeyinin daha da möhkəmlənməsinə, elmi-tədqiqat imkanlarının genişlənməsinə və tələbələrə yeni imkanların yaradılmasına şərait yaradacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 30 May 2025 17:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















