Icma.az
close
up
RU
ADP dən Türkiyədə keçirilən mitinqlərə REAKSİYA

ADP dən Türkiyədə keçirilən mitinqlərə REAKSİYA

Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Bu olayların qardaş ölkənin daxili sabitliyinə mənfi təsir göstərməsindən narahatıq”

“Türkiyənin bu təlatümləri geridə buraxaraq, ölkənin vahidliyini, bütövlüyünü, vətəndaş həmrəyliyini təmin edə biləcəyinə inanırıq”

ADP İdarə Heyətinin ölkə və beynəlxalaq aləmdə baş verən ictimai-siyasi proseslərə dair növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən “Hürriyyət”ə verilən məlumata əsasən, toplantı iştirakçıları ilk növbədə Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçicivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasının nəticələri barədə fikir mübadiləsi aparıb və bu tədbirin enerji təhlükəsizliyi ilə enerji keçidi arasında uzlaşmanın gücləndirilməsi baxımından önəmli əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Qeyd olunub ki, Avropa Komissiyasının dəstəklədiyi, 12 ölkənin qatıldığı bu geniş tədbir enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşmasında, həmin məsələlərin həllində və birgə səylərin əlaqələndirilməsində mühüm rol oynamaqla, Azərbaycanın milli maraqlarının beynəlxalq səviyyədə təmin edilməsində də öz töhfəsini verəcək.

İdarə Heyəti Almaniya prezidenti F.V.Ştaynmayerin Azərbaycana səfərinin yekunlarına münasibət bildirib və bu səfərin Almaniya ilə Azərbaycan arasında ikili əlaqələrin yeni müstəviyə daxil olması, alman texnologiyasının sənaye və kənd təsərrüfatı sahələrinə tətbiq edilməsi, Almaniyanın vasitəçiliyi ilə Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin dərinləşməsi, ölkəmizin bu birliyə iqtisadi və siyasi cəhətdən inteqrasiya olunması baxımından mühüm rol oynayacağına əminliyini ifadə edib.

İdarə Heyəti qardaş Türkiyədə baş verən son olaylara da münasibət bildirib və İstanbul Böyükşəhər Bələdiyyə başqanı Əkrəm İmamoğlunun həbsindən sonra ana müxalifətin başlatdığı və getdikcə geniş miqyas alan etiraz aksiyalarının şiddətlənməsindən və bu olayların Türkiyənin daxili sabitliyinə mənfi təsir göstərməsindən narahat olduğunu diqqətə çatdırıb. Partiya yetkililəri qardaş ölkəyə xarici güclər vasitəsi ilə təsirlərin artdığı bir zamanda daxili iğtişaşlara yol açan bu etiraz aksiyalarının ölkənin iqtidarı tərəfindən səbrlə, zorakılığa yol vermədən izlənildiyini, Ana Yasa kurallarına, demokratik tələblərə uyğun nizamlanması üçün göstərdiyi cəhdləri təqdir edib və Türkiyənin bu təlatümləri geridə buraxaraq ölkənin vahidliyini, bütövlüyünü, vətəndaş həmrəyliyini təmin edə biləcəyinə inamını ifadə edib.

İdarə Heyəti son günlər ABŞ-da Tramp administrasiyasına, onun əvvəlki dünya nizamı ilə uyğun gəlməyən, başqa ölkələri təhdid edən siyasətinə qarşı başlanan etiraz aksiyalarına münasibət bildirib və bu etirazların arxasında D.Trampın Birləşmiş Ştatların əhalisinin iradəsini düzgün ifadə edə bilməməsi faktının durduğunu qeyd edib.

İdarə Heyəti Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanması məsələsinin irəli sürülən şərtlər daxilində həllinin tapması üçün hər iki ölkə rəhbərinin göstərdiyi səyləri müsbət dəyərləndirib və iki əsas şərt üzrə - Ermənistanın konstitusiyasındakı ərazi iddalarının geri götürülməsi və ATƏT-in Minsk Qrupunun ləğv edilməsi üçün real addım atılmasının Paşinyan hakimiyyətinin göstərəcəyi qətiyyətdən asılı olduğunu bildirib. ADP öz növbəsində sülh sazişinin bağlanmasına əngəl olan və faktiki olaraq amorf bir təşkilata çevrilən Minsk Qrupunun buraxılması üçün ATƏT-in özünün bu barədə qərar verməsinin vacibliyini diqqətə çatdırıb.

İdarə Heyəti İran prezidenti M.Pezeşkianın Azərbaycana gözlənilən səfəri barədə fikir mübadiləsi aparıb və bu səfərin İranla Azərbaycan arasında zaman-zaman qarşı ölkənin yersiz ambisiyaları nəticəsində korlanan münasibətlərin nizama salınmasında, ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan sağlam qonşuluq münasibətlərinin yeni mərhələyə daxil olmasında töhfə olacağına ümidvar olduğunu bildirib.

İdarə Heyəti həbsdə olan Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun uzunmüddətli aclıq aksiyasına başlamasından narahatçılıq ifadə edib, ölkə rəhbərliyini humanistlik göstərərək siyasi motivlərlə həbsdə olan şəxsləri, o cümlədən Tofiq Yaqublunu azad etməyə çağırıb.

Hurriyyet.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 07 Aprel 2025 19:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see514

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see466

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see363

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see309

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see290

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see272

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see249

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see245

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see225

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see224

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see220

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see217

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see214

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see201

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see183

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see177

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see174

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri