Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

ADPU da “Mexanikada yeni trendlər” mövzusunda beynəlxalq elmi konqres keçirilir YENİLƏNİB

ADPU da “Mexanikada yeni trendlər” mövzusunda beynəlxalq elmi konqres keçirilir YENİLƏNİB

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 2 sentyabr, AZƏRTAC

Sentyabrın 2-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Nəzəri və Tətbiqi Mexanika Türk Milli Komitəsi ilə birgə təşkil olunan “Mexanikada yeni trendlər” I beynəlxalq elmi konqresin açılış mərasimi olub.

Konqresdən əvvəl iştirakçılar Fəxri xiyabanda Ümumilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarları üzərinə gül dəstələri qoyub, onların əziz xatirəsini ehtiramla yad ediblər.

AZƏRTAC xəbər verir ki, konqresin plenar iclasında müxtəlif ölkələrdən olan alim və tədqiqatçılar, ali təhsil müəssisələri və elmi-tədqiqat institutlarının rəhbərləri, elm adamları, təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov beynəlxalq elmi konqresin işinə uğurlar arzulayıb. Konqresin mexanika elminin ənənəvi istiqamətlərinə yeni elmi baxışların gətirilməsi, nəzəri və tətbiqi mexanikanın müasir çağırışlara uyğun transformasiyası, həmçinin mexanika və mühəndislik sahəsində beynəlxalq elmi əməkdaşlıqların genişləndirilməsi baxımından əhəmiyyət kəsb etdiyini qeyd edən rektor 48 illik tarixi olan və hər 2 ildən bir Türkiyənin müxtəlif ali məktəblərində keçirilən Milli Mexanika Konqresinin ilk dəfə olaraq beynəlxalq formatda və məhz Bakıda, Azərbaycan Dövlət Pedaqoji Universitetində təşkil olunmasının ölkəmizin elmi mühitində yeni mərhələnin başlanğıcı, Azərbaycanın elmi məkanının dünya elminə inteqrasiyasının, alimlərimizin beynəlxalq akademik proseslərdə aktiv iştirakının bariz göstəricisi olduğunu vurğulayıb.

Professor C.Cəfərov konqres çərçivəsində müzakirə ediləcək elmi məruzələrin yalnız nəzəri nəticələrin təqdimatı ilə kifayətlənməyəcəyi, həm də real tətbiq imkanlarını ortaya qoyacağını, paralel sessiyalarda aparılacaq diskussiyalarda mexanikanın mühəndislik, aerokosmik, biomexanika, energetika və ekoloji problemlərin həllində oynadığı rolun daha dərindən anlaşılmasına xidmət edəcəyinə əminlik ifadə edib.

Nəzəri və Tətbiqi Mexanika Türk Milli Komitəsinin sədri professor Mehmet H. Omurtag mexanikanın müasir problemlərinə toxunaraq vurğulayıb ki, texnologiyaların sürətli inkişafı ilə mexanika sahəsində yeni nəzəri yanaşmaların və hesablama üsullarının tətbiqi vacibdir. O bildirib ki, bu kimi konqreslər gənc alimlərin yetişməsinə, elmi ideyaların mübadiləsinə və mühəndislik sahəsində qlobal elmi proseslərə inteqrasiyasına mühüm töhfə verir.

ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, konqresin Təşkilat Komitəsinin həmsədri professor Asəf Zamanov tədbirə ADPU-nun ev sahibliyi etməsinin qardaş ölkələrin elm adamlarının əməkdaşlığının genişlənməsinə vacib töhfələr verəcəyini vurğulayaraq bildirib ki, ABŞ, Almaniya, Avstriya, İtaliya, Türkiyə və Azərbaycanın müxtəlif universitetlərindən və elmi-tədqiqat institutlarından tanınmış alimlərin qatıldığı bu tədbir mexanika və mühəndislik sahəsində beynəlxalq əməkdaşlıq üçün mühüm platformadır.

Qeyd edilib ki, müasir dövrdə elm sürətlə dəyişən texnologiyalar, süni intellekt, hesablama imkanları və rəqəmsal yanaşmalar fonunda yeni inkişaf mərhələsinə qədəm qoyub. Mexanika elmi isə bu proseslərin ayrılmaz tərkib hissəsidir. Professor A.Zamanovun sözlərinə görə, mürəkkəb mexaniki proseslərin modelləşdirilməsi və analizi təkcə klassik üsullarla deyil, həm də yüksək performanslı hesablama texnologiyaları və innovativ proqram təminatları vasitəsilə həyata keçirilir. Bu baxımdan konqresın Azərbaycanda keçirilməsi həm gənc tədqiqatçılar, həm də regionun elmi inkişafı üçün mühüm imkanlar yaradır.

Professor A.Zamanov mexanikanın tarixi və müasir inkişaf istiqamətlərindən söz açaraq vurğulayıb ki, mexanika yüzilliklərdən bəri insanın texnologiya ilə əlaqəsinin göstəricisidir. Mexanika ilk mexaniki kəşflərdən Sənaye inqilabına, müasir dövrdə kompüter simulyasiyaları və nanomateriallara, gələcəkdə isə süni intellekt və biotexnologiyaların birləşməsinə qədər bəşəriyyətin inkişafının bütün sahələrində həlledici rol oynayır.

Mexanika elminin gələcəyi isə interdisiplinar yanaşmadadır. Material elmləri, biologiya və ekoloji tədqiqatlar mexanika ilə inteqrasiya olunaraq mürəkkəb, lakin səmərəli sistemlər yaradacaq. Müasir mexanikada əldə olunan nailiyyətlər elektroavtomobillərin və yeni təhlükəsizlik sistemlərinin dizaynı, yüngül və dayanıqlı raket materiallarının, tibbi nanoimplantlar, protez və reabilitasiya cihazlarının hazırlanmasında mühüm rol oynayır.

Beləliklə, müasir mexanika sahəsi sürətlə inkişaf edir və insan, texnologiya və ekoloji aspektləri birləşdirir. Hesablama texnologiyaları, smart materiallar, nanomexanika, biomexanika və süni intellekt mühəndislərə daha effektiv, adaptiv və dayanıqlı sistemlər yaratmağa imkan verir. Beynəlxalq konqresdə aparılan müzakirələr mexanika elm sahəsi üçün əhəmiyyətli olacaq.

Sonra Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov, İdarəetmə Sistemləri İnstitutunun baş direktoru akademik Əli Abbasov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru dosent Rüfət Əzizov, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin akademik katibi, Fizika İnstitutunun baş direktoru akademik Arif Həşimov, Elm və Təhsil Nazirliyinin SABAH qrupları İcra Komitəsinin rəhbəri Elza Səmədova və İstanbul Texniki Universitetinin prorektoru professor Şənol Ataoğlu universitetlərarası əməkdaşlığın genişləndirilməsi, elmi tədqiqatların qlobal problemlərin həllinə yönəldilməsi barədə fikirlərini bölüşüb, beynəlxalq konqresın əhəmiyyətini vurğulayıblar.

Daha sonra konqres işini çoxsaylı bölmə iclasları ilə davam etdirib.

Qeyd edək ki, sentyabrın 5-dək davam edəcək “Mexanikada yeni trendlər” I beynəlxalq elmi konqres Nəzəri və Tətbiqi Mexanika Türk Milli Komitəsinin (TUMTMK) və ADPU-nun əsas təşkilatçılığı ilə İstanbul Texniki Universiteti, İstanbul Ticarət Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Texniki Universiteti, Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutu, İdarəetmə Sistemləri İnstitutu, Fizika İnstitutu və digər universitet və elmi-tədqiqat institutların dəstəyi ilə təşkil olunub.

Bakı və Quba şəhərlərində keçiriləcək paralel sessiyalarda müzakirələrin aparılacağı beynəlxalq konqresda strukturlar (konstruksiyalar) mexanikası, bərk cisim mexanikası, tətbiqi riyaziyyat, tətbiqi mexanika, maye mexanikası və kompozit materiallar mexanikası sahələrində 150-ə qədər elmi məruzə təqdim ediləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Sentyabr 2025 18:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see201

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see196

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see182

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see163

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see161

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see158

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see158

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see146

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see140

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see134

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see131

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see130

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see127

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see125

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see120

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri