Icma.az
close
up
RU
ADPU: İl ərzində tələbə və vətəndaşlar tərəfindən daxil olmuş 52 mindən çox müraciət cavablandırılıb AZƏRTAC

ADPU: İl ərzində tələbə və vətəndaşlar tərəfindən daxil olmuş 52 mindən çox müraciət cavablandırılıb AZƏRTAC

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 31 dekabr, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2024-cü ilin media yekunlarına əsasən, ADPU ilə bağlı 746 xəbər 4000-ə yaxın mənbədə dərc edilib. Bu isə 2023-cü illə müqayisədə xəbər sayında 11,2 faiz, xəbərlərin yayımlandığı mənbə sayında isə 11,1 faiz artım deməkdir. Statistikaya əsasən, ortalama olaraq bir ay ərzində universitet haqqında 62 xəbər 330 mənbədə dərc edilib. Ötən il isə bu rəqəmlər müvafiq olaraq 57 və 300-ə bərabər olub.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsindən AZƏRTAC-a bildirilib ki, universitetin sosial şəbəkə hesablarının effektiv fəaliyyətinin təşkili xüsusi diqqətdə saxlanılır. ADPU-nun sosial media hesabları və saytı, eyni zamanda, tələbələrin və ictimaiyyətin etibarlı informasiya mənbəyi və müraciət vasitəsinə çevrilib. İl ərzində tələbə və vətəndaşlar tərəfindən sosial şəbəkə və digər əlaqə vasitələri ilə daxil olmuş 52 mindən çox müraciət cavablandırılıb.

Bakalavriat səviyyəsinə qəbul olunmuş tələbələrin onlayn qeydiyyatına dəstək məqsədilə Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsi ilə birgə universitetdə operativ dəstək xidməti təşkil olunub. Nəticədə, 300 nəfərədək abituriyent və valideynə onlayn qeydiyyat, təhsil krediti, təhsil haqqına güzəşt və s. məsələlərlə bağlı yerində xidmət və kömək göstərilib.

2024/2025-ci tədris ilində Pedaqoji Universitetə qəbul olan tələbələr arasında Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin apardığı onlayn sorğunun nəticələrinə əsasən, tələbələrin 63 faizi universitet haqqında ilk məlumatı ADPU-nun sosial media hesabları və rəsmi saytından alıblar.

Şöbə tərəfindən cari ildə universitetin istedadlı tələbələrini aşkar edərək onların peşəkar inkişafına dəstək olmaq və gələcək kadr bankı formalaşdırmaq məqsədilə ADPU və onun filiallarının bakalavriat və magistratura səviyyəsində təhsil alan tələbələr üçün 4 mərhələdən ibarət “Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsi təşkil edilib və uğurla yekunlaşıb. Ümumilikdə 1000-ə yaxın tələbə-gəncin iştirak etdiyi müsabiqənin yekununda 10 nəfər tələbə qalib, 10 nəfər isə xüsusi mükafatçı olaraq 1000 AZN pul mükafatı, 1 illik xarici dil və IT kursları kimi mükafatlarla yanaşı, həm də Təşkilat Komitəsinin üzvü olan ADPU-nun rəhbər heyəti ilə 1 illik mentorluq proqramından faydalanmaq şansı əldə ediblər. Hazırda müsabiqə qaliblərinin mentorluq proqramı davam edir.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsində hazırlanaraq nəşr olunan “Zəfərnamə” kitabında müxtəlif dövrlərdə ADPU-nun, onun filialları və tərkibindəki Pedaqoji Kollecin tələbə və məzunları olub, habelə universitetə rəhbərlik etmiş qəhrəman vətən övladlarından, ümumilikdə 60 nəfərədək şəxs haqqında məlumat qeyd edilib.

Media işinin monitorinqi və təkmilləşdirilməsi məqsədilə universitetin 1500 nəfərədək tələbəsinin iştirak etdiyi media məmnunluq sorğusunun nəticələrinə əsasən, iştirakçıların 91 faizini universitetin sayt və sosial şəbəkələrinin fəaliyyəti tam və ya qismən qane edir. Respondentlərin 93 faizi sosial şəbəkə hesablarına müraciət zamanı suallarına cavab tapdıqlarını, 29 faizi isə əlavə suallarının da cavablandırıldığını qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Dekabr 2024 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see182

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see182

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see169

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri