Icma.az
close
up
RU
Ötən il ərzində 35 mindən çox hüquqpozma faktı aşkar edilib AZƏRTAC

Ötən il ərzində 35 mindən çox hüquqpozma faktı aşkar edilib AZƏRTAC

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 25 yanvar, AZƏRTAC

Dövlət Gömrük Komitəsinin (DGK) 2024-cü il ərzindəki fəaliyyətinin yekunlarına həsr olunan Kollegiya iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə DGK Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsi məlumat yayıb.

İclasda çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov bildirib ki, ölkəmizdə həyata keçirilən davamlı inkişaf strategiyasına uyğun olaraq 2024-cü ildə bütün sahələrdə olduğu kimi gömrük sistemində də qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində zəruri addımlar atılıb.

Qeyd olunub ki, cari ildə də xidmət səviyyəsinin yüksəldilməsi, gömrük əməliyyatlarının sadələşdirilməsi, rəqəmsal həllərin genişləndirilməsi, əlçatanlığın, şəffaflığın təmin olunması istiqamətində gömrük orqanları qarşısında müəyyənləşdirilən tapşırıqların icrası davam etdiriləcək.

Sonra Kollegiyanın gündəliyindəki məsələlər müzakirə olunub.

"Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2024-cü il ərzində fəaliyyətinin nəticələri haqqında" məruzə ilə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru Bəhruz Quliyev çıxış edib.

Bildirilib ki, ticarətin asanlaşdırılması konsepsiyası çərçivəsində rəqəmsal gömrük xidmətinin innovativ həllər hesabına genişləndirilməsi, sahibkar, vətəndaş, işçi məmnunluğunun təmin olunması prioritet istiqamətlər kimi müəyyənləşdirilib.

2024-cü il gömrük xətti ilə büdcə daxilolmalarında Komitə tərəfindən dövlət büdcəsinə 6 milyard 648 milyon 703 min manat vəsaitin köçürülməsi təmin edilib ki, bu da illik proqnoza nisbətdə 213 milyon 700 min manat və ya 3,3% çoxdur.

Ötən il ərzində 35 min 255 hüquqpozma faktının aşkar edildiyini bildirən Komitə sədrinin birinci müavini vurğulayıb ki, bunlardan 1278-i cinayət xarakterli, 33 min 977-si inzibati xəta faktlarıdır.

Hesabat ilində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 96 fakt aşkar olunub və ümumilikdə 379 kq 127 qram narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları qanunsuz dövriyyədən çıxarılıb.

Həmçinin iclasda Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanov, Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Vüqar Əliyev, Tovuz Gömrük İdarəsinin rəisi Pərviz Qədirovun məruzələri dinlənilib, Dövlət Gömrük Komitəsi Aparat rəhbərinin müavini Kənan Əsədov tərəfindən 2024-cü ilin nəticələrinin müqayisəli təhlilinə dair təqdimat nümayiş etdirilib.

İclasda “Gömrük xidmətinin Fəaliyyət Proqramı” çərçivəsində tətbiq olunan layihələrin icra vəziyyəti haqqında Gəncə Gömrük İdarəsinin rəisi Şamil Həsənli, Xaçmaz Gömrük İdarəsinin rəisi Pərviz Rəhimov, Baş Gömrük Mühafizə Xidmətinin rəisi Mübariz Mustafayev, Balakən Gömrük İdarəsi rəisinin müavini Kamran Yusifov məruzələrlə çıxış ediblər.

Daha sonra Dövlət Gömrük Komitəsinin “2025-2030-cu illər üçün İnkişaf Strategiyası” əsasında tərtib olunan 2025-ci il üçün İş Planı müzakirə edilərək təsdiq olunub.

Sonda Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov gömrük orqanlarının müxtəlif sahələr üzrə fəaliyyətindən danışaraq tapşırıq və tövsiyələrini verib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Yanvar 2025 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see238

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see228

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see172

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see166

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see150

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see146

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see139

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see137

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see135

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see135

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see134

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see125

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see124

Almaniya XİN rəhbəri: “Eurofighter”lərin Türkiyəyə göndərilməsinə müsbət baxırıq

18 Oktyabr 2025 06:28see124

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see123

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see122

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see121

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see121

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see121

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri