Icma.az
close
up
RU
ADPU nun Cəlilabad filialında professor müəllim heyəti və tələbələrlə görüş keçirilib

ADPU nun Cəlilabad filialında professor müəllim heyəti və tələbələrlə görüş keçirilib

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın təşəbbüsü ilə  Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında professor-müəllim heyəti və tələbələrlə görüş keçirilib.

525.az xəbər verir ki, tədbirdə ADPU-nun Cəlilabad filialının direktoru, dosent X.H.Sultanlı, İctimai Şuranın sədri professor Hikmət Əlizadə, Şuranın katibi, xarici dil üzrə ekspert Günay Əkbərova və Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Ceyhun Məmmədov, filialın professor-müəllim heyəti , struktur-bölmə rəhbərləri və əməkdaşları , müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər.

Filialın direktoru, dosent X.H.Sultanlı filialda tələbələr üçün təsis edilmiş Adlı təqaüdlər, yeni “Keyfiyyət siyasəti” və “Cəmiyyətə xidmət və sosial töhfə siyasəti” sənədləri, eləcə də tədris və sosial infrastruktur barədə məlumat verib. O, filialda yaradılan İnklüziv təhsil laboratoriyası barədə məlumatı diqqətə çatdırıb. Daha sonra tələbə klublarının fəaliyyətindən, gənclərin asudə vaxtının səmərəli təşkilindən danışıb.

Professor Hikmət Əlizadə diqqəti müasir təhsilin aktual problemlərindən, təhsilin keyfiyyətinin artırılması yollarından, interaktiv təlim modelləri, tələbəyönümlü təlimin təşkili və müəllimin mentorluq fəaliyyətinin əhəmiyyətini vurğulayıb.

Deputat Ceyhun Məmmədov çıxışında süni intellektin təhsildə və elmi tədqiqatlarda rolu, innovativ tədris metodlarının əhəmiyyəti, gənclərin yaradıcı düşüncə qabiliyyətinin inkişafı və milli-mənəvi dəyərlərin qorunmasının vacibliyindən bəhs edib.

İctimai Şuranın katibi Günay Əkbərova müəllimlərin peşəkar inkişafı, inklüziv təhsilin təşviqi və gənclərdə ömürboyu öyrənmə mədəniyyətinin formalaşdırılmasının önəmini qeyd edib.

Sonda iştirakçılar bölgələrdə bu cür görüşlərin davamlı təşkilinin əhəmiyyətini vurğulayıb, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuraya və deputat Ceyhun Məmmədova təşəkkür ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://525.az
archiveBu xəbər 23 Dekabr 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see166

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see154

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see153

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see150

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see148

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see145

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see142

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see140

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see138

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see136

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see135

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see135

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see128

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see126

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri