Icma.az
close
up
RU
ADSEA daha bir kəndi içməli su ilə təmin edib Fotolar

ADSEA daha bir kəndi içməli su ilə təmin edib Fotolar

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. 

“Qafqazinfo” xəbər verir ki, bu tədbirlərdən biri Ağdaş rayonunun Pirəyir kəndində reallaşıb. Bu münasibətlə kənddə içməli su layihəsinin açılış mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin birinci müavini Xəyyam Məmmədov, Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, millət vəkili Sahib Alıyev, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Etibar Məmmədov, Agentliyin nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Çıxışlar zamanı bildirilib ki, bu cür təşəbbüslər ölkəmizin regionlarında dayanıqlı inkişafın əsasını təşkil edir. 

Qeyd olunub ki, hazırda bir çox bölgələrdə əhalinin içməli və suvarma suyu ilə təminatı istiqamətində iri layihələr icra olunur və bu layihələr növbəti illərdə də davam etdiriləcək. Əsas məqsəd kəndlərdə yaşayan əhalinin dayanıqlı və keyfiyyətli içməli, eləcə də suvarma suyu ilə təmin olunmasıdır.

Ağdaş rayonu Pirəyir kəndində mərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılması məqsədilə Ləki qəsəbəsini və Nehrəxəlil kəndini içməli su ilə təmin edən D280 mm diametrli magistral su kəmərindən birləşmə verilərək kənd ərazisində yeni paylayıcı su şəbəkəsi inşa edilib. Bu məqsədlə Pirəyir kəndində ümumi 8,5 km uzunluğunda su şəbəkəsi inşa edilərək 194 fərdi yaşayış evinə birləşmə verilib. Eyni zamanda əhaliyə verilən suyun dəqiq uçotunun aparılması və sudan qənaətlə istifadə məqsədilə hər bir abonent su sayğacı ilə təchiz edilib.

Ümumilikdə Pirəyir kəndinin əhalisi 723 nəfər təşkil edir. Yeni yaradılmış su təchizatı sistemi vasitəsilə yaşayış məntəqəsinin gündəlik 140 m³ su tələbatı tam təmin ediləcək.

Ağdaş şəhərinin mövcud su təchizatı sistemi Türyançay çayının məcrasında yerləşən 8 ədəd subartezian quyusu hesabına həyata keçirilir. Şəhərin ümumi abonent sayı 8681-dir. Ümumi su şəbəkəsinin uzunluğu 175 km, magistral su kəmərinin uzunluğu 16,5 km, kanalizasiya şəbəkəsinin uzunluğu isə 126 km təşkil edir.

Eyni zamanda 1 meydançada 2×5000 m³ həcmində su anbarı kompleksi istismar olunur. Rayon üzrə 31 yaşayış məntəqəsinə su təchizatı xidməti göstərilir. 3 kəndə paylayıcı şəbəkə (796 abonent), 3 kəndə ictimai bulaq, 25 kəndə isə modul tipli sutəmizləyici qurğu vasitəsilə su təchizatı xidməti göstərilir.

2026–2027-ci illər ərzində Ləki qəsəbəsi və Nehrəxəlil kəndində mövcud su təchizatı sisteminin genişləndirilməsi məqsədilə layihə sənədlərinin hazırlanması və tikinti-quraşdırma işlərinin icrası nəzərdə tutulur. Eyni zamanda Qolqəti və Yenicə kəndlərində yeni su təchizatı sisteminin yaradılması məqsədilə layihə-smeta sənədlərinin hazırlanması işləri planlaşdırılır. Binələr, Davudlu, Cardam və Kotanarx kəndləri üzrə yeni su təchizatı sisteminin yaradılmasına dair layihə-smeta sənədləri artıq hazırlanıb.








Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 16 İyul 2026 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see372

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see341

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see333

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see304

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see300

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see279

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see261

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see249

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see241

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see231

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see222

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see209

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see204

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see202

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see201

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see191

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see190

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see189

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri