Icma.az
close
up
RU
ADSEA daha bir kəndi içməli su ilə təmin etdi FOTOLAR

ADSEA daha bir kəndi içməli su ilə təmin etdi FOTOLAR

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.

Globalinfo.az xəbər verir ki, bu tədbirlər çərçivəsində Göyçay rayonunun İkinci Ərəbcəbirli kəndində içməli su layihəsi icra olunub. Layihənin başa çatması münasibətilə kənddə açılış mərasimi keçirilib.

Açılış mərasimində Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin birinci müavini Xəyyam Məmmədov, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov, Milli Məclisin deputatı Sabir Hacıyev, Agentliyin tabeliyində fəaliyyət göstərən Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, Agentliyin nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Qeyd edək ki, İkinci Ərəbcəbirli kəndində 1384 nəfər əhali yaşayır. Kənd daxilində quraşdırılmış ictimai bulaqlar vasitəsilə əhalinin suya əlçatanlığı təmin edilirdi. Əhalinin mərkəzləşdirilmiş su təchizatının yaradılması məqsədilə Dövlət Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya Xidmətinin daxili imkanları hesabına kənd daxilində diametri 40 mm-dən 110 mm-dək müxtəlif ölçülü 8,5 km uzunluğunda su şəbəkəsi çəkilib. Sudan səmərəli istifadənin təmin edilməsi, su itkilərinin azaldılması və suyun uçotunun təkmilləşdirilməsi məqsədilə hər bir abonentə məxsus fərdi yaşayış evlərinin girişində ümumilikdə 300 ədəd su sayğacı quraşdırılıb. Bununla da kənd əhalisinin mərkəzləşdirilmiş su təchizatı dayanıqlı su mənbəyi olan Göyçay şəhərinin mövcud su infrastrukturuna qoşulmaqla təmin edilib.

Hazırda Göyçay rayonunda ümumilikdə 23 kənd yaşayış məntəqəsinə su təchizatı xidməti göstərilir. Bununla yanaşı, 18 kəndə modul tipli su təmizləyici qurğular vasitəsilə xidmət olunur. Göyçay rayonu üzrə xidmət göstərilən abonentlərin sayı 11 958 təşkil edir.

İcra olunan layihə “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Milli Strategiya”nın hədəf və məqsədlərinə nail olunması üçün tədbirlər proqramı çərçivəsində həyata keçirilib.

Layihənin davamı olaraq cari ildə Göyçay rayonunun Müskürlü kəndində də mərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılması işlərinə başlanılacaq.








Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 Fevral 2026 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri