ADSEA rəsmisi Su və Səhiyyə üzrə Protokolun 20 illik yubiley tədbirində iştirak edib
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 6 noyabr, AZƏRTAC
Noyabrın 5-də Macarıstanın paytaxtı Budapeştdə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT Avropa İqtisadi Komissiyası (UNECE) tərəfindən təşkil edilən Su və Səhiyyə üzrə Protokolun 20 illik yubiley tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) aparat rəhbərinin müavini Ülviyyə Məmmədova çıxış edib.
Ülviyyə Məmmədova Su və Səhiyyə üzrə Protokol çərçivəsində son 20 ildə əldə olunan uğurlardan, su ehtiyatlarının dayanıqlı idarəçiliyi, təhlükəsiz içməli suya və sanitariyaya çıxışın təmin olunması istiqamətində atılan addımlardan bəhs edib.
O, həmçinin Azərbaycanın milli səviyyədə həyata keçirdiyi islahatlar barədə məlumat verərək qeyd edib ki, ölkəmizdə son illərdə su təchizatı sistemlərinin yenilənməsi, yeni su anbarlarının tikintisi və mövcud infrastrukturun bərpası istiqamətində mühüm nəticələr əldə olunub.
Ülviyyə Məmmədova “Milli Su Strategiyası”, “Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf strategiyası” və “Böyük Qayıdış” proqramı çərçivəsində su ehtiyatlarının səmərəli və dayanıqlı idarə olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən olduğunu vurğulayıb.
Tədbir çərçivəsində iştirakçılar su və səhiyyə sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyətini bir daha diqqətə çatdıraraq, iqlim dəyişiklikləri fonunda təhlükəsiz suya çıxışın təmin olunması üçün ortaq səylərin artırılmasının vacibliyini qeyd ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 06 Noyabr 2025 21:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















