Icma.az
close
up
RU
ADSEA: Su təchizatında çətinliklərin obyektiv səbəbləri var

ADSEA: Su təchizatında çətinliklərin obyektiv səbəbləri var

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Müşahidə edirik ki, bizim xətlərimizdə hansısa qəza və ya su sızması olanda bu çox mənfi bir tərzdə ictimaiyyətə çatdırılır.

“APA-Economics” xəbər verir ki, bun Azərbaycan Dövlət Su Agentliyi (ADSEA) tərəfindən keçirilən konfransda Agentliyin sədr müavini İlham Bayramov deyib.

“Biz jurnalistlərin işinə qarışmırıq. Amma bu qəzalar dünyanın hər yerində var. Bizim işimizin çətinliyi odur ki, bizim infrastruktur yerin altında yerləşir”, - deyə İ.Bayramov əlaəv edib.
O bildirib ki, bu şəbəkələrdə 10 illər, bəlkə də 50 il bundan əvvəl inşa olunan xətləri var:
“Burda həm kanalizasoya kollektorları, həm içməli su xətləri, həm magistral şəbəkələr və digər ölçülü xətlər var. Bunların da bir ömrü var. Bunlar daimi köhnəlir və burda da qəzalar vaş verir. Digər tərəfdən, tələbat da göz önündədir. Əhalimizin artımı ölkənin iqtisadi inkişafının təbii nəticəsidir. Bakı şəhərində də əhalinin artması müşahidə olunur və hər bir insanın suya olan ehtiyacı aydındır, susuz həyat mümkün deyil”.

İ.Bayramov plansız tikililərin də yaratdığı problemlərə toxunub:

“Bəzi hallarda tikintilər plansız aparılır. Plansız şəkildə bina və ya obyekt tikildikdən sonra həmin əraziyə su tələbi yaranır. Lakin əvvəlcədən şəbəkə və kommunikasiya nəzərdə tutulmadığına görə həmin obyektlərə suyun verilməsi çətinləşir. Bundan əlavə, verilən sudan sonra tullantı sularının axıdılması da problem yaradır. İnsanlar tullantı sularını hara gəldi axıdır və bu da həm ətraf mühitə, həm də yaxınlıqda yerləşən göllərin çirklənməsinə səbəb olur. Bu problemləri diqqətdə saxlamaq vacibdir. Düzdür, xidmətlərin yaxşılaşdırılması üçün işlər aparılır, lakin mövcud çətinliklərin də obyektiv səbəbləri var”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://apa.az
archiveBu xəbər 30 Sentyabr 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri