Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

İsrailə yeni qırıcılar verildi

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

Kredit çətinliklərin maliyyə açarıdır

Kredit çətinliklərin maliyyə açarıdır

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Bəs necə olur ki, o özü “qıfıl-kilid”ə çevrilir?

Azərbaycanın bank sektorunda son aylar narahatlıqla müşahidə edilən əsas mövzularından biri problemli kreditlərin artmasıdır. Rəsmi statistika göstərir ki, artım sürəti hələlik böhranlı həddə çatmasa da, nisbətən sabit inkişafın davamlı olması həm maliyyə sabitliyi, həm də əhali üçün yeni risklər yaradır.

Mərkəzi Bankın (MB) açıqladığı rəqəmlər artımın həm illik, həm də aylıq bir müddətdə davam etdiyini nəzərə çarpdırır. Bu isə kredit riskləri ilə bağlı struktur səbəblərinin daha dərindən təhlilinin zəruriliyini diqqətə çatdırır. MB-nin məlumatına əsasən, bu ilin yanvar-oktyabr aylarında banklar 29 milyard 403,9 milyon manat kredit yerləşdirib. Bu kreditlərin 544,8 milyon manatının vaxtı keçib. İlk baxışda bu rəqəm ümumi portfelin cəmi 1,7 faizinə uyğun gəldiyi üçün o qədər də təhlükəli görünməyib. Eyni göstərici ötən ilin oktyabrında da 1,7 faiz təşkil edib. Lakin ilk baxışda sabit kimi diqqət çəkən bu rəqəmin arxasında isə çox ciddi bir dinamik artım dayanıb: problemli kreditlərin həcmi ilin əvvəlindən bəri 21,3 faiz, son 12 ayda isə 13,55 faiz çoxalıb.

Bu iki faktın mövcudluğu göstərir ki, kredit portfelinin strukturunda problemli hissə nəzərəçarpacaq dərəcədə genişlənib. Başqa sözlə, banklar son bir ildə daha çox kredit verib, lakin bu kreditlərin kiçik, lakin artan hissəsi vaxtında geri qaytarılmayıb. Bu balanssızlıq isə sosial-iqtisadi səbəblərdən qaynaqlanıb.

Hazırda problemli kreditlərin ümumi həcmi banka və maliyyə sabitliyinə ciddi zərbə vuracaq səviyyədə nəzərə çarpmır. Təhlükəli olan onların getdikcə artmasıdır. Statistik müşahidələr göstərir ki, hər ay problemli kreditlərin sayı və həcmi böyüyür. Bu isə təsadüfi proses deyil, iqtisadiyyatın dərin struktur problemlərinin göstəricisidir.

Ekspertlərin fikrincə, problemli kreditlərin dövri artımını, adətən, iki səbəb – gəlirlərin real dəyərinin azalması və inflyasiyanın alıcılıq qabiliyyətini zəiflətməsi şərtləndirib. Bu, o deməkdir ki, əgər vətəndaşın əmək haqqının real dəyəri inflyasiya səbəbindən aşağı düşürsə, deməli, həmin şəxs əvvəlki kimi kredit öhdəliklərini gerçəkləşdirməkdə çətinlik çəkib. Bu fikrin təsdiqi olaraq qeyd edək ki, son 2 ildə qlobal qiymət dalğalanmaları, regionda baş verən geosiyasi risklər və idxaldan asılı sahələrdə xərclərin çoxalması əhalinin gündəlik xərclərini artıraraq maliyyə tarazlığını pozub.

Gəlirlərin real dəyəri

Burada önəmli sual yaranır: əgər inflyasiya artıq yavaşlayıbsa, problemli kreditlər niyə artır? Cavab sadədir: inflyasiya özü dayansa belə, onun yaratdığı bahalaşma qalıcı olur. Yaşam xərcləri əvvəlki səviyyəsinə düşmür, gəlirlər isə sürətlə artmır. Problemin kökündə qiymət artımı ilə yanaşı, gəlirlərin çoxalma tempinin zəifləməsi də dayanır, bu da mövcid çətinliyi ağırlaşdırır. Son illərdə bəzi sahələrdə əmək bazarının zəifləməsi, xidmət sektorunda real əməkhaqqının artım tempinin aşağı düşməsi, ərzaq və kommunal sahələrdə gündəlik xərclərin əməkhaqqından daha sürətlə çoxalması məhz bunun bariz ifadəsidir. İstehlak səbətli xərclərin strukturunda dəyişiklik baş verməsi – yəni ailə büdcəsinin getdikcə daha çox ərzaq, tibbi xidmət və kommunal ödənişlər üçün yönləndirilməsi də problemli kreditlərin artımını şərtləndirir.

Bu amillər “kredit ödənişi üçün ayrılan büdcə”nin azalmasına gətirib çıxarır. Nəticədə vətəndaş zəruri ödənişləri tam şəkildə icra edə bilmir və kredit gecikmələri davamlı artır. Bu zaman tez-tez ictimai müzakirələrə çıxarılan “problemli kreditlərin bağışlanması” mövzusu yenidən gündəmə gətirilir. Lakin reallıq ondan ibarətdir ki, hazırda narahatlıq doğuran bu məsələnin genişmiqyaslı bir kampaniyaya çevrilməsi gözlənilmir. Bunun əsas səbəblərindən biri problemli kreditin qanuni yollarla geri qaytarılması üçün bankların məhkəmələrə müraciətidir. Bu, həm də bankların maliyyə öhdəliklərini yerinə yetirməsi üçün mühüm şərtdir, çünki əmanətçilərin pulları, bankların likvidlik tələbləri və kapital adekvatlığı hüquqi bazada tənzimlənir.

Ekspertlərin sözlərinə görə, yenidən bağışlanma presedenti, yəni problemli kreditlərin bağlanılması prosesi maliyyə intizamını poza bilər. Ümumiyyətlə, belə bir addımın atılması kreditlərin qaytarılmasına marağı azaldar, banklar üçün isə riskləri artırar, kredit faizlərinin bahalaşmasına, maliyyə intizamında zəncirvari pozulmalara gətirib çıxarar.

Sosial təzyiqlər

Ölkə iqtisadiyyatı artıq maliyyə tarazlığının qorunması istiqamətində strateji xəttə üstünlük verir. Bu şəraitdə genişhəcmli sosial kompensasiya proqramları nəzərdə tutulmur. Kreditlərin bağışlanması mövzusu isə qısamüddətli psixoloji və sosial rahatlıq yaratsa da, uzunmüddətli dövrdə maliyyə sabitliyinə ciddi ziyan vura bilər. Bank sektorunda risklərin azaldılması yalnız hüquqi mexanizmlərlə deyil, iqtisadi mühitin gücləndirilməsi ilə mümkündür. Problemli kreditlərin qaynaqlandığı əsas səbəblər isə, yuxarıda vurğulandığı kimi, gəlirlərin real dəyərinin azalması, inflyasiyanın aylıq büdcələrə təsiri, əmək bazarındakı qeyri-sabitlik, gündəlik xərclərin artması və bəzi ailələrdə yüksək borclanma yükünün yaranması ilə bağlıdır. Bu səbəbləri aradan qaldırmaqla kreditlərin bağışlanması problemini həll etmək mümkündür.

Beləliklə, problemli kredit həcminin azaldılması məqsədilə, ilk növbədə, real əməkhaqqının artımı gerçəkləşdirilməlidir. Bunun üçün yüksək dəyər yaradan sahələrdə məşğulluğun artırılması, özəl sektorda rəqabət mühitinin gücləndirilməsi, əməkhaqları üzrə şəffaflıq və səmərəlilik mexanizmlərinin tətbiqi diqqətdə saxlanılmalıdır. Bütün bunlarla yanaşı, maliyyə savadlılığının artırılması, ailələrin büdcə planlaşdırması, kreditlərin məqsədyönlü istifadəsi və ehtiyat fondların formalaşdırılması kimi sahələrdə maarifləndirməyə üstünlük verilməlidir.

Bank sektorunun dayanıqlılığı

Göründüyü kimi, problemli kreditlərin payı hələlik təhlükəli səviyyədə olmasa da, onların aylıq və illik artım tempi ciddi xəbərdarlıqdır. Bu tendensiya göstərir ki, əhalinin gəlir-xərc balansı pozulub və real gəlirlər artan xərcləri kompensasiya etmir. Bu isə kredit ödənişlərinin gecikməsinə, nəticədə bank sektorunda risklərin yüksəlməsinə gətirib çıxarır.

Müzakirə olunmalı əsas məsələ kreditlərin bağışlanması yox, vətəndaşların iqtisadi imkanlarının yaxşılaşdırılması, inflyasiyanın real təsirlərinin azaldılması və kredit yükünün dayanıqlı səviyyəyə endirilməsidir. Əgər bu istiqamətdə sistemli tədbirlər davam etdirilsə, problemli kreditlərin artımı tədricən nəzarət altına alınar və bank sektoru öz dayanıqlığını uzunmüddətli perspektivdə qoruyub saxlayar.

Hazırda problemli kreditlərin payı beynəlxalq standartlara görə aşağı səviyyədədir. Azərbaycan bank sektoru bu göstərici üzrə həm Avropa Birliyi, həm də region ölkələrinə nisbətən daha yaxşı mövqedədir. Lakin narahatlıq doğuran əsas məsələ artım tempinin məhz davamlı olmasıdır.

Eyyub KƏRİMLİ,
İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert

Problemli kreditlərin ümumi kredit portfelindəki payı riskli həddə deyil. Ümumi kredit portfelində 2 faizdən az yer tutur. Beynəlxalq standartlara görə, bu pay 3 faizdən aşağı olduqda bank sektoru üçün elə də riskli sayılmır. Likvidlik üçün də problem yaratmır. Artım dinamikasının tənzimlənməsi çox vacibdir. Problemli kreditlərin payının ümumi portfeldə azaldılmasına çalışmalıyıq. Səbəblərdən biri kredit verilən zaman şəxsin ödəmə qabiliyyəti doğru qiymətləndirilmir. Əvvəlki dövrlərdə verilən kreditlər üzrə öhdəliklərin tam müəyyən edilməməsi, yaxud öhdəliklərlə bağlı müştəriyə izahedici məlumatlar çatdırılmamasıdır. Bəs problemli kreditlərin hər ay artmasının səbəbini necə izah etmək olar?

Statistika göstərir ki, hər ay problemli kreditlərin həcmi böyüyür. Bu, bank sektorundan daha çox real sektorun və əhalinin maliyyə yükünün artmasına işarə edir. Əgər vətəndaşlar kredit öhdəliklərini vaxtında yerinə yetirə bilmirsə, deməli, ya real gəlirlər azalır, ya inflyasiya gəlirlərin alıcılıq qabiliyyətini zəiflədir, ya da xərclər gəlirlərin artım tempini üstələyir.

İstehlak bazarında qiymətlərin artması, əmək bazarında qeyri-sabitlik, qeyri-formal məşğulluğun davam etməsi kredit ödəniş intizamını zəiflədən əsas amillərdir. Problemli kreditlərin artmasının əsas iqtisadi səbəblərinə gəldikdə isə real gəlirlərin ləng artımı daha çox diqqət çəkir. Statistika göstərir ki, nominal əməkhaqqı artsa da, inflyasiya bu artımı neytrallaşdırır. Real gəlirlər aşağı templə genişlənir, nəticədə vətəndaşların ödəmə qabiliyyəti zəifləyir.

İstehlak inflyasiyası və xərclərin strukturunun dəyişməsi də problemli kreditlərin həcminin böyüməsinə təsir göstərir. Belə ki, ərzaq və xidmətlər üzrə qiymət artımı ailə büdcələrini daraldır. Məsələn, əvvəl aylıq büdcənin 30-35 faizi ərzağa xərclənirdisə, indi bu rəqəm 50–60 faizə qalxa bilər. Bu isə kredit ödənişləri üçün daha az məbləğ saxlayır. Qeyri-rəsmi gəlirlər və qeyri-sabit məşğulluq da narahatlıq doğuran amillər sırasında yer alır. Yəni bir çox vətəndaşın gəlirləri bank sistemində tam görünmür. Bu da risklərin düzgün qiymətləndirilməsini çətinləşdirir. Bankların yüksək faiz dərəcələrindən bəhs edərkən isə onu demək olar ki, istehlak kreditləri üzrə illik faiz 18–23 faiz diapazonundadır. Yüksək faiz fonunda xərclərin artması borclanmanı daha da ağırlaşdırır.

Bəs prosesin qarşısını necə almaq olar? Bunun üçün, ilk növbədə, gəlirlərin real artımı təmin edilməlidir. Əməkhaqlarının indeksasiyası, sosial ödənişlərin inflyasiya tempinə uyğunlaşdırılması, qeyri-formal məşğulluğun azaldılması və daha yüksək məhsuldarlığa əsaslanan iqtisadi artım modelinin qurulması uzunmüddətli səmərəli həll yoludur. Eyni zamanda, kreditləşmə standartlarının sərtləşdirilməsi də zəruridir. Bank “görünməyən gəlirlər” əsasında qərar verməməlidir. Ödəmə qabiliyyətinin daha dəqiq qiymətləndirilməsi, stres-testlərin genişləndirilməsi problemli kreditlərin qarşısını əhəmiyyətli dərəcədə ala bilər.

Fikrimcə, faiz dərəcələrinin aşağı salınması üçün əlavə bazar mexanizmlərinin tətbiqi fayda verə bilər. Banklar üçün maliyyələşmə xərclərinin azalması kredit faizlərinə də təsir göstərər. Bu məqsədlə banklararaası rəqabətin gücləndirilməsi, kapital bazarlarının inkişaf etdirilməsi, ipoteka və istehlak kreditləri üçün təminat mexanizmlərinin genişləndirilməsi vacibdir. Gecikməyə düşmüş kreditlər üzrə borclular üçün restrukturizasiya proqramlarının banklar tərəfindən müddətin uzadılması, faiz yükünün azaldılması, qismən güzəştlər bank sisteminin sabitliyi üçün daha optimal qərarlar ola bilər.

Ailələrin borclanma qabiliyyəti, faiz yükü, ödəniş intizamı barədə məlumatlılığı azdır. Maarifləndirmə nə qədər geniş olsa, riskli borclanma bir o qədər azalacaq. Bugünkü rəqəmlər göstərir ki, problemli kreditlərin həcmi hələlik kritik həddə çatmasa da, artım səviyyəsi ciddi iqtisadi siqnal kimi qəbul olunmalıdır. Kreditlərin bağışlanması məsələsi real deyil və bu addım bank sektorunda yeni risklər yaradar. Əsas hədəf – real gəlirlərin artırılması, inflyasiyanın cilovlanması, məşğulluq sabitliyinin gerçəkləşdirilməsi və kredit risklərinin düzgün idarə edilməsidir. Bu istiqamətlərdə paralel addımlar atılarsa, həm bank sektoru, həm də vətəndaşların maliyyə yükü sabitləşə bilər.

İstehlak kreditlərinin böyük həcmi məhz Bank olmayan kredit təşkilatlarının (BOKT) üzərinə düşür. Ona görə bu qurumların da fəaliyyətində ciddi tənzimləmələr edilməlidir. İkinci yerdə biznes kreditləridir. Bu kreditlərin problemli kreditə çevrilməsi o halda baş verir ki, biznes quran şəxs bazardakı riskləri müəyyənləşdirə bilmir, son nəticədə iflas olur. Lakin biznes kreditlərində problemli hallar elə də çox deyil. İpoteka kreditlərində daha az problem müşahidə olunur. Çünki orada həll imkanları daha genişdir: İpoteka krediti ilə alınan mənzillərdə ödəmə problemi olanda kredit ödəyicisinin, mülkiyyətçinin dəyişdirilməsi, yeni alıcının tapılması ilə bu problemin aradan qaldırılması daha asan başa gəlir.

Vaqif BAYRAMOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Dekabr 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see298

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see276

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see184

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see167

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see167

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see166

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see158

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see156

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see151

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see149

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see147

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see146

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see143

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see142

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see140

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see136

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri