ADSEA: Zabuxçay su anbarının tikintisi yekunlaşmaq üzrədir
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 29 aprel, AZƏRTAC
Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə dəniz suyunun duzsuzlaşdırılması layihəsi çərçivəsində Sumqayıt Sənaye Kimya Parkında günlük 300 min kubmetr içməli suyun istehsalı nəzərdə tutulan zavodun tikintisi 2,5 ilə planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Elm və innovasiya sektorunun müdiri Əliağa Əzizov Milli Biznesin İnkişafı Forumunda çıxışı zamanı deyib.
O qeyd edib ki, ölkə ərazisində formalaşan su ehtiyatlarının təxminən 25 faizini təşkil edən Qarabağ və Şərqi Zəngəzurun su mənbələri ölkə üçün olduqca əhəmiyyətlidir.
“İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurun su mənbələri və ekosistemi daxil olmaqla ətraf mühit ciddi zərər görüb. Regionda su təchizatı və idarəetməsinin yaxşılaşdırılması məqsədilə bir sıra mühüm infrastruktur layihələri həyata keçirilib və hazırda davam etdirilir”, - deyə o qeyd edib.
O, həmçinin əlavə edib ki, Zabuxçay su anbarının tikintisi yekunlaşmaq üzrədir və Hacıqabul gölünün vəziyyətinin yaxşılaşdırılması planlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 29 Aprel 2025 17:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















