Icma.az
close
up
RU
ADU da “Çin mədəniyyətində atın simvolik təsviri” adlı bayram tədbiri təşkil edilib

ADU da “Çin mədəniyyətində atın simvolik təsviri” adlı bayram tədbiri təşkil edilib

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 4 fevral, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdindəki Konfutsi İnstitutunda Çin Yaz Bayramı və Ay təqviminə görə “Qırmızı Od Atı” ilinə həsr olunmuş “Çin mədəniyyətində atın simvolik təsviri” adlı bayram tədbiri keçirilib.

ADU-adn AZƏRTAC-a bildirilib ki, tədbiri açan Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çin Yeni ilinin tarixi və ənənələri barədə məlumat verib. O, Çin mədəniyyətində ilahi mənşəli hesab edilən atların xüsusi yer tutduğunu vurğulayaraq, bu heyvanların şərəf, uğur, nəciblik, sədaqət, firavanlıq və ali güc rəmzi olduğunu söyləyib. Qeyd edib ki, çapan at təsvirləri həm də davamlı inkişaf və tərəqqi arzusunu simvolizə edir.

R.Abbasov at obrazının Çin mifologiyasında geniş yer aldığını diqqətə çatdırıb. O, İpək Yolu ilə səyahət edən imperator Mu-vanın səkkiz döyüşkən “səmavi qanadlı atı”, müqəddəs Budda kitablarını Luoyan şəhərinə gətirən “Ağ at”, torpaq və hava elementlərini birləşdirən “Əjdaha atı”, eləcə də “Üç çarlıq” dövrünün məşhur generalları Lü Bu və Cao Caonun “Qırmızı dovşan” və “Yeşmiş kölgə” adlı əfsanəvi atları barədə maraqlı faktlar danışıb.

Tədbirdə çıxış edən çinşünas tələbələr atların Çin tarixindəki hərbi və siyasi rolundan bəhs ediblər. Müzakirələrdə Şan sülaləsi dövründə ilk arabaların, “Döyüşən çarlıqlar” dövründə isə süvari qoşunların yaranması, həmçinin qoşqu və üzəngi sisteminin ixtirasının əhəmiyyəti qeyd olunub. Bildirilib ki, Tan sülaləsi dövründə atlar türk dövlətləri ilə diplomatik münasibətlərdə ən qiymətli hədiyyələrdən biri hesab edilib.

Sonda qədim və müasir Çin rəssamlarının yaradıcılığında at mövzusuna toxunulub. Xüsusilə Çin xalqının sarsılmaz ruhunu tərənnüm edən və ənənəvi rəngkarlığın populyar mövzularından olan “Səkkiz at” kompozisiyası ətrafında fikir mübadiləsi aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:183
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Fevral 2026 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see452

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see280

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see278

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see265

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see257

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see251

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see250

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see235

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see233

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see221

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see220

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see220

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see218

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see218

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see217

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see211

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see207

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see201

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri