Icma.az
close
up
RU
ADU da TÖMER in açılışı oldu Foto

ADU da TÖMER in açılışı oldu Foto

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Mayın 7-də Azərbaycan Dillər Universiteti (ADU) və Ankara Universiteti TÖMER arasında akademik əməkdaşlıq sahəsində müqavilə imzalanıb, ADU-da TÖMER-in açılışı olub.

Axar.az xəbər verir ki, açılış mərasimi ADU-nun keçirdiyi “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VIII Beynəlxalq konfransı çərçivəsində baş tutub. Mərasimində hər iki universitetin rəhbər şəxsləri, Türkiyə Respublikasının fövqəladə və səlahiyyətli səfiri Birol Akgün, Türkiyə ictimaiyyətinin tanınmış nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib. Qeyd olunub ki, Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətləri yüksək səviyyədə inkişaf etməkdədir. Azərbaycan Dillər Universiteti və Ankara Universiteti TÖMER arasında akademik əməkdaşlıq müqaviləsinin imzalanması bu münasibətlərə yeni töhfə verəcək: “Bu gündən etibarən Azərbaycan Dillər Universitetində Ankara Universiteti TÖMER fəaliyyət göstərəcək. Bu, türk dilini peşəkar və təcrübəli müəllim heyəti tərəfindən mükəmməl şəkildə öyrənmək, rəsmi TÖMER sertifikatı əldə etmək istəyənlər üçün möhtəşəm fürsətdir. Çox istərdik ki, bu müqavilə işləsin və biz bir-birimizi, bütün türk dünyasını daha yaxından tanıyaq”.

Səmimi qarşılanmaya və xoş sözlərə görə təşəkkürünü bildirən Ankara Universitetinin rektoru Necdet Ünüvar iki universitet arasında imzalanacaq müqaviləni Türkiyə və Azərbaycan arasında əlaqələrin inkişafına mühüm töhfə kimi dəyərləndirib: “Bu müqavilənin imzalanma mərasiminin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş beynəlxalq elmi konfransa təsadüf etməsindən son dərəcə qürur duyuram. TÖMER-in bünövrəsinin məhz belə əlamətdar gündə qoyulması bizi çox sevindirir”.

Ulu Öndər Heydər Əliyevlə bağlı xoş xatirələrini bölüşən rektor Azərbaycan Dillər Universitetində keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş beynəlxalq elmi konfransın çox yüksək dərəcədə təşkil olunduğunu bildirib. Qeyd olunub ki, Ankara Universiteti TÖMER Bakı ofisinin Azərbaycan Dillər Universitetində fəaliyyət göstərməsi xalqlarımız arasında dostluq münasibətlərini daha da möhkəmlədəcək. Bu həm də gələcək elmi əməkdaşlıq, mübadilə proqramlarının həyata keçirilməsi, yeni elmi perspektivlərin açılmasına dəstək olacaq.

Türkiyə Respublikasının fövqəladə və səlahiyyətli səfiri Birol Akgün Azərbaycan Dillər Universiteti və Ankara Universiteti TÖMER arasında akademik əməkdaşlıq sahəsində müqavilənin əhəmiyyətini vurğulayıb.

İki qardaş ölkə arasında olan əlaqələrin inkişafından danışan səfir Ankara Universiteti TÖMER-in Bakı ofisinin fəaliyyətinə uğurlar diləyib, bu layihənin təkcə Azərbaycan-Türkiyə əlaqələrinin deyil, ümumilikdə türk dünyası birliyinin möhkəmlənməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Sonra Ankara Universiteti TÖMER-in Azərbaycan Dillər Universitetində fəaliyyət göstərəcək Bakı ofisinin açılış mərasimi keçirilib. Akademik Kamal Abdulla və Necdet Ünüvar mərkəzin rəmzi açılışını bildirən lenti kəsib, qonaqlar burada yaradılan şəraitlə tanış olublar.

Qeyd edək ki, Ankara Universiteti TÖMER türk dili öyrənmək və rəsmi TÖMER sertifikatı əldə etmək istəyənlər üçün böyük fürsətdir!

1984-cü ildən bəri dil tədrisi sahəsində aparıcı qurum kimi tanınan və beynəlxalq akkreditasiyaya malik olan Ankara Universiteti TÖMER, türk dilinin xarici dil kimi tədrisində elmi və akademik yanaşmalar tətbiq edən nüfuzlu bir təhsil mərkəzidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://axar.az
archiveBu xəbər 08 May 2025 00:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see526

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see304

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see295

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see294

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see286

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see267

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see264

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see251

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see248

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see238

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see234

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see233

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see233

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see231

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see230

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see226

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see219

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see218

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri