Icma.az
close
up
RU
Ankara Universiteti TÖMER ADU da

Ankara Universiteti TÖMER ADU da

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Mayın 7-də Azərbaycan Dillər Universiteti (ADU) və Ankara Universiteti TÖMER arasında akademik əməkdaşlıq sahəsində müqavilə imzalanıb, ADU-da TÖMER-in açılışı olub. Açılış mərasimi ADU-nun keçirdiyi “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VIII Beynəlxalq konfransı çərçivəsində baş tutub. Mərasimində hər iki universitetin rəhbər şəxsləri, Türkiyə Respublikasının fövqəladə və səlahiyyətli səfiri Birol Akgün, Türkiyə ictimaiyyətinin tanınmış nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib. Qeyd olunub ki, Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətləri yüksək səviyyədə inkişaf etməkdədir. Azərbaycan Dillər Universiteti və Ankara Universiteti TÖMER arasında akademik əməkdaşlıq müqaviləsinin imzalanması bu münasibətlərə yeni töhfə verəcək: “Bu gündən etibarən Azərbaycan Dillər Universitetində Ankara Universiteti TÖMER fəaliyyət göstərəcək. Bu, türk dilini peşəkar və təcrübəli müəllim heyəti tərəfindən mükəmməl şəkildə öyrənmək, rəsmi TÖMER sertifikatı əldə etmək istəyənlər üçün möhtəşəm fürsətdir. Çox istərdik ki, bu müqavilə işləsin və biz bir-birimizi, bütün türk dünyasını daha yaxından tanıyaq”.

Səmimi qarşılanmaya və xoş sözlərə görə təşəkkürünü bildirən Ankara Universitetinin rektoru Necdet Ünüvar iki universitet arasında imzalanacaq müqaviləni Türkiyə və Azərbaycan arasında əlaqələrin inkişafına mühüm töhfə kimi dəyərləndirib: “Bu müqavilənin imzalanma mərasiminin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş beynəlxalq elmi konfransa təsadüf etməsindən son dərəcə qürur duyuram. TÖMER-in bünövrəsinin məhz belə əlamətdar gündə qoyulması bizi çox sevindirir”.

Ulu Öndər Heydər Əliyevlə bağlı xoş xatirələrini bölüşən rektor Azərbaycan Dillər Universitetində keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş beynəlxalq elmi konfransın çox yüksək dərəcədə təşkil olunduğunu bildirib. Qeyd olunub ki, Ankara Universiteti TÖMER Bakı ofisinin Azərbaycan Dillər Universitetində fəaliyyət göstərməsi xalqlarımız arasında dostluq münasibətlərini daha da möhkəmlədəcək. Bu həm də gələcək elmi əməkdaşlıq, mübadilə proqramlarının həyata keçirilməsi, yeni elmi perspektivlərin açılmasına dəstək olacaq.

Türkiyə Respublikasının fövqəladə və səlahiyyətli səfiri Birol Akgün Azərbaycan Dillər Universiteti və Ankara Universiteti TÖMER arasında akademik əməkdaşlıq sahəsində müqavilənin əhəmiyyətini vurğulayıb.

İki qardaş ölkə arasında olan əlaqələrin inkişafından danışan səfir Ankara Universiteti TÖMER-in Bakı ofisinin fəaliyyətinə uğurlar diləyib, bu layihənin təkcə Azərbaycan-Türkiyə əlaqələrinin deyil, ümumilikdə türk dünyası birliyinin möhkəmlənməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Sonra Ankara Universiteti TÖMER-in Azərbaycan Dillər Universitetində fəaliyyət göstərəcək Bakı ofisinin açılış mərasimi keçirilib. Akademik Kamal Abdulla və Necdet Ünüvar mərkəzin rəmzi açılışını bildirən lenti kəsib, qonaqlar burada yaradılan şəraitlə tanış olublar.

Qeyd edək ki, Ankara Universiteti TÖMER türk dili öyrənmək və rəsmi TÖMER sertifikatı əldə etmək istəyənlər üçün böyük fürsətdir!

1984-cü ildən bəri dil tədrisi sahəsində aparıcı qurum kimi tanınan və beynəlxalq akkreditasiyaya malik olan Ankara Universiteti TÖMER, türk dilinin xarici dil kimi tədrisində elmi və akademik yanaşmalar tətbiq edən nüfuzlu bir təhsil mərkəzidir.

.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 07 May 2025 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see400

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see396

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see384

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see263

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see255

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see240

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see224

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see216

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see215

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see204

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see193

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see190

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see189

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see188

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see181

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see179

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see177

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see174

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see173

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri