Icma.az
close
up
RU
ADU da V Beynəlxalq Dil və Tərcüməşünaslıq Konfransı keçiriləcək

ADU da V Beynəlxalq Dil və Tərcüməşünaslıq Konfransı keçiriləcək

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 19 sentyabr, AZƏRTAC

Sentyabrın 24-26-da Azərbaycan Dillər Universiteti (ADU) Türkiyənin Səlcuq Universiteti ilə birgə V Beynəlxalq Dil və Tərcüməşünaslıq Konfransı keçirəcək.

ADU-dan AZƏRTAC-a bildirilib ki, konfransda 14 ölkənin - Azərbaycan, ABŞ, Almaniya, Birləşmiş Ərəb Əmirliyi, Çexiya, Əlcəzair, Fransa, Gürcüstan, İtaliya, Qazaxıstan, Polşa, Rusiya, Türkiyə və Yunanıstanın 102 universitetindən 234 elm adamı iştirak edəcək.

Məruzələr həm əyani, həm də onlayn formatda, konfransın işçi dilləri olan Azərbaycan, türk, ingilis, rus, ərəb və Çin dillərində dinləniləcək. Konfransın açılışı sentyabrın 24-ü saat 10:00-da Azərbaycan Dillər Universitetinin R.Behbudov küçəsi 134 ünvanında yerləşən əsas binasında olacaq.

Açılışda Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdullanın, eləcə də Azərbaycanın və Türkiyənin tanınmış elm və təhsil xadimlərinin, dilçilərinin, ədəbiyyatşünaslarının, tərcüməçilərinin təbrik sözləri səslənəcək.

Konfrans müddətində ümumilikdə 42 bölmə və 1 xüsusi paneldə 223 məruzənin dinlənilməsi planlaşdırılır. Konfransın istiqamətləri dilçilik, tərcümə, ədəbiyyatşünaslıq, pedaqogika, mədəniyyətşünaslıq və xarici dil tədrisi üzrədir.

Xaricdən gələn qonaqlar üçün Bakının tarixi məkanlarını, muzeylərini, turistik yerlərini əhatə edən şəhər gəzintisi keçiriləcək. Konfransın materialları tezislər toplusu və məqalələr toplusu olmaqla iki fərqli kitab şəklində Türkiyənin beynəlxalq nəşriyyat statusuna sahib “Cizgi Yayınevi”ndə yayımlanacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Sentyabr 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri