Icma.az
close
up
RU
ADU nun növbəti uğuru: QS reytinq cədvəlində əhəmiyyətli irəliləyiş

ADU nun növbəti uğuru: QS reytinq cədvəlində əhəmiyyətli irəliləyiş

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Azərbaycanda bütün sahələrdə müşahidə olunan inkişaf tendensiyası təhsil sektorunda xüsusilə diqqəti cəlb edir. Bu inkişafın əsasında isə, şübhəsiz, ulu öndər Heydər Əliyevin elm və təhsil ideyaları və həmin ideyalar əsasında həyata keçirilən siyasətin strateji kursu dayanır. Həmin strateji kursdur ki, bünövrəsi müasir Azərbaycan Respublikasının memarı, ümummilli lider Heydər Əliyev tərəfindən qoyularaq Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 

Dövlət başçısının yüksək diqqəti və məqsədyönlü göstərişləri əsasında atılan addımlar, icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına xidmət edir. Müzəffər və qalib xalq olaraq dünyaya Qarabağ həqiqətini çatdırandan sonra elm, təhsil sahəsində dünyada öz sözümüzü inamla deyir və yeni inkişaf mərhələsinə qədəm qoyuruq.

2026-cı ilin QS reytinqinin nəticələri Azərbaycanın ali təhsil sisteminin keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu nümayiş etdirir. Ölkənin 7 universitetinin 22 müxtəlif ixtisas sahəsi üzrə reytinqdə yer alması institusional dayanıqlılığın və akademik inkişafın kompleks xarakter aldığını təsdiqləyir.   Bu da Azərbaycan ali təhsil sferasında yeni elmi yanaşmanın,  innovativ tədris metodlarının tətbiqinin və beynəlxalq akademik inteqrasiyanın güclənməsinin bariz göstəricisidir. Bu nailiyyət həm ölkədə elmi-tədqiqat potensialının artdığını, həm də universitetlərin qlobal rəqabət mühitində mövqelərini möhkəmləndirdiyini göstərir.

Bu mənada Azərbaycan Dillər Universiteti növbəti tarixi uğura imza atıb. Belə ki, “Quacquarelli Symonds” (QS) beynəlxalq reytinq agentliyi 2026-cı il üçün fənn sahələri üzrə dünyanın ən yaxşı universitetlərinin növbəti reytinq cədvəlini dərc edib. Nəticələrə əsasən, Azərbaycan Dillər Universiteti “Müasir dillər” istiqaməti üzrə mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdıraraq 151–200 aralığında qərarlaşıb. Universitet eyni zamanda “Linqvistika” sahəsi üzrə ilk dəfə reytinqə daxil olaraq 251–300-cü yerlər qrupunda təmsil olunub. Bu nailiyyət Azərbaycan Dillər Universitetinin akademik nüfuzu, beynəlxalq elmi əməkdaşlıq istiqamətində fəallığı, alimlərin tədqiqat və araşdırmalarının keyfiyyət göstəricilərinə əsaslanan, müasir təhsil çağırışlarına cavab verən standartlar üzrə əldə olunub. Azərbaycan Dillər Universiteti QS reytinqlər cədvəlində 6,273 universitet arasında  “Müasir dillər” istiqaməti üzrə 50 pillə irəliləməklə, Azərbaycan təhsilində yerini və rolunu bir daha göstərmiş oldu.  

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın rəhbərliyi altında əldə olunan növbəti uğur onun strateji idarəetməsinin nəticəsində universitetin akademik nüfuzunun, elmi potensialının və beynəlxalq əlaqələrdə inkişaf perspektivlərini gücləndirdiyini, həmçinin universitetin beynəlxalq akademik məkanda mövqeyinin möhkəmləndiyini nümayiş etdirir.

Bu uğur münasibətilə universitet kollektivini təbrik edir, yeni uğurlar arzu edirəm.

Coşqun Dadaşov,
Azərbaycan Dillər Universiteti rektorunun müşaviri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 01 Aprel 2026 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri