Icma.az
close
up
RU
ADU nun növbəti uğuru: QS reytinq cədvəlində əhəmiyyətli irəliləyiş

ADU nun növbəti uğuru: QS reytinq cədvəlində əhəmiyyətli irəliləyiş

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda bütün sahələrdə müşahidə olunan inkişaf tendensiyası təhsil sektorunda xüsusilə diqqəti cəlb edir. Bu inkişafın əsasında isə, şübhəsiz, ulu öndər Heydər Əliyevin elm və təhsil ideyaları və həmin ideyalar əsasında həyata keçirilən siyasətin strateji kursu dayanır. Həmin strateji kursdur ki, bünövrəsi müasir Azərbaycan Respublikasının memarı, ümummilli lider Heydər Əliyev tərəfindən qoyularaq Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 

Dövlət başçısının yüksək diqqəti və məqsədyönlü göstərişləri əsasında atılan addımlar, icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına xidmət edir. Müzəffər və qalib xalq olaraq dünyaya Qarabağ həqiqətini çatdırandan sonra elm, təhsil sahəsində dünyada öz sözümüzü inamla deyir və yeni inkişaf mərhələsinə qədəm qoyuruq.

2026-cı ilin QS reytinqinin nəticələri Azərbaycanın ali təhsil sisteminin keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu nümayiş etdirir. Ölkənin 7 universitetinin 22 müxtəlif ixtisas sahəsi üzrə reytinqdə yer alması institusional dayanıqlılığın və akademik inkişafın kompleks xarakter aldığını təsdiqləyir.   Bu da Azərbaycan ali təhsil sferasında yeni elmi yanaşmanın,  innovativ tədris metodlarının tətbiqinin və beynəlxalq akademik inteqrasiyanın güclənməsinin bariz göstəricisidir. Bu nailiyyət həm ölkədə elmi-tədqiqat potensialının artdığını, həm də universitetlərin qlobal rəqabət mühitində mövqelərini möhkəmləndirdiyini göstərir.

Bu mənada Azərbaycan Dillər Universiteti növbəti tarixi uğura imza atıb. Belə ki, “Quacquarelli Symonds” (QS) beynəlxalq reytinq agentliyi 2026-cı il üçün fənn sahələri üzrə dünyanın ən yaxşı universitetlərinin növbəti reytinq cədvəlini dərc edib. Nəticələrə əsasən, Azərbaycan Dillər Universiteti “Müasir dillər” istiqaməti üzrə mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdıraraq 151–200 aralığında qərarlaşıb. Universitet eyni zamanda “Linqvistika” sahəsi üzrə ilk dəfə reytinqə daxil olaraq 251–300-cü yerlər qrupunda təmsil olunub. Bu nailiyyət Azərbaycan Dillər Universitetinin akademik nüfuzu, beynəlxalq elmi əməkdaşlıq istiqamətində fəallığı, alimlərin tədqiqat və araşdırmalarının keyfiyyət göstəricilərinə əsaslanan, müasir təhsil çağırışlarına cavab verən standartlar üzrə əldə olunub. Azərbaycan Dillər Universiteti QS reytinqlər cədvəlində 6,273 universitet arasında  “Müasir dillər” istiqaməti üzrə 50 pillə irəliləməklə, Azərbaycan təhsilində yerini və rolunu bir daha göstərmiş oldu.  

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın rəhbərliyi altında əldə olunan növbəti uğur onun strateji idarəetməsinin nəticəsində universitetin akademik nüfuzunun, elmi potensialının və beynəlxalq əlaqələrdə inkişaf perspektivlərini gücləndirdiyini, həmçinin universitetin beynəlxalq akademik məkanda mövqeyinin möhkəmləndiyini nümayiş etdirir.

Bu uğur münasibətilə universitet kollektivini təbrik edir, yeni uğurlar arzu edirəm.

Coşqun Dadaşov,
Azərbaycan Dillər Universiteti rektorunun müşaviri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://525.az
archiveBu xəbər 01 Aprel 2026 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see294

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see294

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see290

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see271

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see269

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see263

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see262

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see241

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see226

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see214

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see213

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see213

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see211

Kayli Cennerin keçmiş işçisi məhkəməyə müraciət etdi Ağır ittihamlar

14 Noyabr 2026 23:23see209

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see207

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see201

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see197

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see189

Tuxel İspaniya mediasına sərt reaksiya verdi: “Siz özünüz qalmaqal yaradırsınız”

15 Noyabr 2026 02:17see182

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri