Icma.az
close
up
RU
ADUda Rus dili və ədəbiyyatı kafedrasının açılışı olub Fotolar

ADUda Rus dili və ədəbiyyatı kafedrasının açılışı olub Fotolar

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dekabrın 20-də Azərbaycan Dillər Universitetində “Rus dili və ədəbiyyatı” kafedrasının açılışı olub.

ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları salamlayıb, “Rus dili və ədəbiyyatı” kafedrasının fəaliyyətə başlaması münasibəti ilə hər kəsi təbrik edib.

Qeyd olunub ki, Azərbaycan və Rusiya arasında artan siyasi, iqtisadi, humanitar və mədəni əlaqələr özünü elmi sahədə də göstərməkdədir. Bunun bariz nümunəsi kimi ADU-da yeni açılan “Rus dili və ədəbiyyatı” kafedrasının fəaliyyətini göstərmək olar:

“Bu gün önəmli bir gündür. ADU-da yeni fəaliyyətə başlayan “Rus dili və ədəbiyyatı” kafedrası həm tələbələrimiz, həm də müəllimlərimiz üçün mühüm elmi əhəmiyyət kəsb edir. Bu kafedra Azərbaycan və Rusiya arasında mövcüd olan sıx əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinə verilən növbəti elmi töhfədir.

İnanıram ki, həm tələbələrimiz, həm də müəllimlərimiz kafedranın elmi, pedaqoji imkanlarından səmərəli şəkildə yararlanmaqla, öz elmi biliklərini və dünyagörüşlərini artırmış olacaqlar. Bu da sevindirici haldır. Belə ki, yeni elmi araşdırmalar, müasir ədəbiyyat nümunələri ilə tanış olmaq baxımından Rus dili olduqca zəngin imkanlara malik bir dildir.”

Rusiya Federasiyasının Azərbaycan Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri Mixail Nikolayeviç Yevdokimov ADU kollektivinə və rəhbərliyinə səmimi sözlərə və qonaqpərvərliyə görə öz təşəkkürünü bildirib.

Qeyd olunub ki, ADU-da fəaliyyətə başlayan “Rus dili və ədəbiyyatı” kafedrası iki ölkə arasında mövcüd olan dostluq və tərəfdaşlıq münasibətlərinə öz müsbət təsirini göstərəcəkdir.

Bildirilib ki, ADU-nun geniş elmi bazaya və yüksək hazırlıqlı peşəkar kadrlara sahib olması, onun beynəlxalq nüfuzunun artmasına səbəb olmuşdur. Səfir çıxışında qeyd edib ki, “Rus dili və ədəbiyyatı” kafedrasının fəaliyyəti həm müəllimlərin, həm tələbələrin elmi və dünyagörüşü imkanlarının artırılması istiqamətində müstəsna rol oyanacaqdır.

Bakıdakı Rus Evinin rəhbəri İrek Zinnurov tədbirin əhəmiyyətindən söz açıb. Qeyd olunub ki, ADU-da fəaliyyətə başlayan “Rus dili və ədəbiyyatı” kafedrası iki ölkə arasında elmi, mədəni mübadilənin gücünü və imkanlarını artırmaq baxımında çox önəmlidir. Bu mənada ADU-da yaradılan şərait həm tələbələr, həm də müəllimlər üçün geniş elmi imkanlara yol açır.

Açılış mərasimində qonaqlara və tədbir iştirakçılarına Rus mədəniyyət nümayəndələrinin təqdimatında  milli musiqi nümunələri təqdim olunub.

ADU tələbələrinin ifasında “Moskva axşamaları” adlı mahnı səsləndirilib.

Daha sonra qonaqlar və ADU rəhbərliyi universitetdə yeni fəaliyyətə başlayan İnklüziv Təhsil Mərkəzi ilə tanış olublar. Universitetdə yaradılan şəraitlə tanış olan tədbir iştirakçılarına mərkəzdə istifadə olunancaq müasir elmi avadanlıqların imkanları nümayiş olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 20 Dekabr 2024 20:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri